Icma.az
close
up
RU
“Böyük Qayıdış” təkcə məskunlaşma deyil iqtisadi dirçəliş proqramıdır

“Böyük Qayıdış” təkcə məskunlaşma deyil iqtisadi dirçəliş proqramıdır

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”


Xanyurdu yenidən dirçəlir


30 ildən sonra Xocalı öz sahiblərinə qovuşdu



İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir. Ötən gün respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Xanyurdu kəndinə yola salınıb.

Bu mərhələdə Xanyurdu kəndinə 19 ailə - 62 nəfər köçürülür. Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Xocalı rayonunun Xanyurdu kəndinə qayıdan kənd sakini Məhəbbət Cavadov doğma yurdda öz ocaqlarını yenidən yandıracaqlarını bildirib. O, təkrar məskunlaşdıqları kəndi adına layiq qaydada inkişaf etdirəcəklərini söyləyib: “Dövlətimiz o zaman indiki qədər qüdrətli olsaydı, uzun illər məcburi köçkün həyatı yaşamazdıq. Kəndimiz işğal ediləndə düşmənə ciddi müqavimət göstərdik, amma gücümüz yetərli olmadığı üçün geri çəkildik. Bu müddət ərzində yenidən kəndimizə dönəcəyimizə inamımızı heç vaxt itirmədik. Şükür, çətin günlər artıq geridə qalıb. İndi kəndimizə qayıdırıq, öz ocağımızı yandırıb, yuvamıza yığılırıq. Kəndimizi adına layiq şəkildə - Xan yurdu kimi inkişaf etdirəcəyik”.

Məlumat üçün bildirək ki, “Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin sosial rifahının təmin olunması prioritet məsələlərdən biridir. Dövlət Məşğulluq Agentliyinin bu istiqamətdə əsas məqsədi “Məşğulluqdan məskunlaşmaya” yanaşması ilə qayıdan sakinlərin yaşayışının davamlılığını və rifahını dəstəkləməkdir. Həyata keçirilən funksional istiqamətlərdən biri kimi özünüməşğulluq proqramının icrası həm regionda dayanıqlı məşğulluğun təminatı, həm sahibkarlığın inkişafı, həm də fərdi məşğulluğun yerli iqtisadiyyatla vəhdəti baxımından müsbət təsirə malikdir. Artıq öz doğma yurduna köçürülmüş sakinlərdən 415 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Həmin şəxslər istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə aktivlərlə təmin olunublar.


“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu Sherg.az-a açıqlamasında bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş doğma torpaqlara köçürülməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsi və bütün ehtiyaclarının qarşılanması baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu proses təkcə fiziki məskunlaşma deyil, həm də həmin insanların doğma yurdlarına qayıdaraq iqtisadi və mədəni həyatın bərpasında fəal iştirakına imkan yaradır: 

seeBaxış sayı:188
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Avqust 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri