Icma.az
close
up
RU
Böyük Qayıdış azad edilmiş ərazilərdə dayanıqlı həyatın bərpasını təmin edir MÜNASİBƏT BİLDİRİLDİ

Böyük Qayıdış azad edilmiş ərazilərdə dayanıqlı həyatın bərpasını təmin edir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Böyük Qayıdış proqramı Azərbaycanın dövlət siyasətində ən prioritet istiqamətlərdən biridir. Bu proqramın əsas məqsədi uzun illər işğal altında qalmış torpaqların bərpası, infrastrukturun yenidən qurulması və həmin ərazilərə əhalinin mərhələli şəkildə geri qaytarılmasıdır. Hazırda regionlarda genişmiqyaslı işlərin aparıldığını müşahidə edirik". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, əsas diqqət infrastruktur layihələrinə yönəlib. Azad edilmiş ərazilərdə yollar, körpülər, elektrik xətləri, qaz və su təchizatı sistemləri sürətlə qurulur. Bu, həm əhalinin geri dönüşü üçün zəruri şərait yaradır, həm də regionların iqtisadi canlanmasının əsasını qoyur: "Eyni zamanda “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında müasir yaşayış massivləri salınır ki, bu da sakinlərə daha rahat və təhlükəsiz həyat şəraiti təmin edəcək. Digər mühüm istiqamət sosial infrastrukturdur. Təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi davam etdirilir. Məktəblərin, xəstəxanaların və mədəniyyət mərkəzlərinin istifadəyə verilməsi həmin bölgələrdə dayanıqlı sosial həyatın bərpası üçün çox vacibdir. Bununla yanaşı, iş yerlərinin yaradılması üçün sənaye parklarının və kənd təsərrüfatı müəssisələrinin qurulması nəzərdə tutulur. Bu, həm yerli əhalinin məşğulluğunu təmin edəcək, həm də regionun iqtisadi potensialını artıracaq.

Siyasi baxımdan Böyük Qayıdış yalnız humanitar layihə deyil, həm də Azərbaycanın dövlətçilik mövqeyini möhkəmləndirən bir prosesdir. Bu proqram ölkənin ərazi bütövlüyünün tam bərpasının real nəticəsini göstərir və beynəlxalq aləmdə Azərbaycanın güclü və ardıcıl siyasət apardığını nümayiş etdirir.

Böyük Qayıdış proqramı bu gün həm infrastrukturun bərpası, həm sosial-iqtisadi layihələrin həyata keçirilməsi, həm də regionlarda dayanıqlı həyatın formalaşdırılması istiqamətində sürətlə irəliləyir. Yaxın dövrdə biz təkcə azad edilmiş torpaqlara qayıdan insanların sayında artım yox, eyni zamanda regionların iqtisadi və sosial inkişafında ciddi dəyişikliklər müşahidə edəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri