Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniya Kralı III Çarlz Çinə ilk səfər etmək ideyasına açıqdır və hökumət tərəfindən belə bir təklif irəli sürüləcəyi təqdirdə onu diqqətlə nəzərdən keçirəcək.
Bu barədə “The Sunday Times” Bukingem sarayındakı yüksək vəzifəli mənbəyə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, söhbət 77 yaşlı monarxın mövqeyində dəyişiklikdən gedir. O, Tibet və insan hüquqları ilə bağlı şəxsi mövqeyinə görə əvvəllər Çinə səfərlərdən çəkinib. Amma məqalədə qeyd olunub ki, III Çarlz hazırkı dövlət başçısı statusunda əvvəlki mövqeyinin artıq əsaslı olmadığını anlayır.
III Çarlzın köməkçiləri hökumətin siyasi baxımdan həssas və mürəkkəb vəziyyətlərdə kraldan öz adından çıxış etməsini getdikcə daha çox xahiş etməsi tendensiyasının aydın şəkildə müşahidə olunduğunu etiraf ediblər.
Nəşrin adının açıqlanmasını istəməyən mənbəsi bildirib: “Hökumət “Kral Çinə səfər edərmi” sualı ilə müraciət etsəydi, məncə, biz bu məsələni çox diqqətlə nəzərdən keçirərdik. Çin son dərəcə mühüm ölkədir”.
Bununla yanaşı, o, Çini “çox mürəkkəb ölkə” adlandıraraq, belə bir səfərin proqramının təşkilinin çoxsaylı çətinliklərlə müşayiət olunacağını etiraf edib.
1986-cı ildə III Çarlzın anası, mərhum Kraliça II Elizabet (1926-2022) tarixdə Çinə səfər edən ilk Britaniya monarxı olub. Onun dövlət səfəri yeddi gün davam edib.
III Çarlz indiyədək materik Çində olmayıb. Amma 1997-ci ilin iyulunda keçmiş Britaniya müstəmləkəsi olan Hon-Konqun Çin Xalq Respublikasının suverenliyinə verilməsi mərasimində iştirak etmək üçün Honq-Konqa səfər edib və həmin mərasimdə kraliça II Elizabeti təmsil edib.
(teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 08 Noyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















