Icma.az
close
up
RU
Böyük oyun başladı: Müharibə qaçılmaz oldu dəhşətli ssenari işə düşür?

Böyük oyun başladı: Müharibə qaçılmaz oldu dəhşətli ssenari işə düşür?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Trampın Qrenladiya arzusunun əsl səbəblər üzə çıxdı. ABŞ, Rusiya və Çin bu məkanda artıq faktiki olaraq “üçbucaqlı güc müharibəsi”nə başlayıb. Qrenlandiya isə bu böyük oyunun mərkəzində yerləşir: ABŞ üçün Şimali Atlantikə və Arktikaya nəzarətin açarı, Rusiya üçün strateji təhdid, Çin üçün isə gələcək logistika və xammal qapısıdır. Maraqlı olan odur ki, Vaşinqton bu planı Avropaya zorla deyil, siyasi sövdələşmə ilə qəbul etdirmək niyyətindədir. ABŞ Avropanın Qrenladiyadan imtina etməsi üçün Ukrayna və NATO kartından necə istifadə edəcək? Ukraynanın təhlükəsizlik zəmanərləri qarşılığında Qrenladiya alınacaq?

Moderator.az-a danışan politoloq Fuad Abbasov bildirib ki, Trampın Qrenlandiya ilə bağlı açıqlaması ABŞ-ın bu bölgədəki planlarının yekun mərhələsini göstərir:

“Biz bir daha şahid oluruq ki, Amerikada hakimiyyətə kim gəlirsə-gəlsin – istər respublikaçılar, istər demokratlar – ölkənin strateji xarici siyasəti hər iki partiyanın ən başlıca prioritetidir. Mən belə hesab edirəm ki, bu siyasət dörd il əvvəl başlamış planların davamıdır. Rusiyanın Ukraynaya hərbi hücumu isə ABŞ-ın Qrenlandiyanı strateji təsir zonası kimi istifadə etmək niyyəti ilə əlaqədardır. Ağ ev rəhbəri  bir müddət əvvəl  Ukraynaya hərbi və maddi yardımın dayandırıldığını açıqlayaraq, Avropa ilə Rusiyanı üz-üzə qoydu.  O belə demişdi: “Özünüz qərar verin, mən qarışmıram,  Ukraynaya hərbi yardımı saxlayıram”.

Qrenlandiya məsələsi ortaya çıxanda isə Tramp, Avropa ölkələrinə mesaj göndərdi ki, əgər Ukrayna müharibəsində Rusiya ilə təkbaşına üzləşmək istəmirsinizsə və ABŞ-dan həm maliyyə, həm hərbi, lazım olsa nüvə dəstəyi almaq istəyirsinizsə, o zaman Qrenlandiyanın ABŞ-a verilməsinə razı olmalısınız. Bu, Avropaya göndərilən açıq mesajdır.

Eyni zamanda, Tramp NATO-nu da davamlı tənqid edir. O, hər dəfə bildirir ki, digər ölkələrin hərbi sənayelərə pul yatırmasına ehtiyac yoxdur və özünüzü qoruyun, Rusiya ilə və digər məkanlarda özünüz mübarizə aparın. Bu kontekstdə Tramp Avropa ölkələri qarşısında məqsəd qoyur: əgər NATO çərçivəsində əməkdaşlığı davam etdirmək və Rusiyaya qarşı birlikdə hərəkət etmək istəyirsinizsə, Qrenlandiyanın ABŞ-a verilməsinə razı olmalısınız”".

Politoloq əlavə edib ki, Tramp  hər yolla Qrenlandiyanı ələ keçirməyə çalışır: 

“Amerikada yeni bir deviz meydana gəlib – “Make Greenland Great Again” (Qrenlandiyanı yenidən möhtəşəm etmək) və bununla bağlı qanun müzakirəyə çıxarılıb. Bu qanuna əsasən, 2026-cı ilin əvvəlindən başlayaraq, Danimarkanın Qrenlandiyaya ayırdığı illik 600 milyon dollarlıq büdcəni ABŞ öz üzərinə götürəcək. Bundan başqa, Qrenlandiyanın təhvil verilməsi üçün 10–100 milyard dollar arasında təzminat məbləği nəzərdə tutulur. Bu addımlar həyata keçirildikdən sonra Qrenlandiya ABŞ-ın təsir dairəsinə daxil olacaq və infrastruktur layihələri və digər milyardlıq investisiyalar vasitəsilə bölgə Amerikanın növbəti ştatı kimi inkişaf etdiriləcək. Bütün bu planlar yalnız Trampın təkliflərinin Qrenlandiya və Avropa tərəfindən qəbulundan sonra mümkündür. Lakin həm Çin, həm Rusiya da Qrenlandiyanı öz təsir dairələrinə salmaq niyyətindədir. Rusiyanın Şimal Dəniz Flotunun dünyaya çıxışını təmin edən Qrenlandiyanı itirməsi onun şimal bölgələrinin ABŞ təsiri altına düşməsi deməkdir. Çin üçün isə Qrenlandiya həm xammal, həm ticarət, həm logistika və nəqliyyat baxımından strateji əhəmiyyət daşıyır. Çin və Rusiya Qrenlandiya uğrunda planlar hazırlayacaq və Trampın fəaliyyəti buna mane olsa da, bir səhər oyanıb görsək ki, rus və Çin hərbi birləşmələri Qrenlandiyada yerləşib, heç də təəccüblənməməliyik”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri