Icma.az
close
up
RU
XXI əsrin yeni “Böyük Oyunu” RAKURS

XXI əsrin yeni “Böyük Oyunu” RAKURS

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Qlobal güclərin enerji və nəqliyyat dəhlizləri üzərində geosiyasi mübarizəsi

XXI əsri əvvəlki yaradılışın kulminasiyası, bəşəriyyətin inkişaf zirvəsi adlandırırlar. Doğrudur, XX əsri də belə xarakterizə edirdilər, amma növbəti əsrdə baş verən texnoloji hadisələr bu iddianı yalanlaya bildi. XXII əsrdə nə olacaq, heç kim dəqiq bilmir, amma ehtimal etmək, proqnozlaşdırmaq mümkündür. Bizim mövzumuz texnologiya ilə deyil, dövlətlərlə, onların gələcəyi ilə bağlıdır. Bu gün dövlətlər arasındakı rəqabətin əsas predmeti artıq yalnız hərbi üstünlük deyil gələcəkdə də olmayacaq. Onda qeyri-hərbi dediyimiz nəsnənin parametrləri nədir və o bəşər övladına nə qazandıracaq, yaxud onu yox edəcək?

…İndiki dövrdə enerji resurslarının hasilatı, onların dünya bazarlarına təhlükəsiz çatdırılması və qlobal nəqliyyat dəhlizlərinə nəzarət böyük güclərin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Müasir geosiyasətdə "dəhliz diplomatiyası" anlayışı məhz bu reallıqdan doğur. Neft, qaz, elektrik enerjisi, rəqəmsal məlumat axınları və beynəlxalq ticarət marşrutları artıq iqtisadi layihələr olmaqdan çıxaraq siyasi təsir alətinə çevrilib.

Rusiyanın Ukraynaya qarşı müharibəsi, Qırmızı dənizdə təhlükəsizlik böhranı, Yaxın Şərqdə davam edən münaqişələr və Çin-ABŞ rəqabətinin dərinləşməsi enerji və nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətini daha da artırıb. Bu gün qlobal güclər faktiki olaraq marşrutlar uğrunda geoiqtisadi mübarizə aparırlar.

Geoiqtisadiyyatın yüksəlişi

Soyuq müharibədən sonra dünya iqtisadi qarşılıqlı asılılıq mərhələsinə daxil olsa da, son on ildə geoiqtisadiyyat klassik geosiyasətin əsas alətlərindən birinə çevrilib. Dövlətlər enerji təchizatını, logistika marşrutlarını, limanları, dəmir yollarını və boru kəmərlərini milli təhlükəsizlik məsələsi kimi qiymətləndirirlər. Bu yanaşmanın əsas məqsədləri enerji təhlükəsizliyinin təmin olunması, ticarət marşrutlarının diversifikasiyası, rəqib dövlətlərin təsir imkanlarının məhdudlaşdırılması, tranzit ölkələr üzərində siyasi təsirin artırılmasıdır.

2013-cü ildə Çin tərəfindən elan edilən "Bir Kəmər – Bir Yol" (BRI) təşəbbüsü müasir dövrün ən böyük infrastruktur layihəsidir. Layihə Asiya, Avropa və Afrikanı dəmir yolları, avtomobil magistralları, limanlar, enerji kəmərləri və rəqəmsal kommunikasiya vasitəsilə birləşdirməyi hədəfləyir. Pekin üçün "Bir Kəmər – Bir Yol"un əsas məqsədləri ixrac bazarlarının genişləndirilməsi, enerji idxalının təhlükəsizləşdirilməsi, Malakka boğazından asılılığın azaldılması, Çinin qlobal iqtisadi təsirinin gücləndirilməsidir.

Çin Pakistanın Qvadar limanı, Yunanıstanın Pirey limanı, Mərkəzi Asiya dəmir yolları və Afrika limanlarına milyardlarla dollar sərmayə yatırmaqla qlobal logistika şəbəkəsi formalaşdırmağa çalışır. Bu layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır. Vaşinqton və Brüssel isə hesab edirlər ki, Avrasiya logistikasında Çinin dominant mövqeyi uzunmüddətli strateji risk yaradır. Bu səbəbdən 2023-cü ildə Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi (IMEC) təşəbbüsü irəli sürülüb. Layihənin əsas məqsədləri Hindistanı Avropa bazarına daha sürətli bağlamaq, körfəz ölkələrinin tranzit rolunu artırmaq, Çin marşrutlarına alternativ yaratmaq, enerji, rəqəmsal kabel və hidrogen infrastrukturu qurmaqdır.

Lakin Yaxın Şərqdə təhlükəsizlik problemləri, xüsusilə Qəzza müharibəsi və regional gərginliklər layihənin reallaşmasını ləngidib. Buna baxmayaraq, Avropa İttifaqı IMEC-i enerji təhlükəsizliyi və təchizat marşrutlarının şaxələndirilməsi baxımından strateji layihə hesab edir.

Rusiya: enerji vasitəsilə geosiyasi təsir

Uzun illər Rusiya Avropanın əsas qaz təchizatçısı olub. "Şimal Axını", "TürkAxını" və digər layihələr Moskvanın Avropa siyasətində mühüm təsir vasitəsi idi. Lakin Ukrayna müharibəsindən sonar Avropa Rusiyadan enerji asılılığını sürətlə azaltmağa başladı, LNG idxalı artdı, Azərbaycan, Norveç, ABŞ və Yaxın Şərq alternativ mənbələrə çevrildi. Bunun nəticəsində Rusiya enerji ixracını Asiya bazarlarına yönəltməyə çalışır.

Rusiyanın enerji strategiyası təkcə iqtisadi gəlir əldə etməyə deyil, həm də qonşu dövlətlər və Avropa üzərində siyasi təsir imkanlarının artırılmasına xidmət edir. Bu baxımdan enerji diplomatiyası Rusiya xarici siyasətinin ayrılmaz hissəsinə çevrilmişdir. Rusiya dünya enerji bazarının əsas oyunçularından biridir. Ölkə dünyanın ən böyük təbii qaz ehtiyatlarından birinə malikdir, neft istehsalında aparıcı ölkələr sırasındadır, kömür və nüvə enerjisi sahəsində də mühüm potensiala sahibdir.

Bu resurslar Rusiyaya həm büdcə gəlirləri qazandırır, həm də beynəlxalq siyasətdə təsir vasitəsi rolunu oynayır. Enerji ixracından əldə olunan gəlirlər uzun illər Rusiya federal büdcəsinin mühüm hissəsini təşkil etmişdir. 2000-ci illərdə Vladimir Putinin hakimiyyətə gəlməsi ilə enerji sektoru dövlət nəzarətinə daha sıx şəkildə inteqrasiya edildi. Bu dövrdə əsas məqsədlər strateji enerji şirkətlərinin dövlət nəzarətinə keçirilməsi, ixrac marşrutlarının şaxələndirilməsi, Avropa bazarında dominant mövqenin qorunması, enerji vasitəsilə siyasi təsirin gücləndirilməsi idi.

Uzun illər Avropa İttifaqı Rusiyanın ən böyük qaz bazarı olub. Bir sıra Avropa ölkələrinin qaz istehlakının mühüm hissəsi Rusiyadan idxal edilib. Bu vəziyyət enerji təhlükəsizliyi məsələlərini aktuallaşdırmış, siyasi asılılıq barədə müzakirələri artırmış, alternativ mənbələrin axtarışını sürətləndirmişdir. 2014-cü ildə Krımın ilhaqından sonra Avropa enerji təhlükəsizliyi məsələsinə daha ciddi yanaşmağa başlamışdır. 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi enerji münasibətlərində dönüş nöqtəsi oldu.

Qərb dövlətləri Rusiyaya qarşı geniş iqtisadi sanksiyalar tətbiq etdilər, enerji idxalı azaldıldı, LNG idxalını artırdılar, Norveç, ABŞ, Azərbaycan və Yaxın Şərq ölkələri ilə əməkdaşlığı genişləndirdilər. Bunun nəticəsində Avropanın Rusiyadan qaz asılılığı əhəmiyyətli dərəcədə azaldı. Avropa bazarında mövqelərinin zəifləməsi Rusiyanı yeni bazarlar axtarmağa sövq edib.

Orta Dəhliz: yeni geosiyasi mərkəz

Rusiyadan yan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) son illərdə ən çox diqqət çəkən layihələrdən biridir. Marşrut Çin → Qazaxıstan → Xəzər dənizi → Azərbaycan → Gürcüstan → Türkiyə → Avropa. Bu dəhlizin üstünlükləri: Rusiyadan yan keçir, İran marşrutuna alternativdir, Avropa ilə Asiya arasında logistik riskləri azaldır, Azərbaycanın tranzit rolunu gücləndirir. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa şirkətlərinin bu marşruta marağı əhəmiyyətli dərəcədə artıb.

Azərbaycan Avrasiyanın ən mühüm enerji və logistika qovşaqlarından birinə çevrilib. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Orta Dəhlizin əsas tranzit mərkəzi olması ölkəmzin əsas üstünlükləridir. Azərbaycan həm Avropa üçün enerji təhlükəsizliyinin təmin edilməsində, həm də Şərq-Qərb ticarətində etibarlı tərəfdaş kimi çıxış edir. Qardaş Türkiyə də özünü Avropa ilə Asiya arasında enerji habına çevirməyə çalışır. Ankara TANAP, TürkAxını, İraq və Mərkəzi Asiya enerji layihələri, Qara dəniz qaz yataqları vasitəsilə regional enerji mərkəzi statusunu gücləndirməyə çalışır.

İran coğrafi mövqeyinə görə Şimal-Cənub Nəqliyyat Dəhlizinin əsas iştirakçılarından biridir. Tehran Hindistan, Rusiya, Mərkəzi Asiya, Çin ilə logistika əlaqələrini genişləndirərək Qərbin sanksiyalarının təsirini azaltmağa çalışır.

Enerji dəhlizləri və təhlükəsizlik

Enerji marşrutları artıq klassik iqtisadi infrastruktur hesab edilmir. Əsas risklər hərbi münaqişələr, terror təhlükəsi, dəniz boğazlarının bağlanması, kibertəhdidlər; sanksiyalar, siyasi sabitsizlikdir. Hormuz boğazı, Bab əl-Məndəb və Süveyş kanalı kimi strateji keçidlərdə yaranan hər bir böhran dünya enerji bazarına dərhal təsir göstərir.

Ekspertlərin böyük əksəriyyəti hesab edir ki, gələcək rəqabət yalnız neft və qaz üzərində qurulmayacaq. Yeni strateji istiqamətlər əsasən yaşıl hydrogen, elektrik ötürücü xətlər, yüksək gərginlikli enerji şəbəkələri, rəqəmsal məlumat kabelləri, kritik minerallardır (litium, kobalt, nadir torpaq elementləri).

Beləliklə, "enerji dəhlizi" anlayışı tədricən "inteqrasiya olunmuş infrastruktur dəhlizi" anlayışı ilə əvəz olunur. Qlobal güclər arasında enerji və nəqliyyat dəhlizləri uğrunda rəqabət XXI əsrin əsas geosiyasi proseslərindən biridir. Çin Bir Kəmər – Bir Yo vasitəsilə Avrasiyada iqtisadi nüfuzunu genişləndirməyə çalışır, ABŞ və Avropa IMEC və digər alternativ marşrutlarla bu təsiri balanslaşdırmağa səy göstərir, Rusiya və İran isə mövcud tranzit üstünlüklərini qorumağa çalışırlar.

Bu şəraitdə Cənubi Qafqaz və xüsusilə Azərbaycan strateji əhəmiyyətini daha da artırır. Ölkənin həm enerji ixracatçısı, həm də Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşən etibarlı tranzit mərkəzi kimi rolu gələcək onilliklərdə də regional və qlobal geosiyasətin mühüm elementlərindən biri olaraq qalacaq.

V.VƏLİLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Avqust 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri