Böyük Britaniyanın xarici işlər naziri lisenziyasız balıq tutduğuna görə cərimələnə bilər
Icma.az bildirir, Azertag portalına istinadən.
London, 13 avqust, AZƏRTAC
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bu ölkədə səfərdə olan Amerika Birləşmiş Ştatalrının vitse-prezidenti Cey Di Venslə birlikdə lisensiya olmadan balıq tutduqlarını etiraf edib.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, nazir bu barədə ekoloji nəzarət orqanına məlumat verdiyini açıqlayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu, unutqanlıq səbəbindən baş verib.
Qeyd edək ki, İngiltərə və Uelsdə yaşı 13-dən çox olan hər kəsin şirin suda, məsələn, sazan balığı tutması üçün lisenziya tələb olunur. Lisenziyasız balıq tutmaq 2 min 500 funt-sterlinqədək cərimə ilə nəticələnə bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Britaniyanın XİN başçısı lisenziyasız balıq tutdu, cərimələnə bilər
13 Avqust 2025 22:23
Böyük Britaniyanın xarici işlər naziri Ukraynaya getdi
05 Fevral 2025 11:26
Böyük Britaniyanın xarici işlər naziri Ukrayna ilə bağlı etiraf edib
04 Dekabr 2024 19:59
Böyük Britaniyanın baş naziri postundan gedə bilər
04 İyul 2025 16:00

