Böyük Britaniyadakı erkən orta əsrlərə aid qəbiristanlıqlarda Qərbi Afrika izi tapılıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
London, 13 avqust, AZƏRTAC
Böyük Britaniyanın cənub sahilində tapılan VII əsrə aid skeletlərdə Qərbi Afrika mənşəyi aşkar edilib.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, Kent bölgəsindəki Updovn və Dorset bölgələrindəki “Worth Matravers” qəbiristanlıqlarında dəfn olunmuş insanların qalıqlarından götürülən DNT nümunələri onların Qərbi Afrika mənşəli olduğunu ortaya çıxarıb. Bu tapıntılar erkən orta əsrlərdə Avropaya miqrasiya prosesləri ilə bağlı yeni suallar doğurub. Arxeoloqlar həmin dövrdə materikdən, əsasən, Şimali Avropadan İngiltərəyə əhəmiyyətli köçlərin baş verdiyini sənədləşdiriblər. Tarixi mənbələrdə anglların, saksanların və yutların məskunlaşması təsvir olunur. Lakin daha uzaq bölgələrdən miqrasiyanın miqyası indiyədək aydın deyildi.
Araşdırmanın nəticələri “Antiquity” jurnalında dərc edilən iki elmi məqalədə təqdim olunub. Bildirilib ki, dəfn edilmiş iki fərdin DNT-si bugünkü Saharaaltı Qərbi Afrika xalqları ilə genetik oxşarlığı göstərir.
Alimlərin fikrincə, bu nəticələr erkən orta əsrlərdə insanların hərəkət marşrutlarının və əlaqələrinin əvvəllər düşünüləndən daha geniş olduğunu göstərir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 13 Avqust 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















