Icma.az
close
up
RU
“Böyük Qayıdış”: Hansı kəndlərə köç olacaq? Qarabağın deputatları AÇIQLADI

“Böyük Qayıdış”: Hansı kəndlərə köç olacaq? Qarabağın deputatları AÇIQLADI

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına “Böyük Qayıdış” prosesi sürətlə və mərhələli şəkildə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu genişmiqyaslı layihə sayəsində minlərlə vətəndaş öz doğma yurduna qovuşur.

Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur qurulur, yaşayış məntəqələri bərpa olunur, sosial və iqtisadi həyat canlanır.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə 50 mindən artıq vətəndaş yaşayır və çalışır.

İlin sonuna kimi bu rəqəmin daha da artacağı gözlənilir.

Modern.az “Böyük Qayıdış” çərçivəsində bölgələrə köçürülmə ilə bağlı deputatların təəssüratlarını öyrənib.

Füzuli rayonunun deputatı Vüqar Bayramov bildirib ki, Qarabağda yaşayan və çalışanların 15 mindən çoxu keçmiş məcburi köçkünlərdir və bu insanlar artıq daimi olaraq həmin ərazilərdə məskunlaşıblar.

"Burada intensiv məskunlaşma davam edir və növbəti mərhələdə bu prosesin daha da genişlənməsi planlaşdırılır. Hazırda Füzuli şəhərində 3 mindən artıq keçmiş məcburi köçkün məskunlaşıb. Şəhərlə yanaşı rayonun digər kənd və qəsəbələrində də məskunlaşma üçün infrastruktur qurulur, tikinti və abadlıq işləri aparılır.

Gözlənilir ki, ilin sonunadək Füzuli şəhərində ikinci yaşayış kompleksinin bərpasına başlanacaq. Bu isə yeni yaşayış binalarının inşa ediləcəyindən və növbəti mərhələdə daha çox ailənin məskunlaşacağından xəbər verir. Yalnız şəhər mərkəzində deyil, eyni zamanda rayonun digər yaşayış məntəqələrində də bu prosesin intensivləşməsi əsas prioritetlərdəndir”.

Cəbrayıl rayonunu təmsil edən deputat Ceyhun Məmmədov da öz təəssüratlarını bölüşüb.

“Bugün Azərbaycan xalqı, xüsusilə keçmiş məcburi köçkünlər, öz doğma yurdlarına qayıtmağın sevincini və qürurunu yaşayır. Onların illərlə ürəklərində saxladıqları ən böyük arzuları gerçəkləşir. Böyük Qayıdış prosesi cənab Prezidentin rəhbərliyi ilə sürətlə icra olunur.

Hazırda Cəbrayıl rayonunun mərkəzi və ətraf kəndlərinə köç prosesi aparılır. Şükürbəyli və Horovlu kəndləri yenidən qurulur, bununla yanaşı digər kəndlərimizin də təməlləri qoyulur. Həmin yaşayış məntəqələri mərhələli şəkildə sakinləri qəbul edəcək. Ümumilikdə indiyə qədər Cəbrayıla 659 ailə, yəni respublikanın müxtəlif bölgələrindən olan vətəndaşlar köçürülüb. Bu tarixi prosesi görmək, insanların sevincini paylaşmaq hər birimiz üçün qürur mənbəyidir. Uzun illər xalqımıza yaşadılan müsibətlərdən sonra bu torpaqlara geri dönüş reallaşır.

Cənab Prezidentin də qeyd etdiyi kimi, Böyük Qayıdış prosesi uğurla davam edir və insanlar doğma yurdlarında rahat şəkildə həyatlarını bərpa edirlər. Bu proses təkcə Cəbrayılla məhdudlaşmır, digər azad olunmuş ərazilərdə də ardıcıl şəkildə həyata keçirilməkdə davam edir”.

Xocalının deputatı Elman Məmmədov isə qeyd edir ki, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, qayıdış prosesi birbaşa cənab Prezidentin nəzarəti və rəhbərliyi ilə aparılır. Onun mütəmadi səfərləri, hər səfərdə müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirakı bunu bir daha sübut edir.

“Mən də Xocalı sakini və məcburi köçkün kimi doğma torpaqlara qayıdışı səbirsizliklə gözləyirəm. Hazırda Xocalının Təzəbinə, Xanyurdu və Ballıca kəndlərinə köçlər həyata keçirilir. Bu kəndlərə səfərlərimiz olur, insanlarla görüşüb onların əhval-ruhiyyəsi ilə tanış oluruq.

Bu günədək Xocalının müxtəlif yaşayış məntəqələrinə ümumilikdə 80-dən çox ailə köçürülüb. Təkcə Ballıca kəndinə 200-ə yaxın ailə yerləşdirilib. Təzəbinəyə, Xanyurduna isə gündəlik olaraq köçlər davam edir. Bu ilin sonunadək əlavə olaraq Daşbulaq və Badara kəndlərinə də ailələrin köçürülməsi gözlənilir. Həmin kəndlərdə artıq istifadəyə hazır evlər var və köç prosesi ardıcıl şəkildə həyata keçirilir”.

Ağdam rayonunun deputatı Aqil Abbas isə deyir ki, rayonun Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinə təxminən 500-600 ailə köçürülüb: "Hamının arzusu doğulduğu yurda qayıtmaqdır. Mən də doğma şəhərim - Ağdam istifadəyə verildikdən sonra ora köçəcəyəm”.

“Növbəti 5 ildə Laçının tam məskunlaşdırılması və iqtisadi inkişafı təmin edilə bilər”,- bunu Laçın rayonun deputatı Rövşən Muradov deyib.

“2022–2026-cı illəri əhatə edən Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində “Böyük Qayıdış” proqramı həyata keçirilir. Bu proqramın əsas məqsədi infrastrukturun qurulması, əhalinin doğma torpaqlara qaytarılması və həmin ərazilərin iqtisadi reinteqrasiyasıdır. Hədəf bu dövr ərzində 140 minə yaxın vətəndaşın geri qaytarılmasıdır.

Laçın rayonunda da bu proses mərhələli şəkildə aparılır. 2024-cü ilin mayından bəri köçürülmə prosesi intensivləşib. Bu günə qədər Laçına 936 ailə, yəni 3492 nəfər köçürülüb. Onlar Laçın şəhəri, Zabux, Sus və Bəylik kəndlərində məskunlaşıblar. Şəhərdə 571 ailə, Zabuxda 217 ailə (823 nəfər), Susda 59 ailə, Bəylikdə isə 89 ailə (263 nəfər) yaşayır. Hazırda rayonda 528 nəfər daimi işlə təmin olunub, tikinti və sosial layihələr davam edir.

Laçında “yaşıl enerji” konsepsiyası tətbiq olunur. Kiçik su elektrik stansiyaları, günəş panelləri və enerjiyə qənaət edən texnologiyalar geniş şəkildə qurulur. Rayonda eyni zamanda sənaye və kənd təsərrüfatı layihələri həyata keçirilir – toxumçuluq, balıqçılıq, istixanalar, neylon və ayaqqabı fabriki, aromatik yağların istehsalı müəssisələri fəaliyyət göstərir.

Laçın həm də turizm və beynəlxalq tədbirlər üçün mərkəzə çevrilir. Yeni hava limanı istifadəyə verilib, beynəlxalq səviyyəli tədbirlər, festivallar, forumlar və sərgilər keçirilir. Laçın bu il MDB ölkələrinin mədəniyyət paytaxtı elan olunub.

Bütün bunlar Laçının strateji əhəmiyyətini və dövlət tərəfindən bu bölgəyə verilən xüsusi önəmi göstərir. Əgər siyasi sabitlik qorunsa və xarici müdaxilələr baş verməsə, növbəti 5 ildə Laçının tam məskunlaşdırılması və iqtisadi inkişafı təmin edilə bilər. Bu proses Azərbaycanın gücünü və iradəsini əks etdirir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Avqust 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri