Böyük Qayıdış müasir Azərbaycanın gələcəyə yönəlik inkişaf modelidir DEPUTAT DANIŞDI
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
“Müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında öz tarixinin mühüm və dönüş xarakterli inkişaf mərhələsini yaşayır”. Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, uzun illər işğal altında qalmış ərazilərin azad edilməsindən sonra formalaşan yeni reallıqlar ölkədə genişmiqyaslı bərpa, quruculuq və sosial-iqtisadi dirçəliş prosesinin başlanmasına zəmin yaratmışdır: “İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən kompleks infrastruktur layihələri, müasir yaşayış məntəqələrinin salınması və sosial obyektlərin inşası Böyük Qayıdış Proqramının sistemli və ardıcıl şəkildə icra olunduğunu göstərir. Bu proses dövlətin iqtisadi potensialının, institusional gücünün və xalq–iqtidar birliyinin real ifadəsi kimi çıxış edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yanvarın 28-də keçirilmiş kollegiya iclasında da bir daha vurğulanmışdır ki, Böyük Qayıdış prosesi planlı, mərhələli və yüksək məsuliyyət prinsipləri əsasında həyata keçirilir. Keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin olunması dövlətin sosial siyasətində insan amilinə verilən önəmin bariz nümunəsidir. Bu məsələ sosial ədalətin bərpası və vətəndaş rifahının yüksəldilməsi baxımından prioritet istiqamət kimi dövlət siyasətinin mərkəzində dayanır.
Böyük Qayıdış Proqramının uğurla icrasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı və Birinci vitse-prezident tərəfindən görülən işlərlə yerində tanış olunması, layihələrin icrasına birbaşa nəzarət edilməsi proqramın operativ və effektiv həyata keçirilməsini təmin edən əsas amillərdən biridir.
Hazırda azad edilmiş ərazilərdə salınan müasir şəhər və kəndlər, yol-nəqliyyat infrastrukturu, enerji, qaz, su və rabitə sistemləri, təhsil və səhiyyə müəssisələri Böyük Qayıdışın yalnız əhalinin geri dönməsi deyil, eyni zamanda normal yaşayış şəraitinin və sosial rifahın tam bərpasını hədəflədiyini açıq şəkildə nümayiş etdirir. Bu yanaşma regionların dayanıqlı inkişafına və sosial inteqrasiyanın təmin olunmasına xidmət edir.
Mövcud siyasi iradə və iqtisadi imkanlar Böyük Qayıdış Proqramının qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyinə əsaslı zəmin yaradır. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin qısa müddətdə ölkənin ən inkişaf etmiş və cəlbedici regionlarından birinə çevrilməsi, bu ərazilərin yenidən sosial-iqtisadi həyatın fəal məkanına transformasiya olunması strateji hədəf kimi müəyyənləşdirilmişdir.
Böyük Qayıdış prosesi müasir Azərbaycan dövlətçiliyinin gücünü və gələcəyə yönəlik inkişaf modelini əks etdirən tarixi bir mərhələdir. Bu prosesin iştirakçısı və şahidi olmaq ictimai məsuliyyətlə yanaşı, milli qürur mənbəyidir. Cəmiyyətin bütün təbəqələrinin dövlət başçısının ətrafında sıx birləşməsi Böyük Qayıdışın tam, davamlı və uğurlu şəkildə reallaşmasının əsas şərti kimi çıxış edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 29 Yanvar 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















