Icma.az
close
up
RU
“Böyük Qayıdış” prosesi sürətlənir İyulda görülən işlər və yeniliklər

“Böyük Qayıdış” prosesi sürətlənir İyulda görülən işlər və yeniliklər

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Azərbaycan dövlətinin strateji prioritetlərindən biri – işğaldan azad olunmuş ərazilərin bərpası və əhalinin öz doğma torpaqlarına qayıdışı istiqamətində “Böyük Qayıdış” prosesi iyul ayında da intensiv şəkildə davam etdirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən planlı və mərhələli fəaliyyətlər nəticəsində həm infrastruktur layihələri genişlənib, həm də yeni yaşayış sahələri istifadəyə verilib. 


Sfera.az xəbər verir ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı iyul ayında da intensiv şəkildə davam etdirilib. İşğaldan azad olunmuş ərazilərdə aparılan infrastruktur, sosial və məskunlaşma işləri bu ay mühüm mərhələlərlə yadda qalıb.

Rəsmi açıqlamalara görə, 2025-ci ilin ilk 6 ayında “Böyük Qayıdış” çərçivəsində azad edilmiş ərazilərə ayrılan vəsaitin ümumi həcmi 1 milyard 552,4 milyon manata çatıb. Bunun 1 milyard 353,6 milyon manatı infrastruktur layihələrinə, 182 milyon manatı sosial layihələrə, 16,8 milyon manatı isə mina təmizləmə işlərinə yönəldilib.

Prezident İlham Əliyev iyulun 19-da Şuşada keçirilən Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, hazırda azad edilən ərazilərə 50 minə yaxın insan qayıdıb. Dövlət başçısının sözlərinə görə, regionda dairəvi enerji sistemi qurulub, artıq Qarabağ və Şərqi Zəngəzur elektrik enerjisi ilə tam təmin olunub və bərpa olunan enerji mənbələrindən istehsal olunan güc 280 meqavatdan çoxdur.

İyul ayı ərzində Jəbrayıl şəhərinə və Ağdam rayonunun Xıdırlı kəndinə yeni mərhələli köç prosesi həyata keçirilib. Ümumilikdə 110 ailə – 434 nəfər bu ərazilərə yerləşdirilib. Eyni zamanda, Ağdərə rayonunun Həsənriz kəndinə 29 yeni ailə köçürülüb. Bu kənddə artıq məskunlaşan ailələrin sayı 119-a çatıb. Köçürülən ailələr üçün müasir infrastruktur, təhsil, səhiyyə və kommunal xidmətlər təmin olunub.

İyulda Ağdam şəhərində yeni dəmir yolu və avtovağzal kompleksi istifadəyə verilib. Kompleksin gündəlik sərnişin tutumu 1000 nəfərə qədərdir. Bu, bölgəyə gediş-gəlişi daha da asanlaşdıracaq və geri dönüş prosesini sürətləndirəcək. Füzuli, Qubadlı və Zəngilan rayonlarında da yeni infrastruktur layihələri reallaşdırılır. Horadiz–Ağbənd dəmir yolu və avtomobil magistralı, Zəngəzur dəhlizi və Murovdağ tuneli üzrə tikinti işləri davam etdirilir.

Eyni zamanda, Ağdam Sənaye Parkında yeni istehsal müəssisələrinin açılması bölgənin iqtisadi potensialını artırır. İyul ayında “Tabaterra” MMC-nin tütün emalı zavodunun istifadəyə verilməsi yerli məşğulluğun və iqtisadi dövriyyənin artmasına təkan verəcək.

Sosial layihələr çərçivəsində isə peşə hazırlığı, sosial adaptasiya və təhsil proqramları həyata keçirilir. Bağçalar, məktəblər və səhiyyə mərkəzləri mərhələli şəkildə istifadəyə verilir.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı təkcə fiziki bərpa yox, həm də sosial və iqtisadi inteqrasiyanı nəzərdə tutur. Azərbaycan hökuməti bu prosesin davamlı və dayanıqlı şəkildə reallaşdırılması üçün ardıcıl tədbirlər görür. İyul ayında görülən işlər isə bu strategiyanın real nəticələr verdiyini bir daha nümayiş etdirir. “Böyük Qayıdış” yalnız məcburi köçkünlərin evlərinə dönməsi deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf modelinə çevrilməsi deməkdir. Bu istiqamətdə atılan hər addım Azərbaycanın güclü siyasi iradəsinin, planlı dövlət siyasətinin və xalqa bağlılığının nəticəsidir.

Firuzə Əliyeva
Sfera.az

Mövzu: işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 İyul 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri