Icma.az
close
up
RU
Suriya ətrafında böyük güclərin oyunu

Suriya ətrafında böyük güclərin oyunu

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Elşən Manafov: “Ələviləri Colaninin keçid hökumətinə qarşı çıxışlara İran yönləndirə bilərdi”

Martın əvvəllərindən Latakiya və Tartus şəhərlərində Suriya hökumətinə tabe olan silahlı qüvvələrlə keçmiş prezident Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələr arasında baş verən qanlı toqquşmalar rejim qalıqlarının zərəsizləşdirilməsi ilə başa çatıb. Suriya Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül Qani deyib ki, Latakiya və Tartus əyalətlərində Əsəd rejiminin tərəfdarlarını hədəf alan hərbi əməliyyatlar başa çatıb.

"Qüvvələrimiz Latakiya və Tartus əyalətlərinin bir sıra şəhərlərində rejim qalıqlarını zərərsizləşdirə bilib. Buna nail olduqdan sonra hərbi əməliyyatın başa çatdığını elan edirik", - məlumatda qeyd edilib.

Xatırladaq ki, 6 martda Latakiyada devrilmiş prezident Bəşər Əsədin tərəfdarlarının (ələvi -nüseyrilər - red.) təhlükəsizlik qüvvələrinə hücum etməsi ilə bölgədə toqquşmalar başlayıb. Suriya hökuməti əraziyə ordu yeridib və üsyançıların ələ keçirdiyi kəndlərə və Cəbləyə nəzarəti bərpa edib. Silahlı qruplaşma ilə toqquşmalarda Suriya hökumət qüvvələrinin aqressiv davrandığı və çoxsaylı mülki şəxsin öldüyü barədə məlumatlar var. Əsədə bağlı olan ələvi qüvvələrin arxasında İranın dayandığı haqda məlumatlar var. Türkiyə mediasının yazdığına görə, Suriyada Bəşər Əsədin qardaşı Mahir Əsədin komandanlığındakı keçmiş “Dördüncü diviziya”nın briqada komandiri, general Qiyat Süleyman Dala martın 6-da bəyanat yayaraq, “Suriya Azadlıq Hərbi Şurası”nı qurduğunu və şuranın rəhbəri olduğunu açıqlayıb.

Dala ilk mesajında “Suriyanı azad etmək, mövcud rejimi devirmək, vahid, suveren Suriya dövləti qurmaq, dövlət qurumlarını milli və demokratik əsaslar üzərində yenidən təşkil etmək və köçkünlərin geri qayıtması üçün şərait hazırlamaq” sözləri ilə xalqı şuraya qoşulmağa çağırıb. Bu çağırışdan sonra Suriyanın Latakiya və Tartus şəhərlərində toqquşmalar başlayıb. İnsan haqları üzrə müşahidəçilərin və BMT nümayəndələrinin açıqlamalarına görə, Suriyadakı son toqquşmalarda təxminən minə yaxın mülki vətəndaş ölüb.

Həmin dönəmdə Suriyanın ələvi icmasının liderləri İsrail rəsmilərinə, o cümlədən Baş nazir Benyamin Netanyahuya məktub göndərərək, yəhudi dövlətindən etnik azlığı Suriyanın yeni hökumətinin təqiblərindən “xilas etməyi” xahiş ediblər.

İsrailin “I24” telekanalının məlumatına görə, məktubda Əsəd rejiminin süqutundan və ələvi bölgələrində xalqımıza qarşı törədilən qırğından sonra İsrail hökumətinə müdafiə, yardım və dəstək istəyi yer alıb.

Məktubda qeyd olunub ki, suriyalı ələvilər İsrailə əl uzadır və onlar yəhudi dövlətinin ən sadiq və ən yaxşı dostları olacaqlar. Ələvi icmasının liderləri İsrailə qarşı bir neçə tələb də irəli sürüb: ordunun, o cümlədən hərbi-hava qüvvələrinin və donanmanın Suriya sahillərində mülki əhalinin qorunmasına səfərbər etmək, ələvilərin öldürülməsi məsələsini beynəlxalq səviyyəyə qaldırmaq və bunları mətbuatda işıqlandırmaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Suriya məsələsində heç kim bizə dərs verə bilməz. Biz ədalətsizliyi, terroru pisləyirik. Gərgin atmosferi tez bir zamanda geridə qoymaq üçün Suriya səlahiyyətlilərinə də lazımi təkliflər veririk.

“Suriya Prezidenti Əhməd əş-Şara revanşizmə qapılmadan inklüziv siyasət aparır. Ümid edirik ki, Suriya tezliklə arzuladığı daimi sülh və əmin-amanlığa qovuşacaq", - Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinlilərlə iftar proqramında çıxışında deyib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasına mühüm əhəmiyyət verir. O bildirib ki, Türkiyə ilk gündən bəri bu məsələyə diqqət edir.

Ərdoğan həmçinin söyləyib ki, Suriyada terrora yer olmamalı, ölkədə təhlükəsizlik qorunmalıdır.

Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Önçü Keçeli X-dəki paylaşımında qeyd edib ki, Latakiya və ətrafında baş verən təxribatların Suriyada və regionda sülhə təhdid olmasına yol verilməməlidir.

Mətbuat katibi bildirib ki, Suriyada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün intensiv səylər davam etdirilir:

"Belə kritik bir zamanda Latakiya və ətrafında baş verən gərginlik, eləcə də təhlükəsizlik qüvvələrinin hədəfə alınması Suriyanı birlik və həmrəylik içində gələcəyə aparma səylərini sarsıda bilər. Biz suriyalıların sülh və rifah içində yaşamaq hüququnu hədəf alan hər cür hərəkətə qarşıyıq. Türkiyə Suriya xalqının və hökumətinin yanında olmağa davam edəcək".

Politoloq Elşən Manafov “Xalq Cəbhəsi”nin suallarını cavablandırıb.

Ələvilərin çıxışları nə ilə bağlı olmuşdu, bu çıxışlar ümumiyyətlə gözlənilən idimi?

Ələvilər Suriyada prezident Bəşər Əsədin özünün də daxil olduğu qruplaşmadır. İslamın şiə cərəyanının cəfəri təriqətindən fərqli mötədil birlikdir, Əli inb Əbu Talibin tərəfdarları, sufiyyə təriqətinə yaxın musəlmanlardırlar, Ələviliyin Suriyada mövqe və nüfuzu İranın bu ölkə ilə bağlı maraqlarından irəli gəlir. Bəllidir ki, Əsədin hərbi müdaxilə nəticəsində Suriyada hakimiyyətdən uzaqlaşdırılması İranın bu ölkə ilə bağlı siyasi maraqlarına ciddi ziyan vurub. İran islam inqilabının qələbəsindən sonra şiə hilalı inqilabını təbliğ edərək şiələrin üstünlük təşkil etdikləri ərəb ölkələrində mövqeyini gücləndirməyə çalışaraq ərəb dövlətlərindən ibarət antiisrail koalisiyasını təşkil etməyə çalışıb. Rəsmi Tehranın bu mövqeyi isə ərəb sünni siyasi elitaları tərəfindən qısqanclıq və narazılıqla qarşılanır.

Belə çıxır ki, ələvilərin çıxışlarının arxasında rəsmi Tehranın Suriya ilə bağlı maraqları olmamış deyil?

Şübhəsiz ələviləri Colaninin (Əhməd əş-Şara) keçid hökumətinə qarşı çıxışlara İran yönləndirə bilərdi və bunu təkcə İranın Colanı hakimiyyətinin siyasətindən narazı amillərlə bağlamaq düzğun olmazdı. Colaninin Dəməşqdə iqtidara rəsmi Ankaranın dəstəyi ilə gəlməsi amili nəzərə alınarsa, bu həm də, İranın Türkiyəyə Suriyada yönəli bir hərəkəti kimi də, dəyərləndirilə bilər. Digər tərəfdən bu günlərdə Colaninin keçid hökumətinin tərkibi ilə bağlı məsələlərə də, aydınlığın gətiriləcəyi istisna edilmirdi. Burada ölkədəki bir sıra etnik qruplaşmaların, hətta druzların belə adlarının hallanmasına baxmayaraq, Əsədə yaxın ələvilərin təmsilçilərinin keçid hökumətinin tərkibinə daxil edilməmələri istisna deyil ki, ələvilərin narazılığına səbəb olmuşdu.

Druzlarla baglı İsrailin mövqeyi nədən irəli gəlir? Netenyahu druzların hüquqlarına müdaxilə olacağı təqdirdə Colani hakimiyyətini hədələməkdən belə çəkinməyib.

Druzlar da, ərəb mənşəlidirlər, lakin, onlar digər ərəblərlə müqayisədə İsrail dövlətinə tolerantlıqları ilə fərqlənirlər. Hazırda İsrail əhalisinin 12% druzlar təşkil edirlər, bundan əlavə onlar Suriya, İordaniya və digər ərəb ölkələrində də yaşayırlar. Druzların dini baxışları ərəblərin ənənəvi dini sxolastik baxışları ilə müqayisədə fərqlidir, onlar ruhun ölməzliyi ilə yanaşl, onun transplantasiyası ilə bağlı baxışları da təbliğ edirlər və ümumiyyətlə, vətəndaşı olduqları dövlətlərə mötədil və sadiq mövqeləri ilə fərqlənirlər. Druzlar icmanın maraqları naminə üzdə düşmən tərəfin mövqeyini də dəstəklədiklərini nümayiş etdirə bilərlər, bu da yəhudilərin baxışları ilə üst-üstə düşür, onlar müsəlman sayılsalar da, Musa peygəmbərə inanc və etiqad da yüksək səviyyədədir, yəqin buna görədir ki, ərəblərin arasında druzlar yeganə etnik birliklərdir ki, İsrail ordusunda xidmət hüququna malikdirlər. Bir sözlə, druzları İsrail ərəb dünyasında özünün 5-ci kolonası qismində görür və buna görə də müdafiə edir.

- Suriyada Colaniyə sadiq təhlükəsizlik qüvvələrinin ələvi çıxışlarının yatırılması zamanı xüsusi amansızlıqla rəftar etmələrində bəziləri dini dözümsüzlük amillərinin olduğunu qeyd edirlər. Hətta bu qarşıdurmaların vəhabi şiə qarşıdurması olduğunu söyləyənlər də var deyilmi?

- Elədir. Colani təhlükəsizlik qüvvələrinin ələvilərə, xüsusilə silahsız, mülki əhaliyə münasibətdə amansızlıqları ilə seçilən qəddar hərəkətlərinə heç bir vəchlə haqq qazandırmaq olmaz. İnsan hüquq və azadlıqlarına birbaşa qanundan kənar hərəkətlər olmaqla yanaşı, bu hərəkətlər elə islam dünyasında dini zəmində çox böyuk bir qarşıdurmanın alovlanmasına gətirib çıxara bilər ki, bu da ancaq bölgədə imperialist maraqları olan bəlli dairələrin xeyrinə işləyə bilər. Digər tərəfdən bütün bunlar İran və Türkiyə arasında münasibətlərdə gərginliyə səbəb ola bilər, İran isə bütün bunların arxasında imperializmin bəlli maraqlarını gördüyündən özünün xarici işlər naziri Əraqçinin simasında bəyan edir ki, Suriya hadisələrinə görə Türkiyəni düşmən bilmir. Burada bir maraqlı məqam da var ki, Colani Ankaranın tövsiyəsi ilə özünün xarici ölkələrə olan ilk səfərini Səudiyyə Ərəbistanına edib, ələvilərə qarşı Suriyada vəhabilərin amansız hərəkətləri isə bütün bunların rəsmi Ər Riyadla razılaşdırılması təəssüratı doğura bilər ki, bu da yenə İran və Səuduyyə arasında münasibətlərdə gərginliyə xidmət edəcək hadisə kimi qiymətləndirilə bilər. Bəllidir ki, bu dövlətlər arasında uzun müddət mövcud olmuş duşmənçiliyə Çinin vasitəçilik səyləri ilə son qoyulmuşdur və deməli gərginliyin yüksələn xətlə artması Çinin də, regionla bağlı maraqlarına qarşı təşkil edilmiş qəsd ola bilər.

- Ələvilərin çıxışlarının Latakiyada, Rusiyanın hərbi bazalarına yaxın ərazilərdə baş verməsi bu çıxışların Rusiya tərəfindən də, təşkil edilə biləcəyi ilə baglı mulahizələrə səbəb olub?

- Ələvilər tarixən Suriyanın dəniz sahillərinə yaxın ərazilərində məskunlaşıblar və Latakiyada Colaninin təhlükəsizlik qüvvələri mülki ələvilərə qarşı hucuma keçəndə onların Rusiyanın buradakı hərbi dəniz bazalarına sığınması və təhlükəsizliklərinə zəmanət istəmələri təmamilə anlaşılan bir haldır.

Əvvəla, ələvilərin lideri Bəşər Əsəd özü də hazırda Moskvaya sığınıb və onun təhlükəsizlik çətiri altındadır. Digər tərəfdən ələvilər və Suriya pravoslav kilsəsi arasında tarixən bir-birinə güvən, etimad məsələləri olub, nəhayət, Rusiya ələvilərin simasında Suriyada ona dost münasıbəti bəsləyən müttəfiqlərini, habelə dolayısı yolla olsa da, İranın Suriya ilə bağlı maraqlarını qorumuş olur və bu faktın özü Rusiyanı Suriyadan uzaqlaşdırmaq uçun Qərbdə dəridən qabıqdan çıxanlara Moskva tərəfindən verilmiş bir ismarıc kimi qəbul olunmalıdır.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Mart 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see453

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see360

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see334

Etirazçılar magistral yolları bağlayıblar, onlarla saxlanılan var

10 Sentyabr 2025 22:31see157

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see155

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see144

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see143

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see139

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see135

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see135

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see133

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see132

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see131

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see130

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see130

Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...

11 Sentyabr 2025 00:02see129

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see128

Makron istefa ver! deyən yüzlərlə fransız həbs edildi

10 Sentyabr 2025 17:12see126

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see125

Astronomlardan maraqlı kəşf: Kosmosda ulduzu yeyən müəmmalı obyekt aşkar edildi

11 Sentyabr 2025 03:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri