Icma.az
close
up
RU
Böyük Britaniya Azərbaycanla “yaşıl” enerji əməkdaşlığı qurur

Böyük Britaniya Azərbaycanla “yaşıl” enerji əməkdaşlığı qurur

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında dövlət və hökumət başçıları –prezidentlər, baş nazirlər, nazirlər və dünyanın əksər siyasi qurumlarının yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Onlar iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni maliyyə hədəflərinin müəyyənləşdirilməsi və yaşıl enerji, dayanıqlı inkişaf kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edirlər.

Tədbirin iştirakşıları arasında Böyük Britaniyanın Baş naziri Key Starmer və 6 nazir də var. Bu, Londonun Bakı ilə əməkdaşlığa önəm verdiyini, əlaqələrin inkişafında maraqlı olduğunu göstərir. Onu da qeyd edək ki, Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan ölkələrdən biri olub. 44 günlük Vətən müharibəsi dövründə də obyektiv münasibət sərgiləyib. BMT Təhlükəsizlik Şurasında döyüşlərin dayandırılmasını tələb edən qətnamənin qəbuluna London mane olub.

Böyük Britaniyanın yüksəksəviyyəli nümayəndə heyətləri də dəfələrlə Azərbaycanda səfərdə olublar. Bu səfərlər Azərbaycan ilə Birləşmiş Krallıq arasında siyasi və iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Son 30 ildə Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 85 milyard dollar sərmayə qoyub. İki ölkə arasında illik ticarət dövriyyəsi isə 1,4 milyard funt–sterlinqdən (1,814 milyard ABŞ dolları) çoxdur.

İqtisadi əməkdaşlıq həm də yaşıl iqtisadiyyat, bərpaolunan enerji, xüsusilə yaşıl hidrogen istehsalı, həmçinin enerji səmərəliliyi, elektrik şəbəkələrinin gücləndirilməsi sahələrini əhatə edir. Artıq Böyük Britaniya hökuməti və özəl şirkətlər azad edilmiş ərazilərdə minaların təmizlənməsi, planlaşdırılması və yeni şəhər aqlomerasiyalarının tikintisi ilə məşğuldurlar. "bp" şirkət tərəfindən (“Şəfəq” layihəsi) Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyası tikiləcək. “Virtual Enerji Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacağı gözlənilir. Həyata keçəcəyi təqdirdə, bu mexanizm layihənin Cəbrayıl rayonunda istehsal edəcəyi günəş enerjisinin ölkənin elektrik enerjisi şəbəkəsinin operatoru olan “Azərenerji”yə həmin yerdə çatdırılmasını, “Azərenerji”nin isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına verməsini təmin edəcək. Bu da öz növbəsində terminalın həmin bərpa olunan elektrik enerjisindən öz ehtiyacı üçün istifadə etməsinə imkan verəcək. Bu layihə bölgənin “yaşıl enerji zonası” kimi inkişafına töhfə verəcək. Həmçinin “Fortescue Future Industries” (FFI) şirkəti Energetika Nazirliyinin yaşıl enerji və hidrogen üzrə 12 QVt-dək güclərinin yaradılmasına dair əməkdaşlığa maraq göstərir. Böyük Britaniya Azərbaycanla külək enerjisi, yaşıl maliyyə və tullantıların idarəolunması üzrə əməkdaşlıqda da maraqlıdır.

Bu əməkdaşlıqdan danışarkən, elektrik taksilərini də unutmaq olmaz. Son bir neçə ildə Azərbaycan Britaniyanın LEVC şirkətindən 252 elektrik taksi alıb. Bunun 150-si COP 29 konfransı ərəfəsində alınıb. Bu, elektrik taksilər COP 29 tədbirinin iştirakçılarına xidmət edir. Onlar ekoloji cəhətdən çox sərfəli olub ənənəvi benzin və dizel mühərrikləri ilə müqayisədə karbon qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldır. Bu, iqlim dəyişikliyi ilə mübarizə baxımından vacibdir. Belə taksilərinin istifadəsi, şəhərlərdə hava çirkliliyini azaltmağa kömək edir. Bu, xüsusilə urbanizasiya prosesinin sürətləndiyi bölgələrdə əhəmiyyətlidir. Bakı da urbanizasiya prosesinin sürətləndiyi şəhərlərdən biridir.

Bundan başqa, elektrik mühərrikli taksilər daha az səs-küy yaradırlar. Bu, Bakı mühitində daha sakit və rahat bir atmosfer yaradır. Onların elektrik enerjisi ilə işləməsi yanacaq xərclərini əhəmiyyətli dərəcədə azaldır, enerji istehsalında daha səmərəli yanaşmaların tətbiqinə və bərpa olunan enerji mənbələrinin inteqrasiyasına imkan yaradır.

Ümumiyyətlə, COP29 zamanı Azərbaycanda elektrik mühərrikli taksi nəqliyyatının istifadəsi ekoloji, iqtisadi, sosial və texnoloji cəhətdən bir çox müsbət təsirlərə malikdir. Bu təşəbbüs ölkənin iqlim siyasətinin gücləndirilməsi, ekoloji tarazlığın qorunması və sosial inkişafın dəstəklənməsi baxımından əhəmiyyətli addımdır. Elektrikli taksilərdən istifadənin genişləndirilməsi gələcəkdə daha dayanıqlı və ekoloji cəhətdən dost nəqliyyat sisteminin yaradılması üçün əsas rol oynaya bilər.

P.S Hazırda Azərbaycanda 450-dən çox Britaniya şirkəti fəaliyyət göstərir ki, onlardan da təxminən 50-si “təmiz enerji” sektorundadır.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri