Icma.az
close
up
RU
Böyük Qayıdış: Zəfərdən bərpaya gedən yol MÜNASİBƏT BİLDİRİLDİ

Böyük Qayıdış: Zəfərdən bərpaya gedən yol MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Vətən müharibəsinə qədər Azərbaycan dövləti “Böyük Qayıdış” adlı çox ciddi və strateji bir proqram hazırlamışdı. Bu proqramda torpaqlarımızın işğaldan azad olunmasından sonra atılacaq addımlar, həyata keçiriləcək tədbirlər, bərpa və yenidənqurma işləri dəqiq şəkildə planlaşdırılmışdı. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən dərhal sonra həmin proqram əsasında praktiki tədbirlər həyata keçirilməyə başlandı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, “Böyük Qayıdış” Azərbaycan dövlətinin, xüsusilə də cənab Prezident İlham Əliyevin uzaqgörənliyini, strateji planlama qabiliyyətini və milli məsuliyyətini bir daha nümayiş etdirdi: "Hazırlanmış plan sadəcə siyasi və texniki sənəd deyil, həm də xalqın illərlə gözlədiyi qayıdış arzusunun reallaşması üçün real yol xəritəsi idi. Həmin proqram çərçivəsində resursların düzgün hesablanması, mərhələli şəkildə infrastrukturun qurulması və təhlükəsizliyin təmin edilməsi nəzərdə tutulmuşdu. Nəticədə, qısa bir zaman ərzində ilk olaraq Zəngilanın Ağalı kəndinə, daha sonra isə digər yaşayış məntəqələrinə mərhələli şəkildə əhalinin qayıdışı başladı.

Görünən odur ki, əvvəlcə təhlükəsizlik məsələləri həll olunub, minalardan təmizləmə işləri aparılıb, daha sonra isə yollar, enerji xətləri, su və kommunikasiya infrastrukturu bərpa olunub. Bu proses paralel şəkildə aparılaraq, müasir standartlara cavab verən yaşayış evləri inşa edilib və qayıdan vətəndaşların məşğulluq məsələsi də dövlət tərəfindən həll olunub. Bir sözlə, vaxtilə işğal altında olan, viran qoyulan torpaqlarda bu gün həyat yenidən canlanır, insan nəfəsi, uşaq səsi, işıq və ümid qayıdır. Bu, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dövlətinin xalqı qarşısında gördüyü tarixi və möhtəşəm işlərdən biridir. Bu həm də Azərbaycan xalqının qətiyyətinin, milli birliyinin və zəfər iradəsinin rəmzidir. Bu hadisələr ölkəmizin müasir tarixində yeni, şərəfli bir səhifə kimi əbədi olaraq yadda qalacaq.

Bu gün artıq yüzlərlə vətəndaşımız öz doğma yurdlarına qayıdır. Biz o yerlərdə yenidən toyların çalındığını, körpələrin dünyaya gəldiyini, həyatın əvvəlki ritmini bərpa etdiyini və hətta digər bölgələrdə yaşayan soydaşlarımızın da həmin ərazilərə köçmək, orada yaşamaq arzusunda olduqlarını görəcəyik. Artıq Xocalı rayonunun daha iki kəndinə köçürülmə prosesi başlayıb. Əvvəlcədən hazırlanmış və təsdiqlənmiş siyahılar əsasında ailələr öz doğma torpaqlarına dönür, orada məskunlaşırlar. Bu proses sadəcə fiziki bir köç deyil, həm də mənəvi qayıdış, köklərə bağlanma, torpaqla ruhun birləşməsidir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın öz torpağına sahib çıxmasının, vətəndaşının rifahı üçün ardıcıl və məqsədyönlü siyasət yürütməsinin canlı şahididir. Yaradılan şərait bir daha göstərir ki, Azərbaycan dövləti təkcə azadlıq uğrunda deyil, həm də quruculuq və inkişaf yolunda da nə qədər güclü, məqsədli və xalqına bağlıdır. Ən önəmlisi isə odur ki, bütün bu işlər dövlətin tam maliyyə dəstəyi ilə həyata keçirilir – vətəndaş yalnızca evinə qayıdır, öz torpağında xoşbəxt və təhlükəsiz yaşamaq üçün hazır şəraitlə təmin olunur. Bu, sadəcə bir proqramın uğuru deyil – bu, milli birliyin, dövlət-xalq həmrəyliyinin, zəfərdən bərpaya, dağıntıdan inkişafa gedən yolun parlaq nümunəsidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri