Icma.az
close
up
RU
“Böyük Qayıdış” siyasəti Azərbaycan üçün uğurlu bərpa modelidir MÜHÜM MƏQAMLAR KONKRET

“Böyük Qayıdış” siyasəti Azərbaycan üçün uğurlu bərpa modelidir MÜHÜM MƏQAMLAR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığımız parlaq Zəfərimizdən sonra işğaldan azad edilən torpaqlarımızda Böyük Qayıdış üçün Qarabağın hər guşəsində sürətlə quruculuq işləri davam etdirilir.

İşğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə aparılır. Artıq bu istiqamətdə bir çox əməli addımlar atılıb, şəhərlərin və kəndlərin baş planları tərtib edilib.

Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı böyük addımlar atır. Bu istiqamətdə görülən işlər nəticəsində 30 ilə yaxın yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarına, evlərinə qayıdır. Bu prosesin – Böyük Qayıdışın təməli hələ 2016-cı ildə qoyulub. Belə ki, həmin ilin aprelində baş vermiş dördgünlük döyüşlər nəticəsində Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın bir hissəsini işğaldan azad edərək şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında, həmçinin həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd etmək olar. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Beləliklə, Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu.

2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı.

2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı.

Vətən müharibəsindən ötən müddətdə işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var və burada sürətli işlər həyata keçirilir. Təbii ki, bu işlərin vaxtında və yüksək keyfiyyətlə icra olunmasında insan amili mühüm rol oynayır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” siyasəti geniş vüsət alaraq uğurla davam edir.

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər həm regionun inkişafına, həm də beynəlxalq aləmdə Azərbaycan modelinə marağın artmasına səbəb olur.

Politoloqun sözlərinə görə, azad edilmiş ərazilərdə smart şəhər və smart kənd layihələrinin icrası, genişmiqyaslı infrastruktur quruculuğu artıq real nəticələr verir.

O , xatırladıb ki, yaxın günlərdə Əlaqələndirmə Qərargahının fəaliyyətinin beşilliyi qeyd olunub və qərargah üzvləri, o cümlədən Prezident Administrasiyasının rəhbəri, qərargahın rəhbəri Samir Nuriyev bölgəyə səfər ediblər.

Əmrəliyev vurğulayıb ki, bu illər ərzində bölgədə görülən böyük işlər ümumi nəticəyə ciddi müsbət təsir göstərir. Onun fikrincə, “Böyük Qayıdış” siyasəti hazırda dünyada müharibədən zərər çəkmiş ölkələr üçün nümunə rolunu oynaya bilər:

“Suriya hökuməti də vətəndaş müharibəsindən sonra dağıdılmış şəhərlərin və kəndlərin bərpasında Azərbaycan təcrübəsindən yararlana bilər. Yeni yaşayış məntəqələrinin qurulması ilə yanaşı, paralel şəkildə iqtisadi canlanma istiqamətində addımların atılması çox vacibdir.”

Politoloq qeyd edib ki, müxtəlif ölkələrin Qarabağa investisiya yatırması, türk dövlətlərinin bu bölgədə mühüm layihələr həyata keçirməsi həm iqtisadi, həm də siyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. O, əlavə edib ki, xüsusilə türk dövlətləri tərəfindən məscidlərin tikilməsi həm dostluq əlaqələrinin gücləndirilməsinə, həm də Türk

Dövlətləri Təşkilatının möhkəmlənməsinə töhfə verir.

Əmrəliyev yekunda bildirib ki, “Böyük Qayıdış” siyasəti Azərbaycan üçün strateji əhəmiyyət kəsb etməklə yanaşı, beynəlxalq miqyasda da uğurlu bərpa modeli kimi qəbul olunur.

Aynurə İsmayıl,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusuna uyğun olaraq dərc edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Noyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri