Icma.az
close
up
RU
Vətən sevgisi ilə böyümüş oğul

Vətən sevgisi ilə böyümüş oğul

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sadə, səmimiyyəti ilə diqqət çəkən bir ailə ilə yaxından tanış olduqda, xalqımızla, onun mərd, istiqanlı övladları ilə, milli-mənəvi dəyərlərə qiymət verən insanları ilə qürur duymamaq olmur. Qəbələ rayonundan olan şəhid Aqşin Ənvərlinin ailəsi kimi.

Ailə başçısı Faiq Abdullayev Qəbələ rayonunun Xırxatala kənd sakinidir. Həmin kəndin orta məktəbində oxuyub. Təhsilinə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsində davam edib və arxitektor ixtisasını bitirib. 32 ildir Qəbələ İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin müdiridir. Şagirdlərinin beynəlxalq sərgilərdə ölkəmizi layiqincə təmsil etdiklərinə görə, onlarla fəxr edir. Faiq müəllim şəhid atasıdır. Qəlbinin yarasına toxunmamaq üçün onunla birbaşa igid şəhidimizlə yox, ailəsi ilə bağlı söhbətə başlayıram. F.Abdullayev deyir:

– Həyat yoldaşım Dilrubə Səmədova ilə eyni kənddənik. 41 ildir birgə yol gəlirik. O, Xırxatala kənd orta məktəbində təhsil aldıqdan sonra Bakı şəhər Maliyyə Kredit Texnikumunun hüquq fakultəsində təhsil alıb. Bir müddət Qəbələ Konserv zavodunda çalışıb. Hal-hazırda işləmir, ailənin qayğıları ilə məşğuldur. 3 övladımız olub, 3 nəvəmiz var.

Böyük oğlum Rəşad Abdullayev 1985-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin rəssamlıq fakültəsinin təsviri incəsənət ixtisasını bitirib. Bir müddət müəllim kimi işləsə də hazırda mühəndis kimi çalışır. Ailəlidir, 2 övladı var. Qızım İlahə Abdullayeva 1987-ci ildə anadan olub. Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsini bitirib, Dizaxlı kənd orta məktəbində müəllim işləyir. Ailəlidir, 1 övladı var.

Söz 3-cü övladına çatanda gözləri dolur, səsi titrəyir:

– Kiçik oğlum Aqşin Ənvərli 1994-cü ildə doğulmuşdu. Çox zirək uşaq idi. 2001–2012-ci illərdə Qəbələ şəhərinin N.Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Təhsilində əlaçı olmaqla yanaşı gözəl əl qabiliyyəti vardı. O, uşaqlıqdan rəsm sənətinə maraq göstərir və maraqlı rəsmlər çəkirdi. Həkim olmaq arzusu vardı. Buna görə, orta məktəbi bitirəndən sonra sənədlərini Azərbaycan Tibb Universitetinə verdi və daxil oldu. 2012–2018-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alan oğlum Aqşin 2018-ci ildə tibb xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi.

Şəhid haqqında rəsmi məlumatlardan öyrənirik ki, Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan 200-ə yaxın hərbçiyə yerindəcə yardım edib. Döyüşlər zamanı səngərdə baş leytenant rütbəsi alıb. Aqşin noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Aqşin Ənvərli ölümündən sonra “Azərbaycan Bayrağı”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Faiq Abdullayev söhbətinə davam edir:

Mən şəhid atasıyam. Qürurla deyirəm ki, mənim oğlum bu torpaq uğrunda canını fəda edib. Mənim ailəm bu gün bir yerdədir. Oğlumun anası, bacısı, qardaşı və mən onun yolunu, adını yaşatmaq üçün bir yumruq kimi birləşmişik. Biz yas saxlamırıq, biz qürur saxlayırıq. Oğlumun adı bu gün məktəbdə, küçədə, kitabda yaşadılırsa, demək, biz ata və ana olaraq vəzifəmizi yerinə yetirmişik. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin qonağı olmuşduq. Orada da bu barədə söhbət etdik. Azərbaycan ailəsi olmaq təkcə övlad böyütmək deyil, onu şəxsiyyət kimi yetişdirməkdir. Biz övladımıza tərbiyə ilə bərabər, həm çörək verdik, həm də ruh verdik. Və bu ruh onu şəhidlik zirvəsinə apardı. Aqşinə sual verilən zaman deyərdi ki, mənim idealım atamdır. İndi mən deyirəm ki, mənim idealım oğlum Aqşindir.

Faiq Abdullayev ailədə xoşbəxt evliliyin əsas sirrini qarşılıqlı hörmət və anlayışda görür. Deyir ki, ər-arvad bir-birinin fərqliliklərini qəbul etməli və bir-birinə dəyər verməlidir. Heç elə ailə yoxdur ki, orada söz-söhbət olmasın. Fikir ayrılıqları hər ailədə olur, bu normaldır. Əsas məsələ odur ki, problemi böyütmədən, ona sakit və anlayışla yanaşasan, səbirli olasan.

“Vətənə, dövlətə layiqli övadların yetişməsi üçün nə etmək lazımdır?”– sualına Aqşinin anası Dilrubə Səmədova belə cavab verdi:

– Hər şey ailədən başlayır. Övlad birinci tərbiyəni evdə alır. Ana-ata öz davranışı ilə uşağa nümunə olur. Ataların belə məsəli var. “Uşaq dediyini yox, daha çox gördüyünü götürür”. Buna görə də valideyn ailədə elə davranmalıdır ki, uşaq ondan yaxşı münasibətləri əxz etsin. Biz övladlarımızı Vətənə sevgi ilə böyütmüşük. Onlar bilirlər ki, torpaq, bayraq nə deməkdir. Məncə uşağa bu dəyərlər kiçik yaşlarından aşılanmalıdır.

Bizim ailədə qarşılıqlı hörmət və anlayış əsas prinsiplərdir. Övladlarımızla dost münasibəti qurmağa çalışmışıq, amma, eyni zamanda, onlara məsuliyyətli olmağı, böyüyün-kiçiyin yerini bilməyi də öyrətmişik. Ailə həyatında hər şey gözəl olsa da, zaman-zaman çətinliklər də olur. Bu çətinlikləri birlikdə aşmaq üçün bir-birini başa düşmək, dinləmək və fədakar olmaq vacibdir. Ailənin uzunömürlü olması üçün güzəşt ən vacib amildir. Güzəşt həm də ailənin qorunması üçün ən önəmli silahdır.

Faiq Abdullayev həyat yoldaşının fikirlərinə dəstək verir:

– Gənclərə deyərdim ki, ailə qurmaq asandır. Sev, elçi getsinlər, el adəti ilə toy elə. Bununla hər şey bitdi sanmasınlar. Əsas ailə qurmaq yox, onu qorumaqdır. Ailə kiçik dövlətdir, onun sərhədləri də var. Bax, o sərhədlərin qorunması çətindir. Hər şey sevgi ilə başlayır, amma ailəni saxlayan sevgi deyil, qarşılıqlı anlayış, hörmət və səbirdir.

Bu görüşdə sadə, səmimi və qürurlu bir ailənin başçılarını dinlədik. Çalışdıq ki, Vətən yolunda qurban vermiş şərəfli bir ocağın timsalında yurd sevgisini gənclərə göstərək.

Zərifə BƏŞİRQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see225

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see212

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see196

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see189

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see188

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see187

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see185

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see182

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see182

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see181

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see178

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see178

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see177

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see177

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see177

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see176

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see175

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see158

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see158

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri