Icma.az
close
up
RU
Böyük QAYIDIŞ: Həsənriz kəndinə növbəti köç

Böyük QAYIDIŞ: Həsənriz kəndinə növbəti köç

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Daha bir köç karvanı növbəti dəfə Ağdərə rayonunun Həsənriz kəndinə çatıb. Bu mərhələdə Həsənriz kəndinə 20 ailə - 68 nəfər köçürülüb. Həsənrizə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyün göstəricisidir.

Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi də daimi sakinlərini mərhələli şəkildə qəbul edir. Cari ilin mart ayında dövlət başçısı və birinci xanım Həsənrizə köçən sakinlərlə görüşərək onlarla birlikdə bu sevinci bölüşdülər. Görüşdə, həmçinin fərdi evlərin və infrastrukturun bərpası istiqamətində həyata keçirilən mühüm işlərə baxış keçirildi. Ölkə başçısı Həsənrizin doğma sakinləri ilə birgə baharın ilk günlərini birlikdə keçirdi, bayram tonqalını alovlandırdı. Ağdərə rayonunun Həsənriz kəndinə ilk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülmüşdü. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən artıq insan yaşayır.

BÖYÜK TİKİNTİ MEYDANÇASI

Azərbaycan Prezidenti İlham Əliyev bildirdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. 2023-cü ilin sentyabrın 19-da başlayan və təqribən 24 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan tarixinin şanlı səhifələrindəndir. Vətən müharibəsindəki tarixi Qələbəmizdən və Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövləti humanizm göstərərək, ölkəmizin erməni əhalisi ilə reinteqrasiya prosesinə start verdi. Vətən müharibəsində qəhrəmanlıq göstərən Azərbaycan Ordusu bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirərək, Ali Baş Komandanın onların qarşısında qoyduğu tapşırığı cəmi 24 saatda yerinə yetirdi. Nəticə olaraq separatçılar ağ bayraq qaldırdı və dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatdı. İndi bütövlükdə bölgədə sülh və inkişaf üçün gözəl şərait yaranıb. 30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan ərazilərimiz hər kəsə qürur yaşatdı.

Böyük Zəfərdən sonra bölgədə yeni reallıq yaranıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri bir daha göstərir ki, bu torpaqların əsl sahibi azərbaycanlılardır. Tarixi qələbədən sonra Azərbaycan ermənilər tərəfindən dağıdılmış on min kvadratkilometr bir xarabalıqla üz-üzə qaldı. Düşmən 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurda bütün həyat işartılarını məhv etmişdi, təbiətə qəsdən və bilərəkdən ziyan vurulmuşdu, evlər, yollar, ictimai binalar, zavod və fabriklər, istehsal sahələri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, muzeylər, kitabxanalar dağıdılmışdı. Hazırda azad edilən ərazilərdə yol infrastrukturu qurulur, istifadəyə verilir, körpülər tikilir. Qələbə və Zəfər yolları Qarabağın işğaldan azad edilmiş yüzlərlə kənd və şəhərinə yenidən həyat gətirir.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR YENİ İNKİŞAF DÖVRÜNDƏ

Qlobal iqtisadiyyatda "yaşıllaşma və karbonsuzlaşma" meylləri qeyri-resurs iqtisadiyyatının inkişafı üçün imkanlar yaradır. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətli potensialı var və bu, xarici investorların marağını cəlb edir. Artıq soydaşlarımız azad edilmiş ərazilərdə salınan yeni yaşayış məskənlərində məskunlaşmağa başlayıblar. "Ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir. Bu gün işğaldan azad olunan Şuşa, Zəngilan, Ağdam kimi ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri görülür və müasir tələblərə uyğun olaraq qurulur. Eyni zamanda, Kəlbəcər kimi ucqar rayonlar da diqqətdədən kənarda qalmayıb. Pilot layihələr kimi Kəlbəcər rayonunda arıçılıqla və heyvandarlıqla məşğul olan sakinlərə lazımı şərait yaradılıb. Müharibədən dörd ildən artıq vaxt ötməsinə baxmayaraq, qətiyyətlə deyə bilərik ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə misli görünməmiş bərpa və quruculuq işləri aparılır. İşğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl görülən işlər çərçivəsində yolların yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb.

Bugünkü Azərbaycan reallıqları deməyə əsas verir ki, sabitlik, təhlükəsizlik və inkişaf 21 illik tariximizi xarakterizə edən əsas amillərdir. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olundu. Bu gün Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri