Icma.az
close
up
RU
“Böyük gəmilərə ehtiyac yoxdur” hərbi ekspert Azərbaycanın Hərbi Dəniz Donanmasından danışdı

“Böyük gəmilərə ehtiyac yoxdur” hərbi ekspert Azərbaycanın Hərbi Dəniz Donanmasından danışdı

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb.

1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edildi.

Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. aldı.

SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yarandı.

1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. Xəzər Hərbi Dəniz Donanmasının 25 %-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi.

1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı.

Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.

Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur.

Azərbaycan Hərbi Donanmasının bugünkü imkanlarını və Xəzər dənizində ölkənin təhlükəsizliyinin təmin olunmasındakı rolunu necə qiymətləndirirsiniz?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Azərbaycanın texniki avadanlıqları müasir tələblərə cavab verir: “Bizim hərbi dənizçilərimiz Hərbi Donanma Gününü yüksək peşəkarlıq, döyüş hazırlığında əldə olunan nailiyyətlər və qarşıda qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazır vəziyyətdə qarşılayırlar.

Azərbaycanın Hərbi Dəniz Donanması Azərbaycan Ordusunun bir növü olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət və qayğısı altındadır. Bizim dəniz donanmamızın inkişafı da Ali Baş Komandanın nəzarəti və qayğısı altında davam edir. Bu gün Azərbaycanın hərbi donanmasında olan silah-sursat, gəmilər və avadanlıqlar müasir tələblərə cavab verəcək şəkildədir və bu istiqamətdə inkişaf edir. Gəmilər müəyyən vaxt əvvəl istehsal olunmuş olsa da, onların avadanlıqları yeni, müasir tələblərə uyğunlaşdırılıb, silahlandırılıb və təmin edilib. Bu gün onlar müasir tələblərə cavab verən, qarşıya qoyulan tapşırıqları yerinə yetirə və risklərə cavab verə bilən gəmilərdir”.

Hərbi ekspert deyib: “Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanın okeana çıxışı olmadığı üçün ölkənin çox böyük hərbi donanmaya ehtiyacı yoxdur. Digər tərəfdən, Azərbaycan Xəzər dənizinin özünə məxsus 25 faizlik sektoruna cavabdehdir və Hərbi Dəniz Qüvvələri həmin akvatoriyada təhlükəsizliyin təmin edilməsi istiqamətində qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir.

Azərbaycanın hərbi donanması modernləşib və təkmilləşmə istiqamətində inkişaf edir. Bu gün hərbi donanmanın çox güclü kadr potensialı var. Birinci şəxsdən tutmuş bütün mütəxəssislərə qədər peşəkar heyətdən təşkil olunub. Həmin heyət öz peşəkarlığını qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi, bizə aid olan dəniz akvatoriyasında təhlükəsizliyin təmin edilməsi, eləcə də yeni alınan avadanlıq, silah və sursatın idarə olunması ilə göstərir.

Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi kadr potensialının hazırlanmasına xüsusi diqqət yetirir. Azərbaycanda hələ sovet dövründən Ali Hərbi Dənizçilik Məktəbi olub. Yəni bizim hərbi dənizçilik kadrlarının hazırlanması ilə bağlı ənənələrimiz var. Bu gün də Azərbaycan hərbi dənizçi kadrlarının bir hissəsini özü hazırlayır.

Hərbi Dəniz Qüvvələrində xidmət edən şəxsi heyət mütəmadi olaraq qardaş Türkiyədə və dost Pakistanda təcrübə mübadiləsi çərçivəsində bilik və bacarıqlarını artırır, təcrübə qazanaraq Azərbaycana qayıdır”.

Şair Ramaldanov vurğulayıb: “Hərbi Dəniz Donanmasında xidmət edən peşəkar heyət yüksək intellektual potensiala malik heyət kimi qiymətləndirilir. Çünki bu gün rəqəmsal texnologiyalar dövrüdür. Belə bir dövrdə yüksək intellektual səviyyəyə malik peşəkar heyətin hazırlanması zəruridir.

Azərbaycanın dəniz donanmasının digər bir vəzifəsi enerji infrastrukturunun təhlükəsizliyini təmin etmək, onu beynəlxalq terror təhdidlərindən qorumaqdır. Digər mühüm fəaliyyət istiqaməti isə sahillərin mühafizəsidir. Bu gün bəzən sual olunur ki, bizim Hərbi Dəniz Qüvvələri niyə böyük gəmilərə sahib olmur? Əvvəla, buna ehtiyac yoxdur. Bayaq dediyim kimi, bizim okeana çıxışımız yoxdur. Ancaq Xəzər dənizinin akvatoriyasında olan döyüş texnikası müasirləşdirilmiş, təkmilləşdirilmiş gəmilərlə qarşıya qoyulan bütün vəzifələri yerinə yetirməyə qadirik”.

Şair Ramaldanovun sözlərinə görə, hərbi dənizçilər Vətən müharibəsində qəhrəmanlıq göstərərək öz peşəkarlıqlarını döyüş meydanında göstəriblər: “Artıq Ukrayna-Rusiya müharibəsində, eləcə də Yaxın Şərqdə gedən münaqişələrdə həm havada PUA-ların, həm də dənizdə suüstü və sualtı dronların geniş tətbiqi bu sahənin inkişafını göstərir. İri tonnajlı gəmilərə əvvəlki qədər ehtiyac olmadığı görünür. Müasir dövrdə məhz bu tipli dronlardan və PUA-lardan istifadə istiqamətində Azərbaycanın Hərbi Dəniz Qüvvələrində həm xüsusi kadr hazırlığı, həm hava məkanına nəzarət, həm də şəxsi heyətin hazırlanması ilə bağlı tədbirlər görülür.

Əlbəttə, dəniz sahillərinin möhkəmləndirilməsi yerüstü vasitələrlə də həyata keçirilir. Xəzər dənizində Azərbaycana aid akvatoriya böyük məsafəni əhatə etmədiyindən, ölkəmizdə mövcud olan raket, artilleriya və digər vasitələrlə dənizdəki istənilən hədəfi vurmaq mümkündür. Belə olduğu halda, Hərbi Dəniz Qüvvələri digər qoşun növləri ilə birgə əlaqəli şəkildə bu tapşırıqları da yerinə yetirirlər.

Bu gün Hərbi Dəniz Donanması haqqında danışarkən, donanmada xidmət edən hərbi hissə və bölmələrdəki xüsusi təyinatlıları da xüsusi qeyd etmək lazımdır. Bizim hərbi dənizçilər Vətən müharibəsində qəhrəmanlıq göstərərək öz peşəkarlıqlarını döyüş meydanında nümayiş etdiriblər. Buna görə də onlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən Vətən Müharibəsi Qəhrəmanı adına və digər orden və medallara layiq görülüblər.

Bu gün xüsusi təyinatlılarımızın heyəti döyüş təcrübəsi keçmiş peşəkar heyətdir və onlar dənizdə qarşıya qoyulan tapşırıqlara uyğun olaraq hazırlıqlarını daha da təkmilləşdirirlər. Döyüş və digər bacarıqlarının artırılması istiqamətində mütəmadi məşğələlər keçirilir. Bununla bağlı Hərbi Dəniz Donanması tərəfindən yayımlanan video materiallar da cəmiyyətə təqdim edirik. Bu, qürurverici haldır və Hərbi Dəniz Donanmasının inkişafının göstəricilərindən biridir.

Ona görə də bu gün Hərbi Dəniz Donanmasının fəaliyyəti yalnız ölkə daxilində qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ilə məhdudlaşmır. Azərbaycan hərbi dənizçiləri istər Xəzər dənizində sahilyanı dövlətlərlə keçirilən təlimlərdə, istərsə də digər ölkələrdə, o cümlədən NATO ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən təlim və tədbirlərdə iştirak edərək yüksək nəticələr göstərirlər və peşəkarlıqları ilə seçilirlər”.

Hərbi ekspert deyib ki, bu gün Hərbi Dəniz Qüvvələrinin funksiyalarından biri də Xəzər dənizindən keçən logistika marşrutlarının təhlükəsizliyini təmin etməkdir: “Yaxın Şərqdə baş verən hadisələr və digər proseslər nəticəsində dəniz logistikasının əhəmiyyəti daha da artıb. Belə olduğu halda, Hərbi Dəniz Donanması digər Xəzəryanı ölkələrlə əməkdaşlıq çərçivəsində Xəzər dənizindən keçən logistika marşrutlarının təhlükəsizliyinin təmin edilməsində iştirak edir”.

Şair Ramaldanov əlavə edib: “Ümumiyyətlə, Azərbaycanın Hərbi Dəniz Donanması qısa müddətdə böyük inkişaf yolu keçib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordunun Türkiyə modelinə keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasında Hərbi Dəniz Donanması da bilavasitə iştirak edir və qarşıya qoyulan vəzifələri yerinə yetirir. Bununla bağlı bütün istiqamətlərdə, o cümlədən Hərbi Dəniz Donanmasında da islahatlar aparılır. Bu islahatlar uğurla başa çatmaq üzrədir. Hesab edirəm ki, Azərbaycanın Hərbi Dəniz Donanması da bu vəzifələrin öhdəsindən layiqincə gələrək öz inkişaf tarixini yüksək peşəkarlıq və yeni uğurlara imza ataraq inkişaf etməkdədir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Avqust 2026 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri