Icma.az
close
up
RU
Çinlə Azərbaycanın hərbi əməkdaşlığı ordumuza böyük töhfə verir Polkovnik

Çinlə Azərbaycanın hərbi əməkdaşlığı ordumuza böyük töhfə verir Polkovnik

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanla Çin arasında uzun illərdir bütün sahələrdə, o cümlədən də hərbi sahədə əlaqələr mövcuddur və zaman-zaman Azərbaycan Çinlə müxtəlif məsələləri müzakirə edib. Azərbaycanla Çinin hərbi əməkdaşlığı da uğurla inkişaf edir və hər iki ölkə bir-birində ən yüksək səviyyədə təmsil olunublar. Yəni Azərbaycan-Çin hərbi əməkdaşlığının müstəqilliyimizin ilk illərindən dərin kökləri var".

Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Azərbaycanla Çin arasında inkişaf etməkdə olan hərbi əməkdaşlıqdan danışarkən bildirdi. Onun sözlərinə görə, Çin Azərbaycana önəm verir və hər il Çinin ali hərbi məktəblərində və yaxud da akademiyalarında azərbaycanlı zabitlər də təhsil alırlar:

"Yəni Çin hərbi cəhətdən dünya ölkələri arasında inkişaf etmiş bir ölkədir. Ona görə də Azərbaycan bu məsələdə Çinlə münasibətlərinə həmişə önəm verib və artıq onilliklərdir ki, Azərbaycanla Çinin arasında hərbi sahədə münasibətlər gücləndirilib. Bir müddət bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyinin rəhbərlik etdiyi nümayəndə heyəti Çində olmuşdu, orada, Çin Xalq Respublikasının milli müdafiə naziri ilə görüşmüşdü. Görüşdə Çin Xalq Respublikası Milli Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinə həm diplomatik əlaqələrin genişlənməsindən, inkişaf etdirilməsi üçün müasir dövrdə müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimizin əməkdaşlığı müzakirə olunub".

Polkovnik qeyd etdi ki, Azərbaycan Çinə çox böyük önəm göstərir və Çin də Azərbaycanla əməkdaşlıqda maraqlıdır:

"Çinin Milli Müdafiə Nazirliyi ilə Azərbaycan Müdafiə Nazirliyi arasındakı münasibəti, iki ölkənin hərbi sahədə olan əməkdaşlığı böyük potensiala malikdir. Dağlıq Qarabağ münaqişəsində Çinin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələnin həllini dəstəkləməsini də biz yaxşı xatırlayırıq. Bir sözlə, Azərbaycan-Çin əlaqələri çox böyükdür və ümid edirəm ki, bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək. Cənubi Qafqazda Çin Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi tanıyır və etibarlı tərəfdaşı kimi də qəbul eləyir. Ona görə də dostluq və qarşılıqlı etimad iki ölkə arasında bütün sahələrdə, hərbi, hərbi-texniki, hərbi təhsil, qarşılıqlı maraq doğuran sahələr var ki, o sahələr də Azərbaycanla Çin arasında həm inkişaf etdirilir, həm də gələcəkdə bu sahələrdə yeniliklər olacağı gözlənilir. Bir sözlə, Çinlə Azərbaycanın hərbi əməkdaşlığı Azərbaycan ordusuna da böyük töhfə verir, çünki ordumuz daim inkişaf edir".

Ekspert əlavə etdi ki, bu gün Azərbaycan Çin Xalq Respublikasının ordusunun təcrübəsindən yararlanır.

"Döyüş hazırlığında, digər sahələrdə, hərbi təhsil sahəsində də Azərbaycanla Çin arasında əməkdaşlıq mövcuddur. Hər il bizim zabit kadrlarımız yüksək peşəkarlıqla Çin ali hərbi təhsil ocaqlarında oxuyurlar, təhsil alırlar və bu da Azərbaycan üçün əlbəttə ki, böyük bir dəstəkdir.

Hərbi əməkdaşlıq yeni mərhələyə keçməlidir. Çin Xalq Azadlıq Ordusunun 98-ci ildönümü münasibətilə keçirilən tədbirdə də həmin ölkənin Azərbaycana təyin etdiyi hərbi attaşe qeyd eləyib ki, iki ölkə arasında bundan sonra da birgə layihələr həyata keçiriləcək. Yəni birgə layihə o deməkdir ki, Azərbaycan ordusunun nümayəndələri Çin Xalq Respublikasında təcrübə keçəcəklər. Hərbi-texniki mübadilə, təcrübə paylaşımı, digər effektiv sahələr, xüsusilə hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində bundan sonra da kadrların hazırlanması, eyni zamanda qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün lazım olan addımlar atılacaq", - deyə Üzeyir Cəfərov bildirdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 İyul 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri