Icma.az
close
up
RU
Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi planlı şəkildə həyata keçirilir ŞƏRH EDİLDİ

Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi planlı şəkildə həyata keçirilir ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Azərbaycan 2020-ci ildə baş verən Vətən müharibəsində tarixi Qələbə əldə etməklə uzun illər işğal altında olan torpaqlarını azad etdi. Bu möhtəşəm zəfər təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də yeni bir mərhələnin – Böyük Qayıdışın başlanğıcı oldu. Böyük Qayıdış dedikdə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və oraya insanların mərhələli şəkildə geri köçürülməsi nəzərdə tutulur. Bu, ölkənin gələcək inkişafı üçün son dərəcə mühüm və strateji əhəmiyyətə malik bir prosesdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, hazırda dövlət bu istiqamətdə çoxşaxəli və ardıcıl fəaliyyət həyata keçirir. Əvvəlcə həmin ərazilərdə genişmiqyaslı mina təmizləmə işləri görülür. Bu, təhlükəsizliyin təmin olunması baxımından ən vacib mərhələlərdən biridir. Eyni zamanda azad edilmiş torpaqlarda infrastrukturun yenidən qurulması işləri sürətlə davam etdirilir: "Yol-nəqliyyat sistemi bərpa olunur, yeni yollar çəkilir, dəmir yolları salınır, beynəlxalq hava limanları tikilir. Füzuli, Zəngilan və Laçın hava limanları artıq fəaliyyətə başlayıb və bu, bölgənin gələcək iqtisadi potensialı üçün ciddi imkanlar yaradır. İnfrastrukturla yanaşı elektrik, qaz, su və rabitə xətləri də yenidən qurulur. Bu proses ekoloji prinsiplərə əsaslanaraq həyata keçirilir və "yaşıl enerji" konsepsiyasına xüsusi önəm verilir. Bir çox yaşayış məntəqələrində günəş və külək enerjisindən istifadə imkanları yaradılır. Şəhər və kəndlər müasir planlaşdırma əsasında yenidən salınır. Ən diqqətçəkən nümunələrdən biri isə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsidir. Bu kənddə bütün kommunikasiya sistemləri, evlər və sosial obyektlər müasir texnologiyalarla təchiz olunub və oraya artıq bir neçə yüz ailə köçürülüb.

Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi də planlı şəkildə həyata keçirilir. Artıq Füzuli, Laçın, Xocalı, Zəngilan və digər rayonlara ailələrin köçürülməsinə start verilib. Dövlət tərəfindən qayıdan ailələrə evlər, torpaq sahələri, maliyyə və məişət dəstəyi göstərilir. Məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər sosial obyektlər inşa edilir ki, bu da bölgədə dayanıqlı və rahat yaşayış üçün zəmin yaradır.

Bütün bu görülən işlər göstərir ki, Böyük Qayıdış təkcə fiziki bərpa deyil, həm də milli ruhun, tariximizin və mədəniyyətimizin yenidən canlandırılmasıdır. Uzun illər həsrətində olduğumuz bu torpaqlara həyatın geri dönməsi böyük mənəvi dəyərə malikdir. Bu proses həm də vətəndaşlarımızın öz doğma yurdlarına qürurla, əminliklə qayıtmasını təmin edir. Dövlətin bu məsələyə göstərdiyi diqqət və qayğı, siyasi iradə və iqtisadi imkanlar Böyük Qayıdışın uğurla reallaşacağından xəbər verir.

Fikrimcə, Böyük Qayıdış təkcə keçmişin izlərini silmək və yenidən qurmaq deyil, həm də gələcək nəsillərə güclü, müasir və vətənpərvər bir Azərbaycan mirası qoymaq deməkdir. Bu prosesin davamlı və şəffaf şəkildə həyata keçirilməsi, ictimaiyyətin də bu işə fəal şəkildə cəlb olunması son dərəcə vacibdir. Əgər bu layihə planlı şəkildə davam etdirilərsə, yaxın illərdə işğaldan azad olunan bölgələr nəinki bərpa olunacaq, həm də ölkənin ən inkişaf etmiş və cəlbedici bölgələrindən birinə çevriləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyun 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri