Icma.az
close
up
RU
Azərbaycanla Gürcüstanın yaşıl enerji sahəsində əməkdaşlığı böyük perspektivlər vəd edir ŞƏRH

Azərbaycanla Gürcüstanın yaşıl enerji sahəsində əməkdaşlığı böyük perspektivlər vəd edir ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycanla Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu, iki dövlət və xalq arasında qarşılıqlı etimadın, dostluğun əlamətidir. Tarixən oxşar talelərdən keçən Azərbaycan və Gürcüstan ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən müstəqilliyə qovuşduqdan sonra da xalqlarımızın dostluq ruhuna sadiq qalmaqla münasibətlərini mehriban qonşuluq prinsipi əsasında daha da möhkəmləndiriblər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Gürcüstanın yeni Prezidenti Mixail Kavelaşvilinin ilk xarici rəsmi səfərini Azərbaycana etməsi də dostluğumuzun göstəricisidir. Deputat xatırladıb: “2024-cü ildə Gürcüstanın tarixində ilk dəfə yeni qayda ilə prezident seçkiləri baş tutub. Belə ki, ötən ilin dekabrın 14-də parlamentdə 300 nəfərdən ibarət seçki kollegiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın altıncı Prezidenti seçib. Prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutub”.

Deputatın sözlərinə görə, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin təməli 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə qoyulub. Müstəqilliklərini bəyan etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. İndiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Eyni zamanda, Gürcüstanın nümayəndə heyəti 2024-cü ildə Avropa Şurasının müxtəlif qurumlarının təmsilçiləri ilə görüşlərdə Azərbaycan nümayəndə heyətinin geri qayıtması məsələsini aktuallaşdırıb, həmçinin AŞPA-nın gündəliyinə ölkəmizin qatılmadığı debatların daxil edilməsinə etirazını bildirib. Qarşılıqlı dəstəklə bağlı belə misalların sayı kifayət qədər çoxdur.

İqtisadi əlaqələrə gəlincə, bu gün Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları arasında ilk beşlikdə yer alır. İnvestisiya qoyuluşunun əhatə dairəsi getdikcə genişlənir. Hazırda Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir. İndiyədək respublikamızdan qonşu ölkəyə təxminən 3,6 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə bir milyard dolları ötüb.

İqtisadi sektorun Azərbaycan və Gürcüstanın strateji səviyyəyə yüksələn münasibətlərində mühüm yer tutduğunu bildirən Fatma Yıldırım əlavə edib: “İki dost ölkə ticari, enerji, nəqliyyat və logistika sahələrində sıx əməkdaşlıq edirlər. Azərbaycanla Gürcüstanın iqtisadi sahədə əməkdaşlığı yalnız ikitərəfli məzmun daşımır. İndiyədək iki dost ölkə qardaş Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi transmilli nəqliyyat və enerji layihələrini reallaşdırmağa nail olublar. Ölkələrimiz Orta Dəhlizlə daşımalara böyük tələbat yarandığını nəzərə almaqla Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılmasını hədəfləyən layihənin icrasını tamamlayıblar. Bununla da Orta Dəhlizin funksionallığının artmasına yeni imkanlar yaranıb. İki ölkə arasında yaşıl enerji əməkdaşlığı da böyük perspektivlər vəd edir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın birgə həyata keçirdiyi yaşıl enerji dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var. Bu dəhliz vasitəsilə respublikamızda bərpaolunan mənbələrdən alınan elektrik enerjisi Qara dənizin dibi ilə çəkiləcək kabel xətti ilə Avropaya ötürüləcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri