Icma.az
close
up
RU
Böyük Qayıdış təkcə plan yox, reallıqdır

Böyük Qayıdış təkcə plan yox, reallıqdır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 


2026-cı ilədək 140 min insan doğma yurda dönəcək



İşğaldan azad edilmiş torpaqların bərpasına 2021-2024-cü illərdə 17,6 milyard manat vəsait xərclənib. 2024-cü ildə 5,3 milyard manat, 2025-ci ilin yarısınadək 4 milyard manat vəsait xərclənib. Yaxın 5 ildə dövlət bərpa prosesinə 20 milyard manat vəsait xərcləyəcək. Hazırda işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 


Zəfərdən sonra Xankəndi daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurun qurulmasına və inkişafına yalnız dövlət büdcəsindən 21 milyard manatdan çox vəsait ayrılıb. Artıq 50 mindən çox vətəndaşımız işğaldan azad olunan ərazilərdə yaşayır və çalışırlar. 15 mindən çox keçmiş məcburi köçkün isə öz doğma yurdlarına qayıdıblar. Gələn ilin sonunadək Qarabağda və Şərqi Zəngəzurda məskunlaşanların sayı 140 min, o tarixi ərazilərimizdə yaşayanların sayı isə 200 mindən çox olacaq. 


Otuz il ərzində işğal altına qalan, vandalizmin qurbanı olan Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa prosesi nəticəsində tarixi torpaqlarımız artıq mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Dövlət başçısının azad olunmuş torpaqlarımıza mütəmadi olaraq həyata keçirdiyi səfərlər, işlərin gedişi ilə şəxsən tanış olması, müvafiq tapşırıq və göstərişlərin verilməsi quruculuq prosesinin uğurla və sürətlə reallaşmasını şərtləndirən əsas amillərdəndir. Bir neçə gün əvvəl Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışını etdilər. Beləliklə, müasir infrastrukturun qurulduğu bu kəndimiz də artıq öz doğma sakinlərini qarşılayır. Ölkəmizdə müasir yol infrastrukturunun formalaşdırılması istiqamətində görülən işlər Qarabağ və Şərqi Zəngəzurda da uğurla davam etdirilir. Bu xüsusda, Prezident İlham Əliyevin açılışını etdiyi Əhmədbəyli-Füzuli-Şuşa yolu bölgənin hərtərəfli inkişafına xüsusi töhfə verəcək. Eyni zamanda, dövlətimizin başçısının son səfəri zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edən Xankəndi şəhərində də mühüm obyektlərin açılışı edildi. Ümumilikdə Qarabağın iqtisadi inkişafında, burada biznes mühitinin formalaşdırılmasına, məşğulluğun artırılmasına önəmli rola malik olacaq “Xankəndi” Biznes Mərkəzinin fəaliyyətə başlamasını xüsusi qeyd etmək lazımdır. “Xankəndi” Konqres Mərkəzində yaradılan müasir və funksional şərait burada yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün əlverişli imkanlar yaratmaqla bölgənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayacaq. Qarabağda turizm potensialının inkişafı istiqamətində də önəmli addımlar atılır. Bölgədə müasir hotellərin, istirahət mərkəzlərinin yaradılması, tarixi və mədəni abidələrin bərpası istiqamətində görülən işlər uğurla davam etdirilir. Bu baxımdan, uzunluğu 6 min metrə yaxın olacaq Xankəndi-Şuşa kanat yolu bölgənin turizm potensialının inkişafına, həmçinin insanların iki şəhər arasında rahat hərəkətinə imkan verəcək. Dövlətimiz tərəfindən görülən kompleks tədbirlərin nəticəsidir ki, artıq bu tarixi torpaqlarımız yüksəksəviyyəli tədbirlərə uğurla ev sahibliyi edir. Cari ildə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü Laçında keçirildi. Ötən il Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü Şuşa şəhərində uğurla təşkil olundu. Təbii ki, bu cür yüksəksəviyyəli tədbirlər tarixi torpaqlarımızın inkişafına böyük töhfə verir. 


Millət vəkili Azər Badamov "Şərq"ə bildirib ki, Qarabağ və Şərqi Zəngəzur sözün həqiqi mənasında iqtisadi inkişaf dövrünü yaşayır. Deputat bəyan edib ki, torpaqlarımız azad edilən ilk gündən Azərbaycan dövləti öz iqtisadi gücü hesabına bu ərazilərdə bərpa-quruculuq işlərinə başlayıb: 

"Cənab Prezidentin sərəncamı ilə 2022-2026-cı illəri əhatə edən "Böyük Qayıdış"a dair Dövlət Proqramı təsdiq olundu. Bu proqram çərçivəsində 2026-cı ilədək 140 mindən çox vətəndaşımız öz doğma yurdlarına geri dönəcək. Bu proses sürətlə davam etdirilir və hər il dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılır. Bugünədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan quruculuq işlərinə 23 milyard manat vəsait ayrılıb. Məhz görülən işlərin nəticəsidir ki, bu gün işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzur rayonlarının yol infrastrukturu müasirləşib, başa çatmaq üzrədir. Əsas istiqamətlərdə müasir avtomobil yolları tikilib. İki beynəlxalq hava limanı istifadəyə verilib, artıq üçüncü hava limanının tikinti işləri başa çatmaq üzrədir. O cümlədən Ağbəndədək dəmiryollarının çəkilməsi, Ağdamı, Bərdəni, Xankəndini birləşdirən yolların çəkilməsi, yenidənqurulması istiqamətində işlər görülür. Həmçinin, Qarabağ və Şərqi Zəngəzurda sosial infrastrukturun yaradılması da sürətlə aparılır". 

Parlament üzvü vurğulayıb ki, son dönəmlərdə davamlı olaraq insanlarımızın qrup-qrup öz yurdlarına geri dönüşünün, orada məskunlaşmasının şahidi olmaqdayıq: "Bu gün yüzminlik Ağdam şəhəri yenidən tikilir. Ağdamda daş-daş üstə qalmamışdı, amma indi orada müasir, yeni yaşayış kompleksləri ucaldılır. O cümlədən, Füzuli şəhərinə də mərhələli şəkildə köçlər davam edir. Şuşa şəhəri yenidən qurulur. Milli-tarixi üslubu qorunub saxlanılmaqla binalar yenilənir, məktəblər, tibb müəssisələri açılır. Artıq onminlərlə keçmiş məcburi köçkün öz yurdlarına geri dönüb, öz torpaqlarında, evlərində firavan həyatlarını davam etdirirlər. Bu, təbii ki, ilk növbədə Azərbaycan dövlətinin gücüdür. Cənab Prezidentin mütəmadi Qarabağ və Şərqi Zəngəzura səfərləri, orada aparılan işlərə birbaşa nəzarəti çox mühüm məqamdır. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura yüzlərlə səfəri reallaşıb. Nəzərə alaq ki, cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində yeni obyektlərin, yolların təməli qoyulur, yaxud açılışı edilir. Ümumən, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir və hərtərəfli infrastruktur qurulur. Bu da Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi-sosial dirçəlişinə və inkişafına səbəb olur". 

A.Badamov əlavə edib ki, torpaqlarımızın işğaldan azad edilməsindən ötən illər ərzində cənab Prezidentin həmin bölgəyə yüzdən çox səfərləri olub: "Ölkə başçısının hər bir səfəri işğaldan azad edilmiş ərazilərimizdə yeni yaşayış məntəqələrinin, infrastrukturların açılış mərasimləri, yaxud təməlinin qoyulması ilə müşayiət olunur. Bu, dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurda görülən işlərə birbaşa nəzarətinin göstəricisidir. Həm də bərpa-quruculuq işləri ilə məşğul olanların məsuliyyətini artıran, onların daha keyfiyyətli işləməsinə yol açan məqamdır. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərə qayıdan insanlarımızla görüşür, onlarla söhbət edir. Bu da insanlarda ruh yüksəkliyi meydana gətirir". 

Deputat bərpa-quruculuğa mane olan mina təhlükəsindən də söz açıb: "Ermənistan döyüş meydanında məğlub olsa da, ermənilərin "mina müharibəsi" bu gün də davam etməkdədir. Ötən müddət ərzində 400-dən çox insanımız ermənilərin bizim torpaqlarımıza basdırdıqları minaların bu və ya digər şəkildə qurbanına çevriliblər. Mina təhlükəsinin nə qədər davam edəcəyi də bəlli deyil. Əfsuslar ki, bu məsələ də Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq və məskunlaşma prosesinə də mənfi təsirini göstərir, işləri yubadır. Baxmayaraq ki, böyük maliyyə vəsaitləri hesabına Azərbaycan öz torpaqlarını minalardan təmizləyir. Ancaq beynəlxalq təşkilatlar bu istiqamətdə Azərbaycana dəstək verməyə yanaşmırlar". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyul 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri