Icma.az
close
up
RU
Böyük Qayıdış davam edir: Bura Qarabağın cənnət guşəsidir

Böyük Qayıdış davam edir: Bura Qarabağın cənnət guşəsidir

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İşğaldan azad olunmuş ərazilərə köç prosesi Azərbaycanın tarixi qayıdış və bərpa işlərinin mühüm hissəsini təşkil edir. Bu, həm vətəndaşlarımızın doğma yurdlarına dönməsini təmin edir, həm də bölgənin sosial-iqtisadi həyatının yenidən qurulmasına imkan yaradır. Hər bir addım, hər bir hazırlıq işi həm torpaqlarımızın azad edilməsinin nəticəsi, həm də gələcək inkişafın zəminidir.

Oktyabrın 14-də Xocalı rayonunun Təzəbinə və Şuşakənd kəndində sakinlərə yeni mənzillərin açarları təqdim olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov vurğulayıb ki, sakinlərin rahat yaşayışı və məşğulluğunun təmin olunması dövlətin əsas prioritetlərindəndir və  vətəndaşların işlə təminat məsələsi aidiyyatı dövlət qurumlarının nəzarətindədir.

Köç ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Xocalı rayonunun mərkəzinə və rayonun 11 kəndinə köç prosesi artıq başlayıb və mütəmadi şəkildə davam edir:

"Hazırda Xocalı şəhəri, Şuşakənd, Kəzədin, Seyidbəyli, Başbulaq, Padara, Ballıca, Xan Yurdu və bir neçə digər kənddə təmir-bərpa işləri həyata keçirilir. Evlər hazır olduqca, müvafiq şərait yaradıldıqca əhalinin doğma yurdlarına qayıdışı davam etdirilir. Təbii ki, bu, hamımızı sevindirir. Hər bir Azərbaycan vətəndaşı bu qayıdışla bağlı öz sevincini, razılığını bildirir, fəxr və qürur hissi keçirir ki, torpaqlarımız işğaldan azad olunub və insanlar doğma yurdlarına qayıdırlar. Bu proses müəyyən müddət davam edəcək. Çünki təkcə Xocalı rayonunda deyil, bütün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Buna görə də bu, vaxt və mərhələli yanaşma tələb edən bir prosesdir".

Redaktor.az olaraq ötən gün Xocalıya köç edən sakinlərin də fikirlərini öyrəndik.

Şuşakənd kəndinin sakini Natiq İmamverdiyev bildirdi ki, şəraitindən razıdır:

"Dövlətimizə və dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və veteranlarımıza can sağlığı versin. Hər şeydən razıyam. Buranın havası çox gözəldir, axı bura Şuşadır. Təsəvvür edin, Şuşanın lap yaxınlığındadır. Bura Qarabağın cənnət guşəsidir".

Təzəbinə kəndinin sakini Məhəmməd Fərəcov da doğma yurda qayıdışından böyük sevinc hissi keçirdiyini bildirdi:

"Prezidentimizə təşəkkür edirəm, şəraitimizdən razıyıq, hər şey yaxşıdır, Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin".

Nuriyyə NATİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" mövzusunda dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri