Böyük utanc onların gələcəyini məhv etdi: 40 milyonluq miras əllərindən çıxdı
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Normal halda hər bir cinayətin məsuliyyəti onu törədənin çiyinlərində olur. Amma bəzən vəziyyət elə olmur. Xüsusilə də ailənin böyüyü utancverici bir cinayət törədibsə, onun ağırlığı bütün ailənin, xüsusilə də uşaqların çiyinlərinə düşür. Xüsusilə uşaqlar bəzən atalarının törətdiyi günahların, səhvlərin qiymətini ödəyirlər. Məhz elə Britaniya kral ailəsinin üzvləri də bu vəziyyətdən yan keçə bilməyib....
Qaynarinfo xəbər verir ki, Kral III Çarlzın ortancıl qardaşı, artıq unvansız qalan keçmiş şahzadə Endryu səbəbindən böyük bir ailənin üzləri utanc hissi keçirir. Digər ailə üzvləri isə xalqın ailəyə olan reaksiyasını azaltmaq üçün daha çox çalışmaq məcburiyyətində qalır.

Adı Cefferi Epşteyn qalmaqalına qarışmış Endryu Mauntbeten Uindsor anası Kraliça Elizabet sağ ikən onun himayəsi altında olub. Amma onun ölümündən sonra taxta çıxan Kral III Çarlz bütün bunların qarşılığını qardaşına ödədib.
Endryunun unvanları əlindən alınıb, keçmiş həyat yoldaşı Sara Furqonla birlikdə yaşadığı evdən çıxarılıb. Əlbəttə, ictimaiyyətə açıqlanmayan bəzi üstünlüklər Endryuya tanınsa da, xaricdən görünən vəziyyət belədir.
Endryu böyük qalmaqala qarışdığı üçün cəzalandırılıb. Amma onun keçmişdə etdiyi səhvlər yalnız ona təsir etməyib. Ailə üçün gecə-gündüz çalışan iki qızı – şahzadə Beatris və şahzadə Yevgeniya da atalarının günahlarının qiymətini ödəyib və görünür ki, bundan sonra da ödəyəcəklər.

Milyonluq miras da uçub getdi
Endryunun əlindən unvanları və bütün üstünlükləri alınması Beatris və Yevgeniyanın, həmçinin onların gələcəyini də mənfi təsirləndirib. Çünki iki bacı atalarından gözlədikləri 40 milyon dollarlıq mirası da itirib.
Məlumata görə, Beatris və Yevgeniya atalarının artıq sahib olmadığı Vindsordakı mülkdən gözlədikləri maliyyə təhlükəsizliyin itirildiyini öyrənəndə çox qəzəbləniblər. İki bacı Royal Lodge-u uzun müddətli və sabit bir ailə sərvəti olaraq həyatboyu faydalı olacağına inanaraq böyüyüb.
Keçmiş 65 yaşlı şahzadə Endryu 2003-cü ildə bu mülk üçün 75 illik kirayə müqaviləsi imzalamışdı. Bu razılaşmanın təxminən 40 milyon dollarlıq mirası təmin edəcəyi düşünülürdü.
Amma Kral III Çarlz Endryunun Epşteyn ilə keçmişdəki əlaqələrinə dair yenidən ortaya çıxan araşdırmalardan sonra keçən il onun krallıq həyatını kəsib, üstəlik qardaşını mülkdən çıxarıb və unvanlarını əlindən alıb. Bu səbəbdən əvvəlki güvən və gözləntilər artıq mövcud deyil.

İki qız üçün nəticə çox ağır oldu
Ailəyə yaxın mənbə bildirib ki, Beatris və Yevgeniya üçün bu hadisənin nəticələri çox ağır olub. Mənbə deyib: "Royal Lodge-un bir gün Beatris və Yevgeniya üçün ən azından təhlükəsizlik şəbəkəsi olaraq, maliyyə faydası təmin edəcəyi gözləntisi var idi. Bu gözlənti artıq tamamilə ortadan qaldı".
Bu vəziyyət iki bacını çox qəzəbləndirib. Artıq maliyyə gələcəklərini əvvəlki kimi təhlükəsiz hiss etmirlər. Rahat pensiya planları suya düşüb.
Keçmiş şahzadə Endryu 1996-cı ildə rəsmi olaraq boşanmasına baxmayaraq keçmiş həyat yoldaşı Sara Furqonla Royal Lodge-da yaşayırdı. Amma qalmaqaldan sonra Kral III Çarlz unvanları ilə birlikdə bu mülkü də qardaşından alıb.

Əslində hər ikisinin həyat yoldaşı da çox zəngindir
Şahzadə Beatris həyat yoldaşı Edoardo Mapelli Mozzi və iki qızı ilə Kotsvoldsda varlı insanların yaşadığı evdə yaşayır. Bəzən ögey oğlu da onlara qoşulur.
Şahzadə Yevgeniya və həyat yoldaşı Cek Bruksbank iki uşaqları ilə birlikdə Kensinqton Sarayındakı Ivy Cottage və Portuqaliyadakı evləri arasında gedib-gəlir.
Həqiqətən də iki bacının həyat yoldaşlarının maddi vəziyyəti olduqca yaxşıdır. Yəni Royal Lodge-a o qədər də ehtiyacları yoxdur. Amma 40 milyon dollarlıq bir mülkü itirmək onları narahat edir, çünki bu mülkü gələcək üçün bir yatırım hesab edirdilər. Son hadisələrlə birlikdə bu miras əllərindən uçub gedib.
Aydın
Baxış sayı:41
Bu xəbər 16 Yanvar 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















