BÖYÜK MÜHARİBƏ SSENARİSİ TƏHLİL
Sia Az saytına istinadən Icma.az xəbər verir.
Çoxdandır ki, NATO-nu Rusiyaya qarşı qoymaq ssenarisi barədə spekulyasiyalar dolaşır. Maraqlıdır ki, həqiqətən də kim NATO-nu Rusiyaya qarşı qoymaq niyyətindədir? Yaxud da, bunun hansı məqsəd daşıdığı da həqiqətən çox maraqlıdır. Ümumiyyətlə, Rusiya ilə bağlı bir-birinin ardınca bu qədər planların cızılması, davamlı şəkildə hansısa ssenarilərin hazırlanması diqqəti cəlb etməyə bilməz. Məsələ burasındadır ki, bir çox siyasətçilər, politoloqlar bütün bu planları məhz NATO-nu Rusiyaya qarşı qoyacaq böyük müharıbə ssenarisi hesab edirlər.
Müşahidə edilənlərin fonunda ortaya çıxan məntiqi suallar və sual doğuran məqamlar
Bəzi mənbələrin məlumatına istinadən dünya mətbuatında qeyd olunur ki, Britaniyanın xüsusi xidmət orqanları Baltik dənizində təxribat hazırlayırlar. Məsələ burasındadır ki, NATO Baltik dənizində həqiqətən də hərbi təlimlər keçirir və yəqin ki, buna görə də belə bir qənaət məntiqi hesab olunur. Belə hesab olunur ki, onlarla hərbi gəmi məhz Rusiya ilə qarşıdurma ssenarisini həyata keçirmək üçün mövqe tutur. İstənilən halda hadisələrin gedişatı diqqəti cəlb edir. Məhz həmin hadisələrin ən azından, izlənilməsi də bu baxımdan səbəbsiz deyil. Heç şübhəsiz ki, bütün bunlar narahatlıq da doğurur. Bu baxımdan da, bir sıra suallar, yaxud, sual doğuran məqamlar həqiqətən də düşündürücüdür.
Məntiqi suallar ortaya çıxır. Görəsən, ukraynalı yaraqlılar Qərb kuratorlarının göstərişi ilə hansı yeni təxribatları həyata keçirməyə hazırlaşırlar? Kiyev niyə Rusiyaya qarşı belə “çarəsiz” təxribat təşkil edir? Məhz bu suallar xüsusi araşdırmalara səbəb olub və Rusiya kəşfiyyatı müvafiq araşdırmaların fonunda Britaniyanın, Ukrayna Silahlı Qüvvələrinin yeni təxribat planlarını açıqlayıb. Fakt budur ki, iyunun 18-də məlum olub ki, iki Amerika gəmisi NATO manevrlərini erkən tərk edib. Bunlar "Paul İgnatius" esminesi və "Mount Whitney" komanda gəmisidir. Formal olaraq, buna səbəb İran-İsrail münaqişəsinin kəskinləşməsi sayılır. Lakin bir çox ekspertlər bu döyüş hissələrinin Aralıq dənizinə gedəcəyini iddia edirlər. Bəlkə fə Amerika gəmiləri Baltikyanını tamamilə başqa səbəbə görə tərk edə bilərlər, amma hər halda, bu hadisə səbəbsiz ola bilməz.
Xüsusi “ssenarilərin” hazırlandığı açıq-aydın şəkildə qeyd olunur
Cərəyan edənlər və yayılan informasiyalar çox böyük maraq doğurur. Məsələn, Rusiya xarici kəşfiyyatının məlumatına görə, Britaniya kəşfiyyat xidmətləri ABŞ gəmilərinə qarşı təxribat təşkil etmək və bunun üçün Rusiyanı günahlandırmaq istəyirlər. Hətta həmin məlumata görə, artıq Avropa mediası və rəsmiləri Moskvadan gəldiyi iddia edilən təhlükə mövzusunu qızışdırmağa da başlayıblar. Bunu təsdiq edən məqamlar da ortadadır. "Biz müharibəyə hazırlaşırıq. Mütərəqqi silahlı qüvvələrə malik bir dövlət tərəfindən birbaşa təhdid olunduğumuz zaman döyüşə hazır olmaq bizim əsas məqsədimiz olur", deyə Böyük Britaniyanın baş naziri Key Starmer bildirib və bu o deməkdir ki, qeyd olunanlar açıq-aydın şəkildə öz təsdiqini tapır.
Baltikyanı sabotajın məhz Britaniya kəşfiyyatı tərəfindən planlaşdırıldığı qənaəti var. Qeyd olunan kəşfiyyat məlumatlarına görə, belə bir hadisəni törədənlər Ukrayna xüsusi xidmət orqanları olmalı idilər. Maraqlıdır ki, London tam olaraq nəyi nəzərdə tuturdu? Görəsən, “xüsusi əməliyyatla” bağlı məlumatlar sızandan sonra Amerika gəmiləri NATO hərbi təlimlərini niyə tərk ediblər? Eyni zamanda, daha bir sual ortaya çıxır ki, məhz Rusiyanı ABŞ qarşısında gözdən salmaq üçün ukraynalı yaraqlılara hansı sxem təklif edilib? Məsələ burasındadır, artıq belə düşünülür ki, Rusiyanı ABŞ qarşısında gözdən salmaq üçün Ukrayna kəşfiyyatı Britaniya ilə birlikdə hansısa əməliyyat hazırlayır. Rusiya kəşfiyyatının məlumatı da elə həmin ölkənin mətbuat səhifələrində qeyd olunur və bildirilir ki, sovet torpedaları artıq Amerika gəmisinə hücum etmək üçün guya Londona köçürülüb. Əslində, gəmi əleyhinə torpedalar hələ də Baltik Donanması da daxil olmaqla, xidmətdədirlər. Məsələ burasındadır ki, belə nəhəng mərmi atmaq və təxribat törətmək üçün döyüş gəmisinə heç ehtiyac da yoxdur. Lazım olan qurğu adi bir ticarət və ya balıqçı gəmisində də quraşdırıla bilər. Hətta, Rusiya kəşfiyyatının məlumatına görə, bu, Britaniya və Ukrayna xüsusi xidmət orqanlarının istifadə etmək istədiyi üsuldur.
İngilislərin iki torpedadan istifadə etməyi planlaşdırdıqları da bildirilir. Hətta, qeyd olunur ki, ilk döyüş sursatı Amerika gəmisindən təhlükəsiz bir məsafədə partlamalıdır. İkincisi isə, guya partlamalı olan qəsdən “işləməyəcək” ki, bu, Rusiyanın təcavüzünün sübutu olsun. Bununla bağlı rusiyalı politoloqlar qəti qənaətdədirlər. "Hazırda Baltik dənizində "Baltops" adlı hərbi təlim keçirilir. Orada NATO-nun çoxlu sayda müxtəlif hərbi qulluqçuları, o cümlədən Hərbi Dəniz Qüvvələri, Britaniya və ABŞ-ın esminesləri var. Ona görə də, ümumiyyətlə, bunda məntiq var", deyə politoloq və MDB Ölkələri İnstitutunun elmi işçisi Ruslan Pankratov bildirib. Deməli, artıq xüsusi “ssenarilərin” hazırlandığı açıq-aydın şəkildə qeyd olunur. Bunun da məhz Rusiyaya qarşı NATO-nun böyük müharibə ssenarisi olduğu düşünülür.
Uğursuzluq halında Londonun hansısa ehtiyat planının olduğu da iddia edilir
Yayılan məlumatlara görə, “icraçılar” Ukrayna xüsusi xidmət orqanları olmalıdırlar. Qeyd olunur ki, Kiyevdə lap əvvəldən məhz NATO ilə Rusiya arasında birbaşa hərbi münaqişə yaratmağa çalışırlar. Lakin Vaşinqton, hətta Bayden administrasiyası dövründə belə döyüş meydanında toqquşmadan yayınıb. Elə məhz buna görə də iddia olunur ki, London oxşar ssenari hazırlamağa qərar verib. Hər halda, rusiyalı politoloqların bildirdikləri də maraqlı yanaşma kimi qəbul olunur, çünki məntiqi baxımdan uyğunluq təkzibedilməzdir. "Bu aksiyanın əsas ideyası Rusiyanın NATO ölkələrinə qarşı aqressivliyini nümayiş etdirməkdir. Bunu etmək məcburiyyətində də deyillər, sadəcə hər kəsə bunun baş verdiyini söyləmək onlara lazımdır", deyə Rusiya Federal Təhlükəsizlik Xidmətinin terrorla mübarizə üzrə əməliyyat bölməsinin keçmiş əməkdaşı Yevgeni Xailov müşahidə edilənləri və kəşfiyyatın nəticələrindən çıxan nəticələri izah edib.
Sözsüz ki, rusiyalı politoloqlar və eləcə də kəşfiyyatçılar belə hesab edirlər ki, bununla ingilisləri qabaqlayaraq, gözlənilən təxribatın ssenarisini ictimaiyyətə çatdırırlar. Onlar hətta əlavə bir planın da olduğunu iddia edirlər. İddialara görə, Londonun daha sadə “B” planı da var. Onlar məhz Rusiya kəşfiyyatına istinadən iddia edirlər ki, Ukrayna diversantları Rusiyaya məxsus minaları sularda yerləşdirməlidirlər ki, sonradan guya təsadüfən onları aşkar edib “qalmaqal” yarada bilsinlər. "Onların Baltik dənizinə yerləşdirmək istədikləri minalar sadə mülki vasitələrlə belə çatdırıla bilər. Bunlar hətta konteynerlər də ola bilər. Bunun üçün Litva limanları tamamilə uyğun da gəlir. Onlar adi mülki yük kimi gələ bilər", deyə politoloq, MDB Ölkələri İnstitutunun elmi işçisi Ruslan Pankratov bildirib.
Doğrudur, bu da bir reallıqadır ki, Baltik dənizində keçiriləcək növbəti təlimlərin pərdəsi altında Rusiya nişanlı minalar beynəlxalq dəniz yollarına da düşə bilərlər. Məsələ burasındadır ki, Rusiya ticarət gəmiləri də bu marşrutlarla hərəkət edirlər və onlar da partlaya bilərlər. Belə çıxır ki, bu zaman həmin o planlaşdırılan əməliyyat tamamilə mənasız olar. Çünki Britaniyanın planına görə, zərər çəkən yalnız Avropa və ya Amerika gəmisi olmalıdır. Rusiyaya məxsus gəminin partlaması ilə isə nəzərdən tutulan “planlar” tamamilə mənasız görünə bilər. Hər bir halda, belə bir yeni planın olduğunda bir çoxları israrlı görünürlər. "Yeni kart, Baltik kartı oynanılır. Hərbi əməliyyatlar “teatrını” ora köçürmək üçün oynanılır", deyə Yevgeni Xailov xüsusilə qeyd edir. Deməli, bir çox variantlar artıq çoxdandır ki, nəzərdən keçirilir, ehtiyat edilir və tam əminlik də var ki, ehtiyat plan, “B” planı belə çoxdan hazırlanıb.
Britaniya niyə Ukrayna yaraqlılarından təxribat üçün istifadə edir?
Ruslar tam açıq şəkildə bildirirlər və etiraf da edirlər ki, Ukrayna və Britaniya kəşfiyyatı arasında qarşılıqlı əlaqə yaxşı qurulub. Həmçinin bildirirlər ki, Ukrayna Təhlükəsizlik Xidməti zabitləri mütəmadi olaraq terror aktları da törədirlər. Qeyd olunur ki, adətən əməliyyatları özləri planlaşdırır, onlara operativ dəstək verir və cinayətkarlar da ya ukraynalılar, ya da Kiyev agentləridir. Bryansk və Kursk vilayətlərində dəmir yolu partlayışları zamanı da belə olduğu bildirilir. Həmçinin bildirilir ki, aşkar edilən partlayıcı maddələrin içərisində xaricdə istehsal olunan plastik maddə olub. Kənardan müdaxilənin olduğu aydın şəkildə ifadə olunur və ukraynalıların alət olaraq qatıldıqlarına əminlik var. "Ukraynalılardan sadəcə olaraq çirkli işlər görmək üçün istifadə edirlər. Uğursuzluq halında və əməliyyatı planlaşdırarkən həmişə başa düşmək lazımdır ki, uğursuzluq baş verə bilər və ya baş verəcək məqamda dərhal geri çəkilməyə hazırlaşacaqıar və bu halda onlar deyəcəklər ki, "Görün Ukraynada əsl Ceyms Bonds necə işləyir. Reallıq məhz budur və heç Britaniyanın bununla heç bir əlaqəsi də yoxdur”, deyə rusiyalı politoloq xüsusi olaraq vurğulayıb və bildirməyə də çalışıb ki, məqsəd ukraynalıları alət olaraq istifadə etməklə, təxribatlarda, çirkli işlərdə öz iştiraklarını gizlətmək, ört-basdır etmək və istənilən anda vəziyyətdən “ləkəsiz şəkildə”, qınanılmadan çıxmaqdır.
Rusiyalı politoloqlar bildirirlər ki, Britaniya kəşfiyyatı təxribatlarda və təxribatların təşkilində böyük təcrübəyə malikdir və belə təxribat variantlarından, fərqli üsullardan onilliklərdir ki, hələ lap əvvəlcədən də Qərblə SSRİ arasında soyuq müharibə dövründən belə istifadə edib. İndi də Londonun məhz ukraynalı yaraqlıların timsalında bütün çirkli işlər görəcək, təxribatlara alət ola biləcək insanları qəbul etməkdə olduğu bildirilir. "Onların özləri öz əllərini çirkləndirməyi sevmirlər. Onlar mütləq hansısa “icraçı” tapacaqlar. Bu halda cinayəti törədənlər Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları olacaq və ya belə olacağı planlaşdırılıb", deyə Xailov hansı qənaətə gəlindiyini aydın şəkildə izah edib.
Hansı Rusiya obyektləri diversantların əsas hədəfidir?
Kəşfiyyatın nəticələrinə görə, təkcə cəbhədə deyil, Rusiyanın dərinliklərində də təxribat planlaşdırılır. Məlum olduğu kimi, iyun ayında Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları Primoryedə dəmir yolunun bir hissəsində təxribatı dayandırıb və qarşısını alıblar. Məlum olub ki, saxlanılanlar Ukrayna kəşfiyyatının göstərişi ilə kabinetləri yandırmağa cəhd ediblər. Eyni şəkildə, Zaporojya vilayətində hərbi yük maşınlarını partlatmağa cəhd edən qadın da saxlanılıb. Bunlar rusların əllərində olan faktlardır və gözlənilən təxribatlar, hətta böyük müharibə ssenarisi hazırlandığı barədə qənaətə gəlmələrinə əsas verir. “Heç bir mənəvi məhdudiyyət yoxdur. Maddi-texniki məhdudiyyətlər baxımından da praktiki olaraq ortada heç nə yoxdur. Bu torpaqda mövcud olan hər şey Ukrayna xüsusi xidmət orqanlarının əlində olacaq”, deyə Federal Təhlükəsizlik Xidmətinin terrorla mübarizə əməliyyat bölməsinin keçmiş əməkdaşı bildirib.
Bildiyimiz kimi, iyunun 9-da Moskvada Ukraynanın casus şəbəkəsinin ifşa olunduğu məlum olub. Beləki, iki nəfər müdafiə zavodunda işə düzəlib və əraziyə partlayıcı qurğu keçirməyə cəhd edib. Bundan əlavə, əməliyyatçılar hava hücumundan müdafiə sistemlərinin koordinatlarını Ukrayna hərbi kəşfiyyatına ötürən Kerç sakinini saxlayıblar. Belə məlum olur ki, təxribatçıların hədəfləri hərbi texnikanın çatdırılması üçün istifadə oluna bilən nəqliyyat infrastrukturudur. Məsələn, partlayışlar üçün dəmir yolları, yol ötürücüləri və aerodromları seçirlər. Yəqin ki, Suxumi hava limanının mühəndis xidmətinin əməkdaşının məhz Ukrayna hərbi kəşfiyyatı ilə əməkdaşlıq etdiyinə görə saxlanılması faktı da təsadüfi hesab edilmir. “Əgər təxribatçılardan danışırıqsa, onların vəzifəsi PUA, silah, avadanlıq istehsal edən müəssisələr, elektrik stansiyaları, sistemlər, nəqliyyat sistemləri, körpülər, yəni dövlətin mövcudluğu ilə bağlı olan hər şey olmaqla, mühüm infrastruktur obyektlərinə ziyan vurmaqdır”, deyə Xailov bildirib. Deməli, məsələnin mahiyyətinin öncədən başa düşüldüyü və nəzərə alındığı bildirilir və ələlxüsus da bunun məhz NATO-nu Rusiyaya qarşı qoyacaq böyük müharibə ssenarisi olduğu qətiyyətlə vurğulanır.
Kiyev niyə belə çıxılmaz təxribatlara əl atır?
Aparılan kəşfiyyatların nəticələrinə istinad edən Rusiya mətbuatı belə bir qənaətdədir ki, bəzi qruplar Rusiya hərbçilərini və məmurlarını sıradan çıxarmağa çalışırlar. Məsələn, Xerson vilayəti administrasiyasının əməkdaşına sui-qəsd edildiyi missal olaraq bildilir. Eyni zamanda Novqorod vilayətində Ukrayna xüsusi xidmət orqanlarının agentinin bir veteranın avtomobilini partlatmağa cəhd etdiyi də nəzərə alınır. “Ukrayna xüsusi xidmət orqanları Rusiya vətəndaşlarını öz sıralarına cəlb edir və onları müəyyən cinayətlər törətməyə məcbur edirlər. Məndə belə bir hiss var ki, bir çox insanlar sadəcə olaraq, sanki kor olublar. Halbuki, əvvəllər hansısa elektron qurğunun yandırılması faktının özü heyrət və dəhşət yaradırdı”, deyə Rusiya Federal Təhlükəsizlik Xidmətinin terrorla mübarizə üzrə əməliyyat bölməsinin keçmiş əməkdaşı təxribatlara niyə əl atıldığını izah edib.
Görünən odur ki, təxribatçılar atəşə məruz qalma risklərinə baxmayaraq, öz cəhdlərindən əl çəkmirlər. Hər halda, Ukrayna Silahlı Qüvvələrinin bir neçə silahlısının Kursk vilayətində təxribat üçün ləvazimat götürmək istəyərkən məhv edildiyini də bu arada yada salmaq yerinə düşər. Bunu açıq şəkildə də bildirənlər var. “Kəşfiyyat-diversiya qrupları var ki, onlar, bir qayda olaraq, müəyyən taktiki ərazidə fəaliyyət göstərirlər. Rusiya Federasiyasının ərazisinə yerləşdirilmə səviyyəsi amma kiçikdir”, deyə bəyan edən Xailovun timsalında belə düşünən politoloqlar azlıq təşkil etmirlər. Ruslar belə hesab edirlər ki, Kiyev cəbhədəki uğursuzluqları terror hücumları və təxribatla kompensasiya edir. Onlar hətta ironic şəkildə qeyd edirlər ki, dəmir yolunda baş verən partlayış mediada böyük qələbə kimi təqdim oluna bilər və cəhd edilən də budur, amma cəbhə xəttindəki real vəziyyət tamamilə başqa bir mənzərədir…
Əslində, müharibələr də, təxribatlar da istənilən halda arzuolunmazdır. Bu kimi halları hansısa qüvvələrin dəstəkləməsi də heç nəyə oxşamır və bu məqamda hansısa bəhanələrlə bəraət iddiasında olmaq özü belə gülüncdür. Buna baxmayaraq, təəssüflər olsun ki, hələ də təxribatlar və müxtəlif çirkin döyüş, qarşıdurma ssenariləri hazırlanır. Bəşəriyyətə sülh lazım olduğu halda, çox təəssüf ki, hələ də hansısa insidentlər, toqquşmalar, savaş planları üzərində işlənilir. Bunun hansısa məmuru aradan qaldırmaq, hansısa qüvvəni sıradan çıxarmaq, yaxud, döyüş zamanı məğlubiyyəti kompensasiya etmək kimi müxtəlif bəhanələri, hətta səbəbləri və izahları belə olsa da, yenə də qəbuledilməzdir və yenə də bəraət qazandırılacaq deyil. Elə isə ortada olan uyğunsuz planlar, çirkin niyyətlər nəyə lazımdır? Məhz NATO-ni Rusiyaya qarşı qoyacaq böyük müharibə ssenarisi nəyə görə axı hazırlanmalıdır və bunun adı sülhə mane olmaq deyilmi?...


