Icma.az
close
up
RU
Böyük güclərin qarşıdurmalarının kökündə məhz enerji amili dayanır Mövqe

Böyük güclərin qarşıdurmalarının kökündə məhz enerji amili dayanır Mövqe

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Beynəlxalq münasibətlər sistemində baş verən ciddi dəyişikliklər geostrateji məsələlərdə siyasi-hərbi faktorlarla yanaşı, daha bir mühüm istiqaməti ön plana çıxarır. Bu, enerji təhlükəsizliyi məsələsidir ki, hazırda böyük güc mərkəzləri arasında konfrontasiyaların əsasında faktiki, məhz enerji amili dayanır. Rusiya-Ukrayna müharibəsinin start götürməsindən etibarən dünyanın enerji xəritəsinə tam yeni bir dizayn gəldi. Ənənəvi enerji marşrutlarının etibarsızlığı neft-qaz resurslarına şiddətli ehtiyac duyan Qərb dünyasını alternativ variantlar axtarmağa məcbur buraxsa da, bu günün özünə qədər problemin effektiv həll yolunun tapıldığını düşünmək olmaz. Çünki bir çox hallarda geosiyasi amillər enerji təhlükəsizliyi məsələsindən önə keçir və Avropa qitəsindən olan dövlətlərin böyük bir hissəsi bu istiqamətdə qurulan oyun ssenarilərinin qurbanına çevrilirlər”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti və onun təbii resursları tək Avropa deyil, dünya bazarı üçün də sabitləşdirici faktor rolunda çıxış edir: “Prezident İlham Əliyevin prinsipial siyasəti sayəsində ölkəmizə məxsus karbohidrogen ehtiyatları qlobal bazarlara diversifikasiya olunmuş şəkildə, yəni, fərqli marşrutlarla çıxarılır. Son bir neçə il ərzində isə məhz dövlət başçısının tapşırıqları əsasında Bakı enerji marşrutlarının şaxələndirilməsi ilə yanaşı, enerji mənbələrinin də şaxələndirilməsi strategiyasını həyata keçirir ki, bu da böyük anlamda Rusiya qazından asılı olan Avropa ölkələrinə enerji təchizatının alternativ variantlarının tapılmasında yardımçı olur. 

Azərbaycanın enerji strategiyasının ən vacib komponenti Cənub Qaz Dəhlizidir. Bu layihə həm də enerji diplomatiyamızın uğurlu nümunələrindən biri sayılır. Ona görə ki, marşrut Azərbaycanı real olaraq “Qoca qitə”nin mühüm tərəfdaşına çevirir və Qərb dövlətləri öz enerji təhlükəsizliklərinin təminində Azərbaycan variantının daha effektiv, daha rentabelli olduğunu açıq etiraf edirlər. Ötən həftə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclasında Prezident İlham Əliyevin çıxışı bu tezisləri tam şəkildə təsdiqləyir. Məsələn, 10-cu Məşvərət Şurasından sonra daha 5 ölkə Azərbaycan təbii qazının alıcısına çevrilib. Beləliklə, bu gün 

- Azərbaycan təbii qazı 12 ölkəyə çatdırılır; 
- onlardan 10-u Avropa ölkəsidir; 
- 8-i Avropa İttifaqının üzvüdür.

Bəli, uzun müddətdir ki, rəsmi Bakı Qərbin etibarlı enerji tərəfdaşı rolunda çıxış edir və görünür, bundan sonra da çıxış edəcək. Təsadüfi deyil ki, Qərb ekspertləri Azərbaycanı Pan-Avropa qaz təchizatçısı adlandırır. Şübhəsiz, qaz təchizatının coğrafiyası genişləndikcə, bu status bir qədər də güclənəcək. Çünki hazırda bəzi Avropa ölkələri qazpaylama şəbəkəsini Azərbaycanın hesabına yaradır, bir çoxlarında belə şəbəkə ümumiyyətlə, yoxdur, digərlərində isə mövcud şəbəkələrin genişləndirilməsinə zərurət var və ölkəmiz də həmin prosesdə investor kimi iştirak etməyi planlaşdırır. Qaz təchizatı coğrafiyasının genişlənməsində, əlbəttə, interkonnektorların da böyük rolu olacaq”.

Deputat əlavə edib ki, bütün bu faktorlar Cənub Qaz Dəhlizini Azərbaycanın XXI əsrin “uğur hekayəti” adlandırmağa mənəvi əsaslar yaradır: “Doğrudan da, 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi, yəni Cənub Qaz Dəhlizi Asiyadan tutmuş Avropaya qədər bir çox ölkələrin enerji təhlükəsizliyi üçün nəfəslik rolunda çıxış edir. Təhlükəsizliyin uzun illər təminatı üçün təbii, müəyyən şərtlər var. Həmin şərtlər Prezident İlham Əliyev tərəfindən avropalı mütəxəssislərin və siyasi dairələrin diqqətinə çatdırılır. 1-ci şərt odur ki, mövcud qaz boru kəməri sistemi genişləndirilməlidir. Buna isə külli miqdarda maliyyə vəsaiti lazım gələcək. Dövlət başçısı deyir ki, stər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP tam dolu işləyir: “Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaq”. 

Halbuki Azərbaycanın dünya bazarlarına nəql edə biləcəyi yetərli qədər karbohidrogen ehtiyatları var. Məsələn, hazırda “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və “Abşeron” bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra isə digər neft-qaz yataqlarının da istismarına start veriləcək. Ancaq belə deyək, Azərbaycanın inkişafına qısqanc münasibəti bəsləyən, rəsmi Bakını “qazıntı yanacağı”nı stimullaşdıran tərəf adlandıran bəlli mərkəzlər enerji layihələrini maliyyələşdirməyin əleyhinə çıxırlar. Prezident hesab edir ki, faydalı qazıntıları zəngin ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik edilməməli və ayırıcı xətlər qoyulmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalı, onlara hücum çəkilməməlidir. 2-ci mühüm şərt isə uzunmüddətli müqavilələrlə bağlıdır. Bəllidir ki, enerji layihələrinə böyük sərmayələr yatırılır və uzun illərdən sonra həmin sərmayələr geri qayıdır. Lakin bu günə qədər Azərbaycanın Cənub Qaz Dəhlizinə qoyduğu investisiyalar geri qayıtmayıb və balansda sıfıra çıxmaq mümkün olmur. Ona görə də Avropa dövlətləri qarşıdakı illər ərzində Azərbaycanın təbii qazına ehtiyac duyacağını bəyan etməli və müəyyən öhdəliklər götürməlidir. Belə bir təminat olmayacağı təqdirdə, investorlar və ölkələr enerji layihələrinə sərmayə yatırmayacaqlar ki, bu da təbii qazın böyük qıtlığına gətirib çıxaracaq.
Bu gün Azərbaycan qaz hasilatının ikinci fazasına keçid ərəfəsindədir. İndiki mərhələdə 1,5 milyard kubmetrlik hasilata minimum 3 milyard kubmetr qaz əlavə olunacaq. Bunun üçün təbii ki, interkonnektorlar və Cənub Qaz Dəhlizi genişləndirilməsidir. Azərbaycan və Avropa Komissiyası arasında 2022-ci ildə energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memorandum imzalandıqdan sonra 

- Avropaya qaz təchizatı 60 faiz artıb; 
- 2021-ci ildə ixrac təxminən 8 milyard kubmetr idisə; 
- 2024-cü ildə bu rəqəm 13 milyard kubmetrə çatıb; 
- bu, Azərbaycanın ümumi ixracının təxminən yarısından çoxdur;  
- ümumi ixrac isə 25 milyard kubmetr təşkil edir və bundan sonra da artacaq. 

O ki qaldı bərpaolunan enerjiyə, Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarla imzalanmış müqavilələr Azərbaycana 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə edilən təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qaz ixraca yönəldiləcək. Onu da xüsusi vurğulayaq ki, Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər artıq 270 meqavatlıq su-elektrik stansiyaları qurulub. 30-dan çox kiçik su-elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su-elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Nəticədə 2030-cu ilə qədər 6,5 giqavatlıq enerji potensialı yaranacaq. Beləliklə, Azərbaycan növbəti 5 il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialını iki dəfə artırmağa nail olacaq.

Bəli, enerji faktoru bu gün dünyada cərəyan edən proseslərin xarakterini müəyyənləşdirir. Enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilir. Azərbaycan xam neft, təbii qaz, neft, neft-kimya məhsulları və gübrələrin istehsalçısı və ixracatçısı kimi getdikcə lazımlılığını, eləcə də etibarlı tərəfdaş olduğunu bütün dünyaya göstərir. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclasından verdiyi mesajlar, şübhəsiz, enerji böhranı ilə üz-üzə qalan Qərb dünyasının enerji siyasəti üçün “yol xəritəsi” rolunu oynayacaq”.
Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Aprel 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see202

Tayvanda “Maanşan” AES nin bərpası ilə bağlı referendum keçirilir

23 Avqust 2025 09:32see170

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb RƏY

23 Avqust 2025 15:33see129

Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib ŞƏRH

23 Avqust 2025 07:31see128

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see127

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see126

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölən və yaralananlar var

23 Avqust 2025 22:13see125

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see124

Zelenskidən Rusiyaya qəti cavab: Verməyəcəyik

23 Avqust 2025 22:11see123

“Çelsi”ni o da tərk etdi

23 Avqust 2025 21:09see122

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see122

Neftimiz bahalaşmaqda davam edir

23 Avqust 2025 09:51see120

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see119

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see117

AFFA nın vitse prezidenti UEFA dan təyinat aldı

23 Avqust 2025 12:10see117

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see116

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see115

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see114

Ən faydalı 3 tərəvəz Mütəxəssislərin tövsiyəsi

23 Avqust 2025 23:02see113

40 dan sonra bədəni gücləndirəcək məşq növü adlandırılıb...

23 Avqust 2025 22:36see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri