Icma.az
close
up
RU
Böyümüş adenoidlər təhlükəlidir

Böyümüş adenoidlər təhlükəlidir

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Adenoidlər - burun boşluğunun ağız boşluğuna keçdiyi yerdə limfatik toxumaların toplusudur.

Orqanizmdə adenoidlər mühafizə rolunu oynayaraq mikrob və infeksiyaların bədənə daxil olmasının qarşısını alır. Adenoidit - adenoidlərin iltihabıdır.

Uşaq anadan olarkən adenoidlər öz ölçülərinə görə kiçik olurlar. Lakin müəyyən şəraitdə onların ölçüləri böyüyə bilər. Həddən artıq böyümüş adenoidlər uşağın inkişafına və sağlamlığına böyük zərər gətirə bilər. Çətinləşmiş burun tənəffüsü nəticəsində uşaqda baş ağrıları əmələ gəlir, yuxusu və iştahası pozulur, o tez yorulur, məktəbdə dərslərindən geri qalır.

Usaq tez-tez iltihabi xəstəliklərə tutularsa, adenoidlərin ölçüləri böyüyür, onlar iltihablaşır - irinləşir və adenoidit əmələ gəlir. İltihablaşmış adenoidlər daimi infeksiya mənbəyinə çevrilərək uşaqlarda daha tez-tez hallarda KRVİ, anginalar, otitlər (orta qulağın iltihabı), bronxlar və ağ ciyər xəstəliklərinin baş verməsinə səbəb olur.

Adenoidit zamanı adenoidlərdəki iltihabı aradan götürmək üçün uşağın burnuna xüsusi antiseptik məhlullar damcılanır (bu zaman uşaq arxası üstə uzadılmış və başı da arxaya əyilmiş olmalıdır). Adenoiditin müalicə və profilaktikası üçün buruna “tuya” ağacının yağını damcılatmaq da yaxşı effekt verir.

Əgər adenoiditin müalicəsi effekt vermirsə, böyümüş və iltihablaşmış adenoidləri cərrahi yolla xaric edirlər. Belə əməliyyatları uşaqlarda, adətən, 3 yaşından sonra aparırlar. Təəssüf ki, əməliyyatdan sonra “xəstə” toxumanın ən kiçik hissəsi belə, yerində qalmış olarsa, bu toxumadan yenidən adenoidlər inkişaf edir. Bu səbəbdən belə əməliyyatları yalnız bu əməliyyatların aparılmasında böyük təcrübəyə malik olan çox savadlı uşaq cərrahlarına etibar etmək lazımdır. Hal-hazırda adenoidləri daha tez-tez hallarda endoskopik yolla xaric edirlər (kiçik kameranın köməkliyi ilə həkim bütün prosesi dəqiqliklə monitorda izləyir). Belə əməliyyatlar zamanı adenoidlər millimetr dəqiqliyi ilə tam şəkildə xaric edilir. Bu zaman xəstə toxuma qalması və yenidən əmələgəlmə ehtimalı heçə enir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri