“Böyük Qayıdış”: Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi Azərbaycanın gücünü nümayiş etdirir KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verilib.
24 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həllini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb. Bununla yanaşı, həmin ərazilərdə xüsusi idarəetmənin təşkili üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılıb.
Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanına əsasən, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə olunması, onların balanslı inkişafının təmin edilməsi və bütün proseslərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılıb, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb.
Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Bu prioritetlərə əsaslanan və Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapmış “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasını təmin etmək məqsədilə Dövlət Proqramı hazırlanıb.
2022-ci il 16 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqlənib. Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafının təmin edilməsi üçün əsas strateji istiqamətlər müəyyənləşdirilib.
Dövlət Proqramının ümumi məqsədi Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası, əhalinin doğma yurdlarına geri qayıdışının təmin edilməsi, rifah səviyyəsinin yüksəldilməsi və nəticə etibarilə bölgənin tarazlı və dayanıqlı inkişafı üçün əlverişli mühitin yaradılmasından ibarətdir.
Proqram Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi inkişafın təmin olunmasına hədəflənib. Planlara əsasən, 2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsi tamamlanacaq və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdışı təmin ediləcək. Ümumilikdə proqramın birinci mərhələsində bütün azad edilmiş şəhərlər də daxil olmaqla 100 yaşayış məntəqəsinin yenidən qurulması və məskunlaşdırılması nəzərdə tutulur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün 2022–2026-cı illərdə təqribən 32 milyard manatdan artıq vəsait tələb olunur.
Cavanşir Abbaslı
KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycanda icra olunan “Böyük Qayıdış” proqramı təkcə ölkənin daxili inkişafına deyil, eyni zamanda regional və beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsinə ciddi töhfə verir. Onun sözlərinə görə, proqram uğurla və qənaətbəxş şəkildə həyata keçirilir.
Şərhçi qeyd edib ki, Vətən müharibəsində qazanılan qələbədən sonra cəmi beş il ərzində dağıdılmış ərazilərdə şəhərlərin yenidən qurulması və infrastrukturun sıfırdan yaradılması böyük nailiyyətdir. Abbaslının fikrincə, Azərbaycan bu prosesi heç bir xarici təşkilatın yardımı olmadan, öz daxili imkanları hesabına reallaşdırıb və işğal dövründə viran qoyulmuş Qarabağı sürətlə bərpa edir.
O, həmçinin vurğulayıb ki, qarşıdakı mərhələdə prosesin daha da intensivləşəcəyi gözlənilir: yeni tikilmiş yaşayış binalarına vətəndaşların köçürülməsi təmin olunacaq, eyni zamanda təmir və bərpa işləri tam şəkildə yekunlaşdırılacaq.
Cavanşir Abbaslı qeyd edib ki, “Böyük Qayıdış” proqramı Azərbaycanın gücünü, potensialını və regiondakı lider mövqeyini açıq şəkildə nümayiş etdirir:
“Cənubi Qafqazın lider dövləti olan Azərbaycan üçün bu yolun davamı qaçılmazdır. Dövlətə dəstək həm hakimiyyət, həm də xalq tərəfindən tam şəkildə təmin olunur.”
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusuna uyğun olaraq dərc edilir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 Dekabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















