Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf modeli

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf modeli

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər bir səfəri yeni layihələrin təməlqoyma mərasimləri, həyata keçirilmiş layihələrin açılışı, icra olunan işlərlə tanışlıq və doğma yurdlarına qayıdan vətəndaşlarla görüşlərlə zəngin olur. Dövlət başçısının bu səfərləri uzun illər erməni işğalı nəticəsində iqtisadi və sosial baxımdan tənəzzülə uğramış, “boz zona”ya çevrilmiş ərazilərə yeni həyat, inkişaf və dinamizm gətirir.
Qarabağ və Şərqi Zəngəzur torpaqları uzun illər öz doğma sakinlərinin qayıdışını gözləyirdi. İşğal dövründə bu ərazilərin infrastrukturu dağıdılmış, iqtisadi potensialı iflic edilmiş, təbii sərvətləri talan olunmuşdu. Lakin son illər ərzində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində bu torpaqlar yenidən dirçəlir, iqtisadi fəallıq artır, şəhər və kəndlər müasir inkişaf modelinə uyğun şəkildə yenidən qurulur.
Qısa müddət ərzində 10 min kvadratkilometrdən artıq ərazinin minalardan təmizlənməsi, yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz, su və rabitə xətlərinin müasir standartlara uyğun bərpası, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi böyük maliyyə, texniki və idarəetmə resursları tələb edən mürəkkəb prosesdir. Bu günədək 40-dan çox yaşayış məntəqəsinə  100 minə yaxın keçmiş məcburi köçkünün qayıtması dövlətimizin qarşıya qoyduğu strateji hədəflərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.
Uzun illər müharibə şəraitində yaşayan Azərbaycanın güclü ordu quraraq 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsi, eyni zamanda azad edilmiş ərazilərin sürətli bərpasına başlaması böyük iqtisadi imkan və siyasi iradə tələb edirdi. Son illər ərzində dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına böyük həcmdə maliyyə vəsaitlərinin ayrılması Azərbaycanın iqtisadi gücünü və dayanıqlı inkişaf modelini  bir daha nümayiş etdirir.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr yalnız bərpa xarakteri daşımır, həm də yeni iqtisadi inkişaf platformasının formalaşmasına xidmət edir. Burada yaradılan sənaye zonaları, logistika mərkəzləri, kənd təsərrüfatı layihələri, turizm infrastrukturu və alternativ enerji mənbələri regionun gələcək iqtisadi potensialını artırır, yeni iş yerlərinin yaranmasına və sahibkarlığın inkişafına geniş imkanlar yaradır.


Dövlət başçısının Laçın rayonunda Həkəri çayı üzərində yeni su anbarının təməlini qoyması da bu baxımdan mühüm strateji əhəmiyyət daşıyır. Bu layihə regionun su təminatının yaxşılaşdırılması, əhalinin dayanıqlı yaşayış şəraitinin formalaşdırılması və iqtisadi fəaliyyətin genişlənməsi baxımından mühüm rol oynayacaqdır. Eyni zamanda çaylar və su hövzələri üzərində yaradılan kiçik su elektrik stansiyaları Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafına töhfə verir, ölkənin enerji təhlükəsizliyinin güclənməsində mühüm amilə çevrilir.
Prezident İlham Əliyevin 11 iyul tarixində işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində yenidən qurulan Şuşanın Kiçik Qaladərəsi kəndində və Xocavənd rayonunun Quzeyxırman kəndində sakinlərlə görüşləri Böyük Qayıdış siyasətinin əsas mahiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısı bu görüşlər zamanı vurğuladı ki, həyata keçirilən bərpa-quruculuq işlərinin əsas məqsədi yalnız dağıdılmış yaşayış məntəqələrini yenidən inşa etmək deyil, eyni zamanda vətəndaşların öz doğma torpaqlarında təhlükəsiz, rahat və müasir həyat şəraitində yaşamasını təmin etməkdir.
Prezident İlham Əliyev qeyd etdi ki, işğaldan azad olunmuş ərazilərdə yaradılan yeni yaşayış məntəqələri Azərbaycanın müasir inkişaf modelinə uyğun şəkildə qurulur. Burada infrastrukturun yenidən yaradılması, sosial obyektlərin inşası, ekoloji standartların qorunması və müasir texnologiyaların tətbiqi insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Kiçik Qaladərəsi və Quzeyxırman kəndlərinin yenidən qurulması da bu siyasətin real nümunələrindəndir.
Dövlət başçısı sakinlərlə görüşündə bir daha bildirdi ki, uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qayıdışı Azərbaycanın tarixi ədaləti bərpa etməsinin ən mühüm göstəricilərindəndir. Keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması yalnız sosial layihə deyil, həm də milli həmrəyliyin, dövlət-vətəndaş birliyinin və ölkənin gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Bu gün sürətlə dəyişən Şuşa, tələbə şəhərinə çevrilən Xankəndi, yenidən qurulan Ağdam və Füzuli, təbiəti və turizm potensialı ilə seçilən Kəlbəcər, müasir infrastrukturu ilə diqqət çəkən Laçın, sənaye və logistika imkanları genişlənən Zəngilan və Cəbrayıl şəhərləri işğaldan azad olunmuş ərazilərin yeni simasını formalaşdırır. Bu şəhərlər yalnız yaşayış məntəqələri kimi deyil, həm də gələcəyin innovativ, iqtisadi cəhətdən fəal və ekoloji baxımdan dayanıqlı inkişaf mərkəzləri kimi qurulur.
2022–2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla icrası qarşıya qoyulan mühüm hədəflərin reallaşdırıldığını göstərir. Bu proqram yalnız insanların doğma yurdlarına qayıdışını deyil, eyni zamanda regionun iqtisadi reinteqrasiyasını, yeni istehsal və xidmət sahələrinin yaradılmasını, əhalinin məşğulluğunun təmin edilməsini nəzərdə tutur.
Birinci mərhələdə əldə olunan nəticələr növbəti inkişaf mərhələsi üçün möhkəm zəmin yaradıb. Yeni dövlət proqramlarının icrası ilə şəhər və kəndlərin daha sürətli bərpası, iqtisadi fəaliyyətin genişlənməsi, investisiya imkanlarının artması və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına daha geniş miqyasda qayıdışı təmin ediləcəkdir.
Sonda qeyd etmək istəyirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın daha da güclənməsinə, regionların hərtərəfli inkişafına və Qarabağla Şərqi Zəngəzurun ölkəmizin ən müasir iqtisadi mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.
Uzun illər işğal altında qalmış və böyük ağrı ilə baxdığımız bu torpaqlar bu gün Azərbaycanın yeni inkişaf modelini nümayiş etdirən, müasir şəhərsalma, innovasiya və iqtisadi yüksəliş nümunəsinə çevrilən bölgələrə çevrilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini
Azər Badamov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyul 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see379

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see348

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see285

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see275

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see273

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see266

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see245

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see245

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see238

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see237

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see232

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see218

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see214

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see212

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see210

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see180

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see179

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see179

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri