Böyük Qayıdışın uğuru minalardan təmizlənmədən başlayır ŞƏRH EDİLDİ
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi bu gün Azərbaycanın qarşısında duran ən prioritet və həyati əhəmiyyətli vəzifələrdən biridir. Bu proses təkcə humanitar xarakter daşımır, eyni zamanda dövlətin milli təhlükəsizlik strategiyasının, sosial-iqtisadi inkişaf planlarının və Böyük Qayıdış konsepsiyasının əsas sütunlarından biri kimi çıxış edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydin Mirzəzadə deyib.
Onun sözlərinə görə, uzun illər işğal altında qalmış ərazilərdə geniş miqyasda mina və partlamamış hərbi sursatlar basdırılıb: "Bu isə mülki əhali üçün ciddi təhlükə yaradır və infrastruktur layihələrinin icrasını ləngidir. Azərbaycan dövləti tərəfindən həyata keçirilən sistemli mina təmizləmə əməliyyatları ilk növbədə insanların həyat və sağlamlığının qorunmasına xidmət edir. Bu baxımdan, minalardan təmizləmə yalnız texniki proses deyil, həm də insan təhlükəsizliyinin təmin olunması istiqamətində atılan fundamental addımdır. Bu sahədə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) genişmiqyaslı əməliyyatlar həyata keçirir. Agentliyin fəaliyyəti nəticəsində minlərlə hektar ərazi təhlükəsiz hala gətirilir, yollar, yaşayış məntəqələri və strateji obyektlər istifadəyə verilir. Bununla yanaşı, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da bu prosesin effektivliyini artırır və Azərbaycanı qlobal humanitar minatəmizləmə gündəliyində fəal iştirakçıya çevirir. Minalardan təmizləmə prosesi Böyük Qayıdış proqramının reallaşması üçün əsas şərtdir. İnsanlar doğma torpaqlarına yalnız təhlükəsizlik təmin olunduqdan sonra qayıda bilərlər. Əgər ərazilər minalarla çirklənmiş vəziyyətdə qalarsa, nə kənd təsərrüfatı, nə şəhərsalma layihələri, nə də sosial infrastrukturun bərpası mümkün olar. Bu səbəbdən mina təmizlənməsi faktiki olaraq post-münaqişə dövrünün bərpa və quruculuq mərhələsinin başlanğıc nöqtəsidir.
Digər mühüm məqam isə regional sabitlik aspektidir. Mina xəritələrinin tam və dəqiq şəkildə təqdim olunmaması əlavə humanitar risklər yaradır və etimad mühitinə mənfi təsir göstərir. Halbuki post-münaqişə mərhələsində etimad quruculuğu və humanitar əməkdaşlıq regionda davamlı sülhün əsas elementlərindəndir. Ərazilərin minalardan təmizlənməsi yalnız texniki və humanitar məsələ deyil, həm də siyasi, iqtisadi və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan kompleks prosesdir. Bu prosesin sürətlə və effektiv şəkildə davam etdirilməsi Azərbaycanın uzunmüddətli inkişafı və regionda dayanıqlı sabitliyin təmin olunması üçün əsas şərtlərdən biridir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 Mart 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















