BÖYÜK İDDİ: İran ABŞ ni vuracaq raketlər hazırlayır
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu İranın ABŞ şəhərlərinə çata biləcək gücdə raket hazırlamaq üçün işlər apardığını iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, Netanyahu verdiyi müsahibədə əsasən HƏMAS-la aparılan danışıqlar olmaqla gündəmdəki məsələlərə dair fikirlərini bölüşüb. Qəzzaya yönəlmiş hücumların dayandırılmasına “yaxın olduqlarını” iddia edən Netanyahu hələlik atəşkəs üçün razılaşmanın əldə olunmadığını bildirib.
O, atəşkəs razılaşması əldə olunsa belə, HƏMAS-ın idarəetmədə qalmasına “icazə verməyəcəklərini” vurğulayıb. İran məsələsinə də toxunan Netanyahu, Tehranın 8 min kilometr məsafəyə sahib raket hazırlamaq üçün işlər apardığını irəli sürüb. Netanyahu İranın üzərində işlədiyi bu raketlə ABŞ-nin şərq sahilindəki şəhərləri hədəf ala biləcəyini iddia ed:
“İnsanlar buna inanmır. İran 8 min kilometr məsafəyə çata bilən qitələrarası raketlər hazırlayır. 3 min kilometr daha əlavə edin, ABŞ-nin şərq sahilinə çata bilərlər.
Bu vəziyyətin ABŞ üçün “böyük təhlükə” olduğunu iddia edən Netanyahu İsrailin bu təhdidi uzaqda saxlamaq üçün “yaxşı iş gördüyünü” qeyd edib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 07 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















