Icma.az
close
up
RU
Böyük Qayıdış strategiyası: dirçələn Qarabağ və Şərqi Zəngəzur TƏHLİL

Böyük Qayıdış strategiyası: dirçələn Qarabağ və Şərqi Zəngəzur TƏHLİL

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

30 ilə yaxın zaman məsafəsində ermənilərin işğalı altında olan torpaqlarımız bu gün həsrətində yaşayan insanlar üçün ziyarətgaha çevrilib, əzəli sakinlərimiz bu yerlərdə yurd salırlar. Bu məkanlarda erməni cinayətkarlarının törətdikləri hər kəsə bəllidir. Cəhənnəm qoxan əməllərin izləri müqəddəs torpaqlarımızda rast olunsa da, Böyük Qayıdış strategiyası reallaşdıqca bu ərazilər Azərbaycanın ən gözəl guşələrindən birinə çevrilir. Təbii ki, tutduğu vəzifədən, sənət və peşəsindən asılı olmayaraq, bura üz tutan insanlar üçün nə qədər böyük, müqəddəs hiss olsa da, erməni vandallığı, təcavüzü təəssüf, nifrət hissi oyadır. Çirkin niyyət, çirkin əməl, səpilən erməni toxumları hətta qəbiristanlıqların belə dağıdılmasına səbəb olmuşdur. Bu əlbəttə ki, insanlığa sığmayan əməllərdir. Azərbaycan vətəndaşları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən bura üz tutan insanlar heyrət dolu baxışlarını gizlədə bilmirlər. Azərbaycana dost, qardaş olan dövlətlərin nümayəndələrinin işğaldan azad olunan torpaqlarımıza səfəri onları riqqətə gətirir. Hətta 44 günlük Vətən müharibəsi dövründə müharibə gedən ərazilərimizə xarici ölkələri təmsil edən KİV nümayəndələrinin ezam olunması zamanı da erməni vəhşiliyinin müharibə getməyən əraziləri də bombardman etməsi, mülki insanları atəşə tutması onların gözü önündə baş vermişdir. Ermənilərin bu çirkin əməlləri dünya mediasında geniş şəkildə işıqlandırılmışdır.

DAŞ YADDAŞIMIZIN HƏYAT GERÇƏKLİKLƏRİ

Bu gün yaşadığımız həyat gerçəkliklərinin hər biri tarixdir. Bir yazının, oçerkin, hekayənin, povestin, romanın mövzusudur. Zaman-zaman oxunacaq əsərlərin əsas ideyasına çevrilcək həyat gerçəklikləridir. Ədəbiyyat həyatın güzgüsüdür. Tarix nə qədər saxtalaşdırılsa da, ədəbiyyata köçəcək hadisələr zamanın daş yaddaşına hopur və nəsillər üçün bir tapıntıya çevrilir. İctimai-siyasi hadisələrin gedişi zaman çərçivəsində həllini tapmış olur. Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri Bərdə və Tərtər şəhərlərini də "Smerç" raketindən atəşə tutmuş, bu da mülki vətəndaşların həlak olması, xeyli sayda insanın yaralanması ilə nəticələnmişdir. Beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın bir çox ölkələrindən ölkəmizə ezam olunmuş KİV nümayəndələrinin gözü qarşısında baş verdi. Əlbəttə ki, infrastruktura da ziyan dəymişdir. Bütün bu və ya digər əməllər işğalçı Ermənistanın silahlı qüvvələrinin 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərinə zidd əməllərdir.

"İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏKİ MƏĞLUBİYYƏT ONLAR ÜÇÜN DƏRS OLMALIDIR"

Azərbaycan Vətən müharibəsində onlara yetərincə dərs verdi və 44 gün ərzində işğalçıları öz torpaqlarından qovdu. Tarixi ədalət bərpa olundu. Azərbaycan ermənilərə elə bir dərs verdi ki, bunu tarix boyu unutmayacaqlar. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla düşmən təslim oldu. Məlumdur ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmiş, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar. Azərbaycanın 44 gün ərzində apardığı əks-hücum əməliyyatları Ermənistan üçün acı sonluqla yekunlaşdı. XXI əsrin müharibəsini aparan Azərbaycan düşmən üzərində tarixi qələbəsini qazandı, doğma Qarabağımız əsl sahiblərinə qaytarıldı. Bu gün də qalib xalq olaraq ölkəmizə maraq sonsuzdur. Müharibədən sonrakı durum, Azərbaycanın mövqeyi diqqətdə saxlanılır. Bu Azərbaycanın dünya miqyasında olan yüksək imicindən qaynaqlanır. Tarixi ədalət bərpa edilib. "Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik " – deyə Azərbaycan Prezidenti bildirib. Bu gün artıq müharibənin başa çatmasından beş ilə yaxıın zaman ötüb. Azərbaycan öz sülhsevər siyasətini davam etdirir. Cənab Prezident çıxışlarında dəfələrlə bildirmişdir ki, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd göstərsə, onun başını bir daha əzəcəyik: "Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır".

44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması bir daha dünyaya Azərbaycanın gücünü, ən əsası da güclü Lideri olduğunu göstərmiş oldu. Tarixi Qələbəmizin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Ərazilərdə təhlükəsiz yaşayışı, dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini, dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq və digər məsələləri reallaşdırmaq məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, dövlət başçısının 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi.

AĞALIDAN BAŞLANAN KÖÇ KARVANI

Ermənilər tərəfindən xarabazarlığa çevrilən ərazilərimizdə böyük quruculuq işləri aparılır. Bu gün aparılan təmir-bərpa işləri, infrastrukturun qurulması, böyük tikintilər uğurla davam edir. Beynəlxalq hava limanlarının istifadəyə verilməsi əlbəttə ki, görülən işlərin sürətinin bir nümunəsidir. Həyata keçirilən layihələr işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. "Ağıllı kənd" konsepsiyası uğurla reallaşır. Bu gün Ağalı kəndi bir nümunədir. Öz yurduna dönmək həsrəti ilə yaşayan insanların bir qismi rahat bir şəraitdə, gözəl bir məkanda öz əzəli torpaqlarına qovuşdular.

Bildiyimiz kimi, Ermənistan tərəfindən təkcə Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçın işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Onların öz doğulduqları yerə göndərilməsi əsas məsələlərdən biridir. Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Laçın rayonunda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, çamaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb. Bildiyimiz kimi, Laçın rayonu işğaldan azad olunandan iki ay ötməmiş burada Su Elektrik Stansiyası istismara verildi. Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Cənab Prezident bunun azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyası olduğunu və çox böyük əhəmiyyətə, böyük rəmzi mənaya malik olduğunu bildirib.

Azərbaycan bu gün ərazilərimizdə dağıdılmış, talan edilmiş məkanları, tarixi abidələrimizi bərpa edir. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə planlı şəkildə başlanılıb. Azad olunmuş ərazilərimizi minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesi də davam edir. Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edənlər əlbəttə ki, bu ərazilərdə aparılan abadlıq və quruculuq işlərinə heyrətlənir.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri