Icma.az
close
up
RU
Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzur dirçəlir

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzur dirçəlir

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İkinci Qarabağ müharibəsindən əvvəl bizim əsas ümummilli ideyamız respublikanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi ilə bağlı idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində qazanılan şanlı qələbələr sayəsində bu hədəfimizə çatdıq. Postmüharibə dövrünün əsas hədəflərindən biri isə işğaldan azad olunmuş ərazilərin bərpası və ora Böyük Qayıdışın təmin edilməsidir. “Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir”, - deyə Prezident İlham Əliyev bu günlərdə işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Xocalı rayonunun Ballıca kənd sakinləri ilə görüşdəki çıxışında bildirib.

Hər yerdə quruculuq, bərpa işləri aparılır

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi postmüharibə dövründə başlayan yeni strateji mərhələdə Azərbaycanın beş mühüm prioritetindən biri kimi müəyyənləşdirlib. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan otuz il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın yurd yerlərinə qayıdışını layiqli şəkildə və qısa müddətdə həyata keçirmək əzmindədir. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Bəhs olunan Dövlət Proqramına uyğun olaraq ərazilərin minalardan təmizlənməsi, yeni infrastrukturun qurulması, yaşayış məntəqələrinin, tarixi abidələrin  bərpası, istehsal müəssisələrinin yaradılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir, Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Ağdama, Xankəndinə və Xocalıya səfərləri də doğma yurd yerlərinə qayıdan insanlarla səmimilik şəraitində keçən görüşlərlə, yeni təməlqoyma və açılış mərasimləri ilə yadda qalıb. Prezident İlham Əliyev səfər çərçivəsində Xocalı rayonunun Ballıca kənd sakinləri ilə baş tutan görüşdəki çıxışında işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan layihələrin uğurla həyata keçirilməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Keçmiş köçkünlər indi demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir”.

Qeyd edək ki, cari ildə işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən təxminən  4 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Ancaq bu vəsaitin artırılması ehtimalı da kifayət qədər böyükdür.

Ağdam sıfırdan qurulur

Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında görmək mümkündür. Zamanında Qarabağın incisi  sayılan Ağdam işğal illərində xarabalıqlar şəhərinə çevrilib.

İndi isə Ağdamda fərqli bir mənzərə müşahidə edilir. Burada xarabalıqların əhatəsində milli memarlıq üslubunda müasir şəhər tikilir. Prezident İlham Əliyevin Ballıca kənd sakini Məmməd Quliyevin evində yaradılan şəraitlə tanış olarkən bildirdiyi kimi,  Ağdam şəhəri sıfırdan inşa edilir və gözəl şəhər olacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də “Ağdam Residence”, həmçinin 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar. Ümumi sahəsi 1,55 hektar olan “Ağdam Residence”də ilk mərhələdə 6 yaşayış binası inşa edilib. Kompleksdəki binalar 6 mərtəbəlidir. Kompleksin təməli 2022-ci il fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. 1268 mənzilli 2-ci yaşayış kompleksinin ümumi sahəsi 14 hektara yaxındır. Yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb.

Şəhərdə həmçinin mədəni və sosial təyinatlı obyektlərin inşası da sürətlə davam etdirilir.

Bərpa olunan 10-cu yaşayış məntəqəsi

Postmüharibə dövründə ərazilər minalardan təmizləndikcə bərpa və quruculuq işlərinin miqyası da genişlənir. Bir zamanlar separatçıların yuvasına çevrilmiş Xankəndidə indi bayrağımızın əzəmətlə dalğalanmasının və quruculuq-bərpa işlərinin bu tarixi Azərbaycan şəhərini də əhatə etməsinin xüsusi bir özəlliyi var. Prezident İlham Əliyev səfər çərçivəsində Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak edib, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub, Zəfər parkının təməlqoyma mərasiminə qatılıb. İşğaldan azad olunmuş ərazilərə son səfəri zamanı Xankəndidə də olduğunu məmnunluq hissi ilə  diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “...Orada da gözəl işlər görülür, yeni iş yerləri, yeni müəssisələr yaradılır. Mənim Sərəncamımla Qarabağ Universiteti yaradılmışdır. Orada mindən çox tələbə oxuyur. Orta məktəblər, tibb məntəqələri inşa olunur. Yəni həyat üçün nə lazımdırsa, hər şeyi edirik, həm şəhərləri, həm də kəndləri bərpa edirik”.

Səfər çərçivəsidə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar. Bildirildiyi kimi, Əsgəran qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb.

Zamanında bir gecənin içində amansız soyqırımına məruz qalan Xocalı da dirçəlir. Xocalı soyqırımı xalqımızın qan yaddaşına yazılıb. Bu yaşayış məntəqəsinin bərpası və məskunlaşdırılması bizim üçün xüsusi məna daşıyır. Ballıca kəndi Xocalının bərpasına yaxşı nümunədir. “Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük”, - deyə Prezident İlham Əliyev bildirib.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Fevral 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see228

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see227

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see213

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see206

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see202

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see194

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see192

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see191

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see191

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see190

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see187

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see185

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see177

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see174

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see173

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see171

Azərbaycan: Xalq ordu dövlət birliyinin ən yaxşı nümunəsi

26 İyun 2026 11:42see167

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see167

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see166

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri