Icma.az
close
up
RU
“Böyük qardaş” iddiası RAKURS

“Böyük qardaş” iddiası RAKURS

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Azərbaycanla münasibətlərinə redaktələr edəcəkmi?

Bu gün Rusiya-Azərbaycan münasibətlərində qeyri-müəyyənlik hökm sürür. Yəni, ortada nə dostluq, nə düşmənçilik var. Bu ölkə, daha doğru ifadə etsək, Azərbaycanla kağız üzərində srtateji tərəfdaş, dost olsa da, səhnə arxasında düşmən olduğunu büruzə verir. Rəsmi Moskvanın əlinin altında olan bütün qurumlar, media, QHT sektoru, cəmiyyət institutları bir işarə ilə ölkəmizə qarşı hücuma keçdikləri ilk dəfə deyil. Azərbaycan şimal qonşusuna nə qədər səmimi davransa da, baş verən hadisələrdə dözümlülük nümayiş etdirsə də Rusiya yenə bizi suçlu çıxarmağa çalışır. Sərnişin təyyarəmizi vurur, bizə qarşı kiberhücumlar təşkil edir, deputatımızı nümayişkaranə şəkildə hava limanında saxlayır və deport edir, amma heç nə olmamış kimi davranır. XİN səviyyəsində heç bir reaksiya vermir, əksinə əxlaqsız, tərbiyyəsiz dövlət kimi davranır. Necə ola bilər, bir ölkənin rəsmi şəxslərini dəvət edəsən, sonra isə onu çağırılmamış qonaq kimi qapının kandarından qovasan? Dəhşətdir, əgər oxşar hadisə Rusiya rəsmilərindən birinin başına gətirilsəydi, Moskvanın təbliğat ruporu dayanmaq bilməzdi, bəyanatlar ard-arda düzülərdi, izahatlar tələb olunardı, həmin ölkənin taleyinə daha hansı qara səhifələr yazılardı, Allah bilir. Görünən budur ki, təkcə Rusiya öz imicini qorumaq iqtidarındadır…

Rusiya bu günə qədər Azərbaycan xalqı ilə necə davranıb, bunu tarix kitabları da azdan-çoxdan yazıb. Ötən əsrin əvvəllərində dövlətçiliyimizə son qoyan, Azərbaycan torpaqlarında qondarma Ermənistan dövləti quran, 70 il bizi “SSRİ”, yaxud “proletariat diktaturası”, yəni “kasıbların hökuməti” adı altında əsarətdə saxlayan kimdir, əlbəttə, Rusiyadır. Bunu danmaq, inkar etmək, yaxud yumşaq şəkildə ifadə etmək tarixi saxtalaşdırmaqdır. Gərək tarixi olduğu kimi yazasan ki, gələcək nəsillər baş vermiş hadisələrin mahiyyətini, mənasını, məqsədini anlasınlar və buna görə davransınlar. Sovet kitabları nə yazırdı? Guya, Rusiya yerdə qalan 14 “qardaş respublikalar”ın xalqlarını əsarətdən xilas edib və onları “ağ günə” çıxarıb. Rusiya bizi kimin əsarətindən qurtarmışdı, məlum deyil. Formalar dəyişsə də, mahiyyət heç vaxt dəyişməmişdir. Çar Rusiyası gedib, yerinə sovetlər gəlib, sovetlər gedib, yerində “novorus”lar peyda olub. Özünü “böyük qardaş” hesab edən ruslar “kiçiklər”ə qarşı dözümsüz olublar, onlara qarşı ən alçaldıcı adımların atılması üçün bəhanələr axtarıblar.

Bir paradın ətrafında baş verənlər

Rusiya II Dünya müharibəsində faşist Almaniyası üzərindəki qələbəni “özəlləşdirməyə” çox həvəslidir. Bunun üçün bütün imkanlardan istifadə edir. Hələ Sovet hakimiyyəti illərində müharibəyə öz töhfəsini vermiş şəhərlərə “qəhrəman şəhər” adı veridilər. Bu siyahıya əsasən müharibədən daha çox zərər şəkmiş şəhərlərin adı salınırdı. Digər şəhərlər da var idi ki, onlar müharibədə əldə edilmiş qələbəyə bu və ya digər yardımları dəymişdi, bu şəhərlərdə yerləşən iri zavod və fabriklər ordunu silah və sursatla təmin edirdi. Bəs Bakı o dövrdə nə edirdi, daha doğrusu qələbə üçün nə etmirdi? Bunu sadalamaqla bitməzdi, silah-sursat, hərbi təyyarələr, toplar, tanklar və ən əsası texnikaların hərəkətini təmin edən neft istehsal edilirdi. Qələbədə böyük payı olan tankların 70 faizi, aviasiyasının isə 90 faizi Bakı nefti ilə işləyirdi. Sual olunur, Bakı niyə qəhrəman olmadı? Azərbaycan xalqı ən layiqli 600 oğlunu bu müharibəyə göndərdi və tən yarısı bu savaşdan geri dönmədi, 140-dan çox Sovet İttifaqı Qəhrəmanı adını daşıyan oğul və qızlarımızın son damla qanlarına qədər döyüşdülər, amma ayrı-seçkilik salmadılar.

Bir həftə bundan əvvəl Rusiyanın “Kommersant” nəşrində II Dünya müharibəsində qazanılan qələbədə neft sənayesinin böyük rolu barədə məqalə yerləşdirilib. Orada cəbhəyə göndərilən yanacağın cəmi 10 faizini verən Qroznı və Mozdok nefti barədə ürəkdolusu söhbət açılır, amma Bakı yada düşmür. Niyə? Bu qədər qısqanclıq nəyə lazımdır? Sonra da Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada keçirilən qələbənin 80 illiyi paradına getməməsini başqa tərəfə yozmağa çalışırlar. Cavab birdir, nə qədər ki, Moskva bütün bu oyunlara son qoymayıb, səmimiyyət göstərməyib, Azərbaycan xalqına qarşı qərəzindən əl çəkməyib münasibətlər belə də qalmaqda davam edəcək. Ermənistan Rusiyaya tüpürüb Avropanın qucağında özünə yer axtarır, Moskva susur, sərhədlərindən rus sərhədçilərini qovur, Kreml ağzına su alıb oturur. Əvəzində Ermənistanla sanksiyalardan kənar ticarət qurur, İrəvana milyardlar qazandırır. Azərbaycan isə Rusiyaya qarşı sanksiyalara qoşulmur, əlaqələrini avvəlkindən daha çox inkişaf etdirir, hətta srtateji müttəfiqlik haqda müqavilə imzalayır, buna baxmayaraq Moskva Bakını hələ də düşmən gözündə görür. Əlinə fürsət düşən kimi “iynələyir”, insanlarına qarşı ayrıseçkilik yaradır, sahibkarları incidir, iqtisadi münasibətlərdə, ticari əlaqələrdə sapotajlıq edir.

Bu yerdə AZAL-a aid sərnişin təyyarəsinin vurulması ətrafında cərəyan edən hadisələr yada düşür. Rusiyanın Qroznı şəhəri ətrafında yerləşdirilən hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Azərbaycan sərnişin təyyarəsi raketlə vurulduqdan sonra ona heç bir kömək göstərilməyib və taleyin ümidinə buraxılıb. Pilotların qəhrəmanlığı sayəsində sərnişinlərin xeyli hissəsi qəzadan müxtəlif xəsarətlər almaqla sağ qurtula biliblər. Prezident Putinin təyyarənin Rusiya ərazisində qəzaya uğramasından məyus olması və başsağlığı verməsi barədə qeydlər var, amma təyyarəmizin hansı səbəbdən qəzaya uğraması barədə heç bir fikir bildirirlmir. Budur Putinin yanaşması. Məgər o bilmir AZAL-ın sərnişin təyyarəsi Qroznı şəhəri ətrafındakı hərbi hissədən vurulub? Üstəlik, nə Mineralnı-Vodı, nə Mahaçkala aeroportları vurulan sərnişin təyyarəsini qəbul etmək istəməyiblər, əksinə təyyarənin naviqasiya sistemini söndürüblər. Pilotlar təyyarəni vizual olaraq idarə ediblər, yalnız Xəzər dənizinin ortasında, yəni Rusiyanın dəniz sərhədini keçdikdən sonra naviqasiya sistemi işə düşüb.

Təyyarənin “qara qutu”su analiz edildikdən sonra da hava gəmisinin vurulduğu bir daha isbat olunub, amma Rusiya yenə inad edir, üzrxahlıq barədə düşünmür. Bəli, Moskva özünü çox yuxarıdan aparır, güman edir ki, istədiyi ölkələrlə istədiyi “dildə” danışa bilər və bu, belə də qəbul edilməlidir. Amma Rusiyanın “böyük qardaş” istəyini gözündə qoyan da tapılır. Azərbaycan. Prezident İlham Əliyev Moskvada 9 may paradına qatılmadı. Bunun səbəbi nə Qərbin təzyiqləri, nə Ukraynanın istəkləri oldu. İlham Əliyevin qərarı yalnız Azərbaycanın maraqları üçün idi. Halbuki, Putin İlham Əliyevi Moskvaya 2 ay əvvəl dəvət etmişdi. Kremldəkilər düşünürdülər ki, münasibətləri düzəltmək üçün 9 may paradı əsl fürsətdir. Amma Rusiya dəvətdən əvvəl dekabrda vurduğu təyyarə olayına görə tələblərimizi yerinə yetirmədiyini unutmuşdu. Bu məsələyə aydınlıq gətirilməmiş yeni təxribatların törədilməsi isə Rusiyanın xislətini ortaya qoydu. Azərbaycan mediasına kiberhücum, azərbaycanlı deputatın deportasiya edilməsinə nə ad vermək olar?
Azərbaycan Prezidenti 9 mayda Moskvaya səfər etsəydi, Bakının təyyarə hadisəsi ilə bağlı tələblərini rusiyalı həmkarına bir daha çatdıracaqdı. Bu səfər Azərbaycan-Rusiya gərginliyini arxada qoya bilərdi. Amma Rusiyanın bu hadisəni unutdurmaq cəhdləri alınmadı. İlham Əliyev Rusiya liderinin parad dəvətindən imtina edən liderlədən biri oldu. Bu imtinanın arxasında çox böyük siyasi iradə dayanır. Azərbaycan Prezidenti ölkəsinin maraqlarından çıxış edərək Moskvaya onun öz “dili” ilə cavab verdi.

Münasibətlərin gərginləşməsi kimə nə verəcək?

Rusiya mediasında Azərbaycan əleyhinə çağırışlar iki ölkə arasında münasibətlərdə çatları dərinləşdirir. Rusiyada miqrantlara qarşı qaydaların sərtləşdirilməsi ilə daha çox bu ölkədə yaşayan azərbaycanlılara qarşı təzyiqlər artmağa başlayıb. Rusiya telegram kanallarında elə görüntü yaradılır ki, sanki Rusiyada yalnız azərbaycanlı miqrantlar yaşayır. Hətta bəzi hallarda Rusiya vətəndaşı olan azərbaycanlılar da hədəfə çevrilir. Rusiyanın məsuliyyətli dövlət xadimləri, ictimai xadimləri və deputatları ölkədə milli sülhün pozulmaması, Rusiya ilə onun ənənəvi dostları və müttəfiqləri, məsələn, Azərbaycanla yaxşı münasibətlərin korlanmaması üçün belə məsuliyyətsiz bəyanatlar verilməməsinə çağırış edir. Buna baxmayaraq Rusiyada kifayət qədər nüfuzlu türkofob, o cümlədən azərbaycanofob qüvvələr var. Onlar münasibətlərin indiki dövründən istifadə edib, Rusiya ilə Azərbaycan arasında mümkün qədər çox münaqişə yaratmağa çalışırlar. Onlar həmçinin, Rusiya ilə Türkiyə arasında münaqişə yaratmağı arzulayırlar.

Çoxsaylı bəyanatlar təkcə miqrasiyaya, hətta qeyri-qanuni miqrasiyaya qarşı belə deyil, ümumiyyətlə, Rusiyanın azərbaycanlı milli vətəndaşlarına qarşı yönəldilib. Bu, yolverilməzdir. Belə çıxır ki, bu bəyanatlar milli əsasda diskriminasiyaya çağırır, bu isə Rusiya Federasiyasının çoxsaylı qanunlarının kobud şəkildə pozulması deməkdir. Rusiya vətəndaşı olan azərbaycanlıların hüquqları, rus dövlətinin digər millətlərdən olan vətəndaşlarının hüquqları ilə eyni dərəcədəşəkildə qorunmalıdır.

Rusiya Dövlət Dumasının deputatlarının Azərbaycan əlehinə mütəmadi çıxışlarının da arxasında bəzi qüvvələri dayandığı bəllidir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov məhz Rusiyanın hakim partiyası olan “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir.

Rusiyada Azərbaycana və azərbaycanlılara qarşı kampaniya Bakıda "Rus Evi"nin bağlanması prosesinə başlanılandan sonra sürətlənib. Rusiya Əməkdaşlıq Təşkilatının təsis etdiyi “Rus evi” yumşaq gücün fərqli formasıdır. Bakıda 2011-ci ildə fəaliyyətə başlayan “Rus evi"nin məqsədi iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişafına xidmət etməli olsa, fəaliyyət istiqamətlərindən biri Azərbaycanda Rusiyaya bağlı olan “5-ci kolonla” işbirliyini gücləndirmək idi. "Rus Evi"nin " layihələri" arasında 20 Yanvar qırğınının müəlliflərindən biri olan Yevgeniy Primakov “xatirəsinə” Bakıdakı universitetlərdən birində yazı müsabiqəsi keçirmək, işğalçılığı təbliğ edən və Rusiyanın imperiya simvollarından biri sayılan Georgi lentlərini Bakıda paylamaq olub. Bunlar Azərbaycan əleyhinə atılmış addımlar idi. Nədən Bakıdakı “Rus evi” bu illərdə 26 fevralda Xocalı soyqırmının anım günü ilə bağlı hər hansı tədbir keçirməyib? Rusiya poeziya günləri keçirmək üçün “Rus evi"nə ehtiyac yoxdur. Məşhur rus yazıçı və şairləri olan Çexov, Tolstoy və ya Puşkin olsun – bunların yaradıcılığı barədə internetdən də xəbərdar olmaq mümkündür.

Azərbaycanın ABŞ-ın USAİD təşkilatına ehtiyacı olmadığı kimi, “Rus evi”nin də fəaliyyətinə ehtiyacı yoxdur. İstənilən ölkənin səfirliyində mədəniyyət məsələləri üzrə müşavir olur. Həmin müşavir nəsə tədbir keçirmək istəyirsə, bunu Azərbaycanın müvafiq strukturları ilə razılıq əsasında həyata keçirə bilər. Məgər hər bir ölkənin Azərbaycanda özəl “evi” var?

Qeyd edək ki, dünyanın 70-dən artıq ölkəsində 90-a yaxın nümayəndəliyi fəaliyyət göstərmiş "Rus evi" (Rossotrudniçestvo) 1925-ci ildə SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən yaradılıb. "Yumşaq güc" kimi istifadə edilən bu "evlər" "Rusiya mədəniyyətini və ədəbiyyatını, rus dilini təbliğ etmək" adı altında ölkələrə Rusiya xüsusi xidmət orqanlarının rəsmi və qeyri-rəsmi əməkdaşlarını yerləşdirir, yerli şəbəkəni qurmağa və cəmiyyətlə Rusiya leyhinə iş aparmağa məsul olur.

2022-ci ildə Rusiya Ukraynaya hücum etdikdən sonra Avropa və digər ölkələrdə "Rus evi" və ya bu qəbildən olan rus mədəniyyət mərkəzlərinin fəaliyyəti dayandırılıb və ya məhdudlaşdırılıb. Bu ölkələr sırasında Latviya, Estoniya, Litva, Xorvatiya, Slovakiya, Polşa, Rumıniya, Çex Respublikası, Ukrayna, Fransa, Böyük Britaniya, Gürcüstan və s ölkələr var. Bu ölkələrin demək olar ki, hamısında Rusiyaya məxsus mədəniyyət mərkəzlərinin öz fəaliyyət istiqamətləri ilə deyil, casus fəaliyyəti ilə məşğul olduqları, ölkənin daxili işlərinə qarışdıqları əsas gətirilib. Azərbaycan tərəfi də " Rus evi"nin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib. Bundan sonra "Rus evi" fəaliyyətini dayandırıb.

V.VƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 May 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri