Böyükşor bulvarında attraksionun uçmasına qurğunun sahibi AYDINLIQ GƏTİRDİ
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən gün Bakının Böyükşor bulvarında təhlükəli hadisə baş verib. Güclü külək hava ilə doldurulmuş uşaq attraksionunu yerindən qoparıb yola atıb.
Oxu.Az hadisənin səbəbini və təfərrüatını araşdırıb.
Böyükşor bulvarındakı attraksionun sahibi Mehman İsmayılov Oxu.Az-a açıqlamasında vurğulayıb ki, hadisə zamanı ərazidə heç bir uşaq olmayıb və xoşbəxtlikdən xəsarət qeydə alınmayıb.
"Bəli, belə bir hadisə baş verib. Xəsarət alan olmayıb. Külək qəfil sürətləndiyi üçün batutun boşaldılmasına vaxt çatmadı. Çünki batutun boşalması üçün ən azı yarım saat vaxt tələb olunur.
Təbii ki, təhlükəsizlik üçün batut bir neçə hissədən yerə bərkidilib. Lakin külək qəfil gücləndiyi üçün bağları qoparıb və nəticədə belə bir hal yaşanıb. Bu, fövqəladə hal idi", - deyə M.İsmayılov bildirib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 Aprel 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















