Böyük Britaniya XİN: İsrail UNRWAnı qadağan etmək qərarından imtina etməlidir
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
"Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım İşləri üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdəki fəaliyyəti qadağan oolunmamalıdır. İsrail bu qərarından imtina etməldiir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi Annelise Dodds deyib.
O, Beynəlxalq İnkişaf Komitəsində keçirilən iclasda bildirib ki, UNRWA-nın açıq bir səlahiyyəti var və onun bölgədə, xüsusən Qəzzada fəaliyyəti mütləqdir: "Heç bir təşkilat orada UNRWA-nı əvəz edə bilməz. Ona görə İsrailin qadağa qərarı dərin narahatlıq yaradıb. Təkrar edirəm, heç bir başqa təşkilat təkcə Qəzzada deyil, bölgədə UNRWA kimi yardım və xidmət göstərə bilməz. UNRWA on illərdir həyata keçirdiyi fəaliyyətləri BMT bayrağı ilə icra edir. İsrailin qadağası isə böyük iztirablara səbəb olacaq. İsrail parlamentində (Knesset) bununla bağlı yekun səsvermənin nəticələrindən sonra daha konkret mövqeyimiz olacaq".
Xatırladaq ki, “The New York Times” qəzeti İsrail parlamentində oktyabr ayında təsdiqlənən UNRWA-nın İsraildəki fəaliyyətini qadağan edən iki qanun layihəsinin bu ay qüvvəyə minməsinin gözlənildiyini yazıb.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 08 Yanvar 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















