Bolqarıstan Prezidenti: Azərbaycanla əməkdaşlığı “yaşıl enerji” sahəsində davam etdirəcəyik
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bolqarıstanla Azərbaycan arasında ikitərəfli əlaqələr son dərəcə yaxşı inkişaf edir.
APA xəbər verir ki, bunu Bolqarıstan prezidenti Rumen Radev jurnalistlərin suallarını cavablandırarkən deyib. O, iki ölkə arasındakı əlaqələrin təbii qaz tədarükü sahəsi ilə yanaşı, “yaşıl enerji”nin nəqli sahəsində davam etdiriləcəyini qeyd edib.
"İlk növbədə, bu forumun əla təşkil olunması ilə əlaqədar sizi təbrik edirəm. Bu forum “yaşıl inteqrasiya”nın inkişafı üçün müəyyən perspektivlər yaradır. Bu tədbir sadəcə “yaşıl inteqrasiya”nın inkişafı üçün deyil, həm də iqtisadiyyatımızın daha da güclənməsi, rəqabət qabiliyyətliliyi baxımından da əhəmiyyətlidir. Bolqarıstanla Azərbaycan arasında ikitərəfli əlaqələr son dərəcə yaxşı inkişaf edir. Biz əməkdaşlığımızı yalnız qaz istehlakı və nəqli sahəsində deyil, Azərbaycanda istehsal edilən “yaşıl enerji”nin Bolqarıstan ərazisi ilə nəqli istiqamətində də davam etdirəcəyik”, - Prezident bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 13 Noyabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















