Icma.az
close
up
RU
Menu

17 ci körpəsini dünyaya gətirdi

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

U 17 millisi Gəncədə

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Bakı “Red Bull” pilotu üçün həlledici olacaq

BÖYÜK QAYIDIŞ: Xıdırlıda yeni həyat TƏHLİL

BÖYÜK QAYIDIŞ: Xıdırlıda yeni həyat TƏHLİL

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev: "Biz qalib kimi, bu torpaqların sahibləri kimi qayıtdıq"

İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qayıdışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Ağdam da işğaldan azad olunaraq yeni tarixi dövrünə qədəm qoyub. Bu gün Ağdam azaddır. Qədim insanların yaşayış məskənlərindən olan Ağdam Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olub. 1993-cü ilin iyul ayının 23-də Ağdamın işğalı tarixini artıq 20 noyabr 2020-ci ili qələbə tarixi əvəzlədi. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda dövlət bayrağımız dalğalanmağa başladı. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı və 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.

Biz artıq Ağdamda həyata keçirilən abadlıq-quruculuq işlərindən fəxarətlə danışırıq. Bu məkanların infrastrukturu yenidən qurulur, müasirləşir, yeni yollar çəkilir, sakinlər öz doğma yurdlarına davamlı olaraq köç edirlər.

BİRİNCİ MƏRHƏLƏDƏ KƏNDDƏ 719 FƏRDİ EV İNŞA EDİLİB

Artıq Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışı oldu. Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişdilər. Layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi,1498 fərdi evin inşası nəzərdə tutulur. Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır.

Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir.

120 YERLİK KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI

Bu günlərdə - iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər. Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının binasında yaradılan şəraitlə tanış olublar. Kənddə məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.

Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndindəki klub-icma mərkəzində olublar. Dövlət başçıları burada yaradılan şəraitə baxıblar. Binada 190 yerlik akt zalı, bufet, rəqs məşqləri, dərnək otaqları və digər inzibati otaqlar yaradılıb. Klub-icma mərkəzində Xıdırlı kəndi ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin və digər mərasimlərin keçirilməsi üçün hərtərəfli şərait var.

MANAS ADINA XIDIRLI KƏND TAM ORTA MƏKTƏBİ

Azərbaycanın və Qırğızıstanın dövlət başçıları, həmçinin Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.

Əvvəlcə prezidentlər məktəbin həyətində quraşdırılan yurtaya baxıblar. Səyyar yaşayış yeri kimi asanlıqla qurulub-sökülən yurta köçəri həyat tərzi üçün nəzərdə tutulur. Hazırda Mərkəzi Asiyada turizm istiqaməti kimi bir çox türk xalqları yurta turizmini inkişaf etdirirlər.

Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. "Sadır Nurqojoyeviçin təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib. Bu gün biz ona baxış keçirdik və rəsmi şəkildə açdıq. Məktəbə Ayköl Manasın adı verilib. Bildiyiniz kimi, "Manas" qırğız xalqının dastanıdır, qırğızların ruhunu təcəssüm etdirir. Əminəm ki, bu məktəbin və bu kəndin gələcək inkişafı üzrə hər şey bizim qırğız qardaşlarımızla bağlı olacaq", - deyə Prezdentimiz diqqətə çəkib. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib. "Bu gün məktəbin açılışını uzun illər işğal altında olan Xıdırlı sakinlərinin - kimisi yataqxanada, kimisi də uşaq bağçası binalarında yaşayan sakinlərin vətənə qayıtmalarının birinci mərhələsinə həsr etdik". Bu fikriləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında yeni mənzillərə köçən sakinlərlə görüşü zamanı bildirib.

"BİZ QIRĞIZISTAN-AZƏRBAYCAN DOSTLUĞUNUN MÖHKƏM BİNASINI TİKMİŞİK"

"Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz", - deyə bildirən dövlət başçımız qeyd edib ki, bizim uğurla reallaşdırdığımız "Böyük Qayıdış" Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir: "Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir. Artıq dediyim kimi, bunun təşəbbüskarı Qırğızıstan Prezidenti olub. Bildiyiniz kimi, keçən ilin aprel ayında, - hətta məktəbin içərisində bir fotoşəkil də var, - Sadır Nurqojoyeviçlə bu məktəbin təməlini qoyduq və razılaşdıq ki, hazır olanda birlikdə gələcəyik. Belə alındı ki, Xıdırlı kəndi də hazırdır - gözəl evlər, icma mərkəzi, tibb məntəqəsi və bu cür yaraşıqlı təhsil ocağı. Bu, bir daha ölkələrimizin qardaşlığından, bizim tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızdan xəbər verir. Bu təməl üzərində bu gün biz Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm binasını tikmişik".

"RUHDAN DÜŞMƏDİLƏR, İNANIRDILAR, BİLİRDİLƏR Kİ, BİZ BU TORPAQLARA, DƏDƏ-BABA TORPAQLARIMIZA MÜTLƏQ QAYIDACAĞIQ"

Ermənistan silahlı qüvvələrinin daşı-daş üstə qoymadığı Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır. Müasir şəhərsalma həlləri əsas götürülməklə yeni şəhər inşa olunur. Baş Plana əsasən, Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Şəhərdə İşğal və Zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks İşğal muzeyindən başlayacaq və Zəfər muzeyi ilə başa çatacaq. Onların arasında isə Xatirə bağı yerləşəcək.

Burada görülən işlər əzəli sakinlərini qoynuna alır. İşğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşıb və məscid əvvəlki görkəminə qaytarılıb. Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılmışdı. Ağdam Konfrans Mərkəzi Ağdam rayonu işğaldan azad edildikdən sonra inşa olunub. Ağdam Konfrans Mərkəzində müasir tələblərə uyğun tədbirlərin - konfransların, seminarların, forumların, simpoziumların, işgüzar görüşlərin, konsertlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Mərkəz artıq beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edir.

Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Ən əsası isə onu qeyd edək ki,

Ağdamda görülən işlər sırasında Ağdam Muğam Mərkəzinin açılışı da böyük əhəmiyyət daşıyır. Cari ilin mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Muğam Mərkəzinin açılış mərasimində çıxışı zamanı "Bu gün ölkəmizin tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür", - deyə bildirib. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev sakinlərlə görüşü zamanı bildirdiyi kimi, "Çoxları 2007-ci ilə qədər çadır şəhərciklərində yaşayırdı. Onlar torpaqlarımızın işğal altında olduğu dövrün bütün çətinliklərini yaşayıblar. Amma ruhdan düşmədilər, inanırdılar, bilirdilər ki, biz bu torpaqlara, dədə-baba torpaqlarımıza mütləq qayıdacağıq. Biz qalib kimi, bu torpaqların sahibləri kimi qayıtdıq və buna görə də burada dağıdılan hər şeyi, - nəinki Ağdam şəhərində, bütün Ağdam rayonunda bir dənə də olsun dağıdılmayan tikili qalmayıb, - bu gün yenidən həyata qaytarırıq."

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see281

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see263

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see250

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see238

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see235

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see228

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see227

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see220

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see219

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see211

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see201

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see194

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see189

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see188

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see188

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see186

Turan Tovuz Fənərbaxça matçının biletlərini necə əldə etmək olar? qiymətlər bəlli deyil

22 Sentyabr 2026 00:42see185

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see182

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see177

Bakı “Red Bull” pilotu üçün həlledici olacaq

22 Sentyabr 2026 00:42see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri