Xameneinin ölümü ilə bağlı şok iddi: Bunu edə bilərdilər?
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın Ali Lideri Əli Xamenei 28 fevralda ABŞ və İsrail tərəfindən həyata keçirildiyi bildirilən hücumlar zamanı öldürüldü.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyası “İran İslam İnqilabının lideri şəhid oldu” deyə məlumat yayıb. İran hökuməti Xameneinin ölümü ilə əlaqədar 40 günlük milli matəm və 7 günlük rəsmi tətil elan edib.
Onun varisinin kim olacağı ilə bağlı müzakirələr davam edərkən, israilli insan haqları fəalı Devid Keyes sensasion iddia ilə çıxış edib. O, Xameneinin üzüyünə dinləmə cihazı yerləşdirildiyini və bunu Mossad agentinin etdiyini iddia edib.
Digər tərəfdən, Fars Xəbər Agentliyi Xameneinin ofisinə yaxın mənbələrə istinadən bildirib ki, hücumlar zamanı onun ailə üzvlərindən bəziləri də həlak olub.
1939-cu il aprelin 19-da Məşhəd şəhərində anadan olan Xamenei Azərbaycan əsilli ruhani ailəsində böyüyüb. O, Ruhullah Xomeyninin yaxın silahdaşlarından biri olub, inqilabdan sonra İranın siyasi sistemində mühüm rol oynayıb və iki müddət prezident vəzifəsini icra edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 05 Mart 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















