Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Minalardan təmizləmə Böyük Qayıdışın əsas şərtidir ŞƏRH EDİLDİ

Minalardan təmizləmə Böyük Qayıdışın əsas şərtidir ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ərazilərin minalardan təmizlənməsi məsələsi təkcə humanitar problem deyil, eyni zamanda milli təhlükəsizlik və dövlət quruculuğu məsələsidir. Azərbaycan post-münaqişə mərhələsində qarşısında duran ən ciddi çağırışlardan biri geniş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsidir".

Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, bu problem həm insan təhlükəsizliyinə birbaşa təhdid yaradır, həm də sosial-iqtisadi bərpa prosesini ləngidir: "Minalar ilk növbədə mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə mənbəyidir. Böyük Qayıdış proqramının həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması məhz təhlükəsiz mühitin formalaşdırılmasından asılıdır. Əgər torpaqlar tam şəkildə təmizlənməzsə, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatının bərpası, yaşayış məntəqələrinin yenidən qurulması mümkün olmaz. Bu baxımdan mina təmizləmə prosesi iqtisadi dirçəlişin ilkin və fundamental mərhələsidir. Digər tərəfdən, bu məsələ beynəlxalq hüquq və humanitar hüquq kontekstində də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan mina xəritələrinin tam və dəqiq təqdim edilməməsini ciddi problem kimi qiymətləndirir və bu mövzunu beynəlxalq platformalarda gündəmə gətirir. Mina təhlükəsi faktiki olaraq münaqişənin nəticələrinin davam etməsi deməkdir və regionda dayanıqlı sülhün formalaşmasına maneə yaradır. Bu sahədə fəaliyyət göstərən əsas dövlət qurumu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) genişmiqyaslı əməliyyatlar həyata keçirir. Bununla yanaşı, bir sıra beynəlxalq təşkilatlar və tərəfdaş ölkələr texniki və maliyyə dəstəyi göstərirlər. Mina təmizləmə prosesi həm də Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir və post-münaqişə bərpa modelini dünya üçün nümunəyə çevirmək potensialına malikdir.

Geosiyasi baxımdan isə ərazilərin minalardan təmizlənməsi Cənubi Qafqazda kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin bərpası və regional inteqrasiyanın gücləndirilməsi üçün əsas şərtdir. Təhlükəsiz mühit olmadan nə investisiya axını, nə də uzunmüddətli iqtisadi layihələrin reallaşması mümkündür. Bu baxımdan mina problemi həm təhlükəsizlik, həm iqtisadiyyat, həm də diplomatiya məsələsidir. Nəticə olaraq qeyd etmək olar ki, minalardan təmizləmə prosesi Azərbaycanın suverenliyinin real təminatı, Böyük Qayıdışın əsas şərti və regionda davamlı sülhün formalaşması üçün strateji əhəmiyyət daşıyır. Bu proses nə qədər sürətli və sistemli aparılarsa, post-münaqişə dövrünün sabitliyi bir o qədər möhkəm olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Mart 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri