Icma.az
close
up
RU
Mən Cəbrayıldayam, sən haradasan? Paşinyana sual

Mən Cəbrayıldayam, sən haradasan? Paşinyana sual

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


İyirmi yeddi il davam edən hicran, həsrət yaraları vüsal məlhəmi ilə şəfa tapdı. Kavdar kəhriznin göz yaşı kimi dupduru suyu susuzluqdan pöştələnən ürəyimizi sərinlətdi. Cəbrayılda əsən sərin meh qəlbimizi oxşadı, könlümüzə xoş ovqat bəxş etdi.
Bu günü iyirmi yeddi il gözlədik. Doğma yurda qovuşmaq arzusu ilə alışıb-yandıq. Yayda iş yoldaşlarımız kəndlərinə gedəndə oğrun-oğrun onlara həsəd apardıq. Qışda yataqxana küncündə üşüyəndə üstündə şabalıd qızartdığımız odun peçimizi xatırlayıb kövrəldik. Gündə azı yüz dəfə dolub-boşaldıq. Nəmli gözlərimizi bir-birimizdən gizlətmək üçün üzünüzü yana çevirdik. Amma doğma yurddan üz çevirmədik. O torpaqlara qayıdacağımıza olan inamımızı bir gün də itirmədik.
Köçkünlüyün ilk illəri yadınızdadır? Dünyadan köçən əzizlərimizin başdaşını çəpəki qoyurduq. Bir gün el agsaqqallarının birindən bunun səbəbini soruşdum. Cavabı belə oldu: "Başdaşının çəpəki qoyulması onun müvəqqəti olduğuna işarə edir. Qayıdanda ölülərimizi də ozümüzlə aparacagıq".
Təkcə dirilərimiz deyil, ölülərimiz də doğma yurda qayıdacağımız günü gözləyirdilər...
İyirmi yeddi il bir əsr qədər uzun çəkdi. Ermənilər Cəbrayıldakı Xan Çinarı kəsəndə qəlbimizə dağ çəkdilər. Evimizin qapı-pəncərəsini Arazın o tayında kiminsə həyət-bacasında görəndə yüz dəfə ölüb-dirildik. Pasinyan "Cəbrayıla yol çəkəcəyik" deyəndə üzümüzü yerin-göyün sahibinə tutub "Bizə guc-qüvvət ver" dedik. Allah xalqımıza, Ordumuza elə bir güc-qüvvət verdi ki, 200 illik problemi 44 günə həll etdik. "Dəmir yumruq" düşmənin başına dəyib onu diz çökməyə vadar etdi. Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti sayəsində Qarabağ, Şərqi Zəngəzur işgaldan azad edildi, düşmən xar oldu. Cəbrayıla yolu özümüz çəkdik.
Bir neçə gün əvvəl həmin yolla Cəbrayıla getmişdim. Şəhidlərimizin məzarlarını ziyarət etdim, təmiz dağ havasından ciyərlərimə çəkdim, Soltanlının doğma təpələrini gəzib-dolaşdım. Kəndimizdəki ən uca təpənin başına çıxıb Cəbrayıla yol çəkmək istəyən Paşinyana səsləndim: "Mən Cəbrayıldayam, sən haradasan?"
Səsimə səs vermədi. Çünki çox uzaqda idi. Annanın yanındaydı.
Biz düşməni arvadının yanına qədər qovuruq...
Seymur Verdizadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Yanvar 2026 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri