Icma.az
close
up
RU
Bunlar Böyük Qayıdış planının tərkib hissəsidir MÜNASİBƏT BİLDİRİLDİ

Bunlar Böyük Qayıdış planının tərkib hissəsidir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycan dövləti prioritet istiqamət olaraq əsas işini işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkün düşən bacı və qardaşlarımızın öz doğma ata-baba yurdlarına qayıdışı istiqamətində quruculuq işlərinə start verdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

O bildirib ki, ən vacibi də odur ki, bu quruculuq işləri "Böyük Qayıdış"a dair dövlət proqramı çərçivəsində həyata keçirilir: "Hansı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 noyabr 2022-ci il tarixli Sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq bu işlər həyata keçirilməkdədir. Görülən işlərin miqyası o qədər böyükdür ki, sadalamaqla bitməz. Azad edilən ərazilərdə müasir infrastrukturların qurulması istiqamətində görülən işlərdən biri Zəfər yoludur. Digəri Beynəlxalq Hava Limanının açılmasıdır. Bundan başqa məktəblər, bağçalar, hətta su elektrik stansiyasına kimi Azərbaycan dövləti bu işləri həyata keçirib. Bunlar "Böyük Qayıdış" planının tərkib hissəsidir.

"Böyük Qayıdış" çərçivəsində məcburi köçkünlərin bir qisminin artıq ata-baba yurdlarına qayıdışı təmin olunub. Bu günə qədər Füzuli rayonuna 300-dən çox ailə köçürülüb. Eyni zamanda Laçın rayonuna köçürülüb. Şərqi Zəngəzurun Zəngilan rayonunda, Ağalı kəndində artıq 100-dən yuxarı ailə yaşayır. Bunlar 2025-2026-cı illərdə də davam etdiriləcək. Çünki Azərbaycan dövləti artıq 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarımızın bərpa və quruculuq işləri istiqamətində 4 milyard manat məbləğində vəsaitin ayrılmasından söhbət gedirsə, bu 2026-cı ildə davam etdiriləcək. Düşünürəm ki, görülən bu işlər həm də Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisi olmaqla yanaşı eyni zamanda Azərbaycan dövlətinin bu işə nə qədər önəm verdiyini və nə qədər iddialı olduğunu ortaya qoyur. Bu da ondan xəbər verir ki, 30 ilə ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın doğma yurdlarına qayıdışı yaxın bir neçə il ərzində tam olaraq təmin olunacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri