Icma.az
close
up
RU
Böyük QAYIDIŞ: Kəngərlidə yeni səhərlər açılır!

Böyük QAYIDIŞ: Kəngərlidə yeni səhərlər açılır!

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Qarabağ və Şərqi Zəngəzurda 43 mindən çox insan yaşayır

İşğaldan azad edilmiş ərazilərin bərpası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib. İşğaldan azad edilmiş ərazilərin bərpasının, dayanıqlı inkişafının və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmini məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Bu istiqamət həm də regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir. Böyük Qayıdış prosesi ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən biri kimi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq hazırlanmış "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", həmçinin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur. Əlbəttə ki, bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaradıb. Sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənib, əhalinin rifah səviyyəsi yüksəlib və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik". Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir.

40 AİLƏ - 154 NƏFƏR KƏNGƏRLİYƏ - DOĞMA YURDA QAYIDIB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Kəngərli kəndinə 40 ailə - 154 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.

Bəli, Azərbaycan Böyük Qayıdış konsepsiyasını uğurla reallaşdırır. İşğaldan azad edilmiş torpaqlara qayıdırıq və həmin yerlərdə yeni bir həyat başlayır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra Qarabağımız və Şərqi Zəngəzurumuza yeni həyat verilir. Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçərək böyük quruculuq işlərini həyata keçirməyə başlayıb. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq.

Yurd yerlərinə hər gün neçə-neçə insan köç edir, doğma yurda qovuşurlar. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur.

"UZUN FASİLƏDƏN SONRA DOĞMA DƏDƏ-BABA TORPAĞINDA YAŞAMAQ, ƏLBƏTTƏ Kİ, BÖYÜK XOŞBƏXTLİKDİR"

Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı mesajlarını verir. Hər bir ərazidən qalib ordunun və dövlətin qalib SƏRKƏRDƏSİ kimi səsini ucaldır, mesajlarını verir.

Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Ağdam da abadlıq-quruculuq meydanına çevrilib. 1993-cü ilin iyul ayının 23-də işğal olunan Ağdam 20 noyabr 2020-ci il tarixində azadlığına qovuşdu. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda dövlət bayrağımız dalğalandı. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı və 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.

İndi Ağdamın Kəngərli kəndində də yeni həyat başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Kəngərliyə həyat qayıdıb, Kəngərli sakinləri artıq qayıdır, böyük xoşbəxtlikdir, tarixi hadisədir. Uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşamaq, əlbəttə ki, böyük xoşbəxtlikdir". Dövlət başçımız onu da bildirib ki, siz uzun illər ağır şəraitdə - ölkəmizin müxtəlif yerlərində yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, müəyyən müddət isə çadır şəhərciklərində yaşamısınız: "Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır".

KƏNGƏRLİ KƏNDİNDƏ 2626 NƏFƏR (639 AİLƏ) MƏSKUNLAŞACAQ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfərlərinin nəticəsi olaraq, burada yeni müəssisələrin təməllərinin qoyulur və açılışlar edilir. Artıq qeyd etdiyimiz kimi, Ağdam rayonunun Kəngərli kəndi öz sakinlərini qoynuna aldı. Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb.

Bu gün isə Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar. "Biz bundan sonra ancaq və ancaq qalib xalq kimi yaşayacağıq, bu torpaqlarda əbədi yaşayacağıq və xoşbəxt yaşayacağıq", - deyə Prezident bildirib.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.

AĞDAM RAYONUNDA 35 MİN HEKTARDAN ÇOX ƏRAZİ MİNA VƏ PARTLAMAMIŞ HƏRBİ SURSATLARDAN TƏMİZLƏNİB

Əlbəttə ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur. Ermənistanın basdırdığı minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhlükə törədir və ya azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişafa mane olur. Ölkə rəhbərinin azad edilmiş ərazilərin yenidən qurulması, Böyük Qayıdış Proqramının uğurlu icrası, təhlükəsiz və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətindəki tapşırıqlarına uyğun olaraq aparılan mühüm işlər diqqəti cəəlb edir. Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatları Böyük Qayıdış Proqramının əsas tərkib hissələrindən biridir və bu fəaliyyət yalnız təhlükəsizlik baxımından deyil, həm də sosial-iqtisadi inkişaf və əhalinin doğma yurdlarına qayıdışı üçün ilkin şərtdir. Minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən 2025-ci il ərzində yaşayış infrastrukturu üzrə 8 318 hektar, kənd təsərrüfatı üzrə 9 176 hektar, ekoloji qiymətləndirmə üzrə 1 951 hektar, nəqliyyat infrastrukturu üzrə 708 hektar, meliorasiya və su təsərrüfatı üzrə 628 hektar və digər prioritet layihələr daxil olmaqla, cari il ərzində 27 204 hektar ərazi mina və partlayıcı qalıqlarından təmizlənib.

44 günlük Vətən müharibəsindən sonra Ağdam rayonunda 35 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

Ağdamın Sarıcalı kəndində birinci mərhələdə kəndin ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib. İkinci mərhələdə Sarıcalı kəndi ətrafındakı kənd təsərrüfatı təyinatlı torpaqlar təmizlənəcək. Sarıcalı kəndi keçmiş təmas xəttinin olduğu ərazilərdəndir. Ərazi minalarla həddindən artıq çirkləndirilib.

Minatəmizləmə fəaliyyəti işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Qazax rayonunda da icra olunur. Bu günədək 206 min hektardan çox ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 199 minə yaxın mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Azərbaycan minadan əziyyət çəkən bir dövlətdir. Azərbaycan Ermənistan tərəfindən ərazilərimizin 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verib. Ermənistan tərəfindən hətta postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.

Ermənistanın uzun illər ərzində işğal altında saxladığı əraziləri mina ilə çirkləndirməsi Böyük Qayıdış prosesinin qarşısında ciddi maneə olaraq qalmaqdadır.

Azərbaycan dövləti yalnız keçmiş məcburi köçkünlərin problemlərinin həlli sahəsində deyil, eyni zamanda, postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma yurdlarında reinteqrasiyası baxımından da dünya miqyasında nümunəvi model təqdim etməkdədir.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see315

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see225

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see222

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see219

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see196

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see190

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri