Icma.az
close
up
RU
Boyun ağrılarının SƏBƏBLƏRİ və ÇARƏSİ

Boyun ağrılarının SƏBƏBLƏRİ və ÇARƏSİ

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Boyun ağrılarının ən önəmli səbəbi kimi boyun yırtıqları (qrija) göstərilir.

Xüsusilə oturaq işdə işləyən insanlarda rastlanan və yaşamına mənfi təsir göstərən boyun ağrılarına hər yaş qrupunda rast gəlinir. Yeniavaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, onurğa cərrahı Selcuk Gözcü boyun ağrılarının modern yaşamın gətirdiyi narahatlıqlardan biri olduğunu deyib.

Onun sözlərinə görə, boyun ağrılarından çox insan əziyyət çəkir, ancaq bir çoxları buna ciddi yanaşmadığından ağır fəsadları olur: "Boyun ağrılarına boyun onurğasında kirəcləşmə, boyun yırtığı, ağrı sindromları, revmatizma, yöndəmsiz duruş və boyunu sərt hərəkətlər nəticəsində zədələmə səbəb ola bilər".

Cərrahın dediyinə görə, xəstəlik ağırlaşdıqca qollarda və barmaqlarda ağrılar artır, keyimə yaranır: "Bir müddət keçdikdən sonra sinirlər basqı altında qalır və ayaqlarda zəiflik, gücsüzlük, hətta bəzi insanlarda sidik saxlaya bilməmə kimi olduqca təhlükəli bir dövr başlayır. Bu halda xəstəliyin müayinəsində MRT vacib olur".

İlkin mərhələdə boyun ağrılarından qurtulmanın yolları

Selcuk Gözcü qeyd edib ki, ilkin mərhələdə boyun ağrılarından müəyyən məqamlara diqqət yetirməklə, bəzi hərəkətləri təkrarlamamaqla xilas olmaq mümkündür: "Əgər ofis işində, kompüter arxasında çalışırsınızsa, çiyinləriniz geridə, ayaqlarınız yerə dəyəcək şəkildə oturun. Bu zaman kürəyinizə və belinizə arxadan dəstək verin. Masadan önə doğru sürüşərək qalxın. Bunu bir və ya iki dəfə etməklə problem həll olunmur. Bunu bir növ vərdiş halına gətirməlisiniz. Uzun müddət kompüter, televiziya qarşısında oturmayın, arada fasilə verin. Ani və sərt hərəkətlərdən qaçın. İş görərkən rahat və sizi sıxmayan geyimlər geyin. Masada oturarkən qısa da olsa fasilələr verin. Qalın yastıqda yatmayın. Telefonu çiyninizlə boyun arasına sıxıb danışmayın. Mümkün olduğu qədər yay aylarında dənizdə, çayda üzməyə çalışın. Piyada gəzmək də həm bel, həm də boyun ağrılarına faydalıdır".

Boyun ağrılarına səbəb olan digər xəstəliklər

- İnfeksion xəstəliklər.

- Sümük xəstəlikləri.

- Onurğa intihabı.

- Hormonal xəstəliklər.

- Şişlər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 06:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri