Icma.az
close
up
RU
İnternetdə yayılan “sağlamlıq məsləhətləri” faydadan çox zərər gətirəndə

İnternetdə yayılan “sağlamlıq məsləhətləri” faydadan çox zərər gətirəndə

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Sosial şəbəkələrdə və müxtəlif saytlarda hər gün yüzlərlə “sağlamlıq məsləhəti” paylaşılır: hansı bitki hansı xəstəliyi sağaldır, hansı qida hansı dərmanı əvəz edir, hansı üsul cərrahiyyəsiz müalicə imkanı yaradır və s.

İnsanlar da bəzən həkimə müraciət etmək əvəzinə bu məlumatlara inanaraq özlərinə “müalicə” tətbiq edirlər. Təəssüf ki, nəticə çox vaxt düşündüklərindən daha ağır olur.

İnsanlar bu məlumatlara ona görə inanmağı seçirlər ki, həkimə getmək, analiz vermək, uzun müalicə prosesi insanlara çətin və bahalı görünür. Bir “təbii vasitə” isə daha rahat görünür. Bundan əlavə, sosial şəbəkədə izlədiyi tanış və ya məşhur birinin paylaşımı insana daha etibarlı gəlir.

Lakin düşünmürlər ki, yanlış “müalicə” üsulları mövcud xəstəliyi ağırlaşdırır, gecikmiş diaqnoz insanı geri dönməz mərhələyə gətirib çıxarır, özbaşına istifadə edilən dərman və ya bitkilər dərmanlarla qarşılıqlı təsirə girərək təhlükəli nəticələr yarada bilir, bəzi hallarda isə insan sağlamlığını itirməklə yanaşı, həyatını da riskə atır.

Bu səbəbdən də sağlamlıqla bağlı məlumat paylaşmaq böyük məsuliyyətdir. Əgər bu məlumatın elmi əsası yoxdursa və ya mənbə göstərilmirsə, onu yaymaq izləyicilərin həyatını təhlükəyə atmaq deməkdir. Təəssüf ki, bəziləri izləyici qazanmaq və ya reklam gəliri naminə bu həqiqəti nəzərə almır.

Sağlamlıq təsadüfən deyil, elm və tibbin dəstəyi ilə qorunur. Sosial şəbəkədə oxuduğumuz bir status və ya videoya əsaslanaraq özümüzü “müalicə etmək” bəzən ən bahalı xəta ola bilər. Ən doğru seçim isə həmişə mütəxəssisə müraciət etməkdir.

Leyla Mirzə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Sentyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri