Icma.az
close
up
RU
Elə bilirdim ki, qadın sevəndə gözəlləşir

Elə bilirdim ki, qadın sevəndə gözəlləşir

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Rahidə Baxışova "Öz aramızda" verilişində şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Milli.Az xəbər verir ki, o, sevgi və münasibətlər mövzusunda yaşadıqlarını səmimi şəkildə bölüşüb.

Rahidə Baxışova bildirib ki, qadın sevəndə əziyyət çəkir:

"Qadın sevəndə əziyyət çəkir, heç də gözəlləşmir. Bunu təkcə öz həyatımda yox, ətrafımdakı insanlarda da görmüşəm. Sevmək mövzusu mənim üçün artıq bağlanıb. Özüm də çox əziyyət çəkmişəm".

Müğənni vurğulayıb ki, sevgi insanı xoşbəxt etməli, qarşı tərəfdən zövq almağa səbəb olmalıdır:

"İnsan sevəndə qarşısındakının söhbətindən, davranışından zövq almalıdır. Qarşı tərəfi özündən çox sevmək düzgün deyil. Ən gözəl sevgi insanın özünə olan sevgisidir".

O, övlad sevgisinə də toxunaraq maraqlı fikir səsləndirib:

"Hətta övladın belə səni özündən çox sevə bilməz".

Rahidə Baxışova oxuduğu bir yazını xatırladıb:

"Bir yazıda oxumuşdum ki, kişi qadın kimi sevərsə, onu sevir. Qadın kişini sevəndə kişi özünü sevir, qadın özünü sevəndə isə kişi onu sevir. Bu fikir çox xoşuma gəldi. Bu, digər münasibətlərə də aiddir. Fədakar olanın çox vaxt qiyməti bilinmir".

Sənətçi sonda illər əvvəl münasibətlərin daha səmimi olduğunu qeyd edib:

"25 il əvvəl dostluq, sevgi, hörmət var idi, indi isə demək olar ki, yox səviyyəsindədir. Bu yaşa qədər hamı üçün qaçdım, amma görünmədi".

Müğənninin bu fikirləri veriliş izləyiciləri arasında geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Yanvar 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri