Icma.az
close
up
RU
Böyümüş adenoidlər hansı fəsadlar törədir?

Böyümüş adenoidlər hansı fəsadlar törədir?

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Adenoidlər - burun boşluğunun ağız boşluğuna keçdiyi yerdə limfatik toxumaların toplusudur. Adenoidlər mühafizə rolunu oynayır.

Nəfəsalma zamanı (burun vasitəsilə) havadan orqanizmimizə müxtəlif mikroblar və infeksiyalar daxil olur. Adenoidlər immun sisteminə aiddir. Onlar filtr funksiyasını yerinə yerirərək bu mikrobları orqanizmə buraxmır və onları zərərsizləşdirir.

Xəstələnmə zamanı adenoidlər böyüyür (şişir), uşaq sağaldıqda isə adenoidlər öz normal ölçülərinə qayıdır. Lakin xəstəliklər arasında az vaxt keçdikdə adenoidlər öz normal ölçülərinə qayıdmağa çatdırmır və böyümüş vəziyyətdə qalırlar. Buna "adenoilərin hipertrofiyası" deyilir. Bu daim baş verdikdə adenoidlər daha da böyüyür, iltihablaşır və artıq müdafiə funksiyanı yerinə yetirmir, əksinə infeksiya mənbəyinə çevrilir. Bu problemə adətən 1-14 yaşlar arası uşaqlarda rast gəlinir. Adenoidlərin böyüməsinin ilk simptomlarında (uşaq daim və ya tez-tez ağızla nəfəs alır, uşaqda tez-tez zökəm olur, uşaq burnunda danışır və s.) uşağı dərhal LOR həkiminə göstərmək lazımdır.

Böyümüş adenoidlər uşağın sağlamlığı üçün olduqca təhlükəlidir, müxtəlif ağır fəsadların inkişafına səbəb ola bilər. Bu fəsadların arasında:

- İmmunitetin zəifləməsi. Uşağın orqanizmində xroniki infeksiya mənbəyi olduqda bu immun sisteminin zəifləməsinə səbəb olur. Bu infeksiya mənbəyindən mikroblar qan axını ilə daim orqanizmə yayılır və müxtəlif orqanlarda iltihablar yaradır.

- Eşitmənin pozulması. Böyümüş adenoidlər eşitmə borusununu tutur ki, nəticədə uşağın eşitməsində problemlər yaranır.

- Əsəbilik. Nəfəsalma ilə problemlər olan uşaqlar əsəbi olur, gecə pis yatır, tez-tez oyanırlar. Belə uşaqlar yuxuda boğulur, tez-tez pis qorxulu yuxular görürlər.

- İştahasızlıq. Adenoidlər böyüdükdə uşaq burunla rahat nəfəs ala bilmir. Nəticədə uşaq yemək yedikdə əziyyət çəkir və bu səbəbdən yeməkdən imtina etməyə başlayır.

- Sübut olunub ki, burun nəfəsalması pozulduqda insan onun beyinin normal fəaliyyəti üçün lazım olan oksigeni tam ala bilmir (burun nəfəsalması daha dərindir, ağız nəfəsalması isə daha səthidir). Nəticədə beyinin hipoksiyası (oksigenin çatışmazlığı) yaranır. Hipoksiyanın nəticəsində uşaqda əqli fəaliyyəti, yaddaş, diqqət pozulur, uşaq tez yorulur, yuxulu, əsəbi olur, uşaqda baş ağrıları olur. İltihablaşmış adenoidlərdən əziyyət çəkən uşaqların bir çox hissəsi məktəbdə pis oxuyur.

- Nitqin pozulması. Belə uşaqların nitqi aydın olmur, onları bəzi səsləri yaxşı tələffüz etmir, burunda danışır.

- Tez-tez təkrarlanan nəfəsalma yollarının iltihabları (faringit, laringit, traxeit, bronxit). Adenoidlərin xroniki iltihabı burada daim seliyin və irinin yığılmasına səbəb olur. İrin və selik nəfəsalma sisteminin aşağı hissələrinə axır və burada iltihablar yaranır.

- Adenoidit bir çox hallarda tez-tez təkrarlanan otitin səbəbi olur. Böyümüş adenoidlər eşitmə borusunu bağlayır ki, nəticədə burada durğunluq və iltihab yaranır.

- Üz skeletinin inkişafının pozulması. Müalicəsiz qalmış adenoidlərə görə uşağın aşağı çənəsi tədricən uzanır və ensiz olur.

Gördüyümüz kimi, adenoidlərin böyüməsi və iltihablaşması təhlükəli pozulmadır. Bu pozulmanı vaxtından təyin etmək və aradan qaldırmaq lazımdır ki, uşaqda yuxarıda sadaladığımız fəsadlar yaranmasın.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri