Böyük Britaniyanın səfiri Epşteyn qalmaqalına görə vəzifəsindən azad edildi
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Böyük Britaniyanın Vaşinqtondakı səfiri Piter Benjamin Mandelson milyarder Ceffri Epşteyni “ən yaxşı dostu” adlandırdığı e-poçtların üzə çıxmasından sonra vəzifəsindən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Baş nazir Keir Starmerin xahişi ilə səfirin işdən uzaqlaşdırılması barədə qərar verilib.
Açıqlamada Mandelsonun Epşteynin mühakiməsinə qarşı bəyanatlar verdiyi və bu məlumatın təyinat zamanı məlum olmadığı vurğulanıb.
Nazirlik Epşteyn cinayətlərinin qurbanları nəzərə alınaraq qərarın dərhal qüvvəyə mindiyini açıqlayıb.
Əli Hüseynov

Epşteyn işi Britaniyanın ABŞ dəki səfirini də yandırdı
11 Sentyabr 2025 16:43
Böyük Britaniyanın Moskvadakı səfiri Rusiya XİNə çağırılıb
26 Noyabr 2024 16:16
Böyük Britaniyanın ölkəmizdəki səfiri Şuşada səfərdə olub
30 Avqust 2025 20:38
Böyük Britaniyanın yeni SANKSİYALARI
24 Fevral 2025 20:51
Böyük Britaniyanın Gürcüstandakı səfiri qərəzli olmaqda ittiham olunur
06 May 2025 17:24

