Icma.az
close
up
RU
bp Azərbaycanda istedadlı gənclərin beynəlxalq təhsilə çıxışına dəstək verib

bp Azərbaycanda istedadlı gənclərin beynəlxalq təhsilə çıxışına dəstək verib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də bp Azərbaycanda yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihəsinin üçüncü mərhələsinin uğurla başa çatdığını elan edib.

AZƏRTAC xəbər verir ki, bu təhsil layihəsi bp-nin dünya səviyyəli yerli mütəxəssislər yetişdirməklə ölkənin dayanıqlı gələcəyinə töhfə vermək öhdəliyinin bir hissəsidir.

Tədbirin aciliş mərasimində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, əvvəlki mərhələlərin uğuruna əsaslanaraq, layihənin üçüncü mərhələsində 30 istedadlı azərbaycanlı gəncə dəstək verilib və onların hamısı Avropanın, Asiyanın və ABŞ-ın nüfuzlu beynəlxalq universitetlərinə qəbul olublar. İştirakçılardan 10-u bakalavr proqramlarına, 20-si isə magistr pilləsi üzrə müraciət edib.

Layihə iştirakçıları Bilkent Universiteti, London İmperial Kolleci, Kembric Universiteti, London Universitet Kolleci (UCL), Sinqapur Milli Universiteti, Kolumbiya Universiteti, Kaliforniya Universiteti, Berkli (UCB), Cons Hopkins Universiteti, Mançester Universiteti, Bolonya Universiteti, Honq Konq Universiteti və Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) kimi dünyanın ən yüksək reytinqli universitetlərinə və digər nüfuzlu ali təhsil müəssisələrinə qəbul olublar. Bu nəticələr iştirakçıların yüksək akademik potensialını və layihə çərçivəsində göstərilən dəstəyin effektivliyini əks etdirir.

bp rəsmisinin sözlərinə görə, layihə iştirakçıları aztəminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində onlara SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlıq təlimləri, həmçinin beynəlxalq tələbələrə tam təqaüd təklif edən universitetlərə müraciət etmək üçün təlimatlandırma daxil olmaqla hərtərəfli dəstək göstərilib. Nəticədə, 30 tələbədən 24-ü artıq müxtəlif mənbələrdən təqaüd qazanıb, qalan 6 nəfərin təqaüd müraciətləri isə hazırda nəzərdən keçirilir.

Bəxtiyar Aslanbəyli bu təşəbbüsün davamlı uğurlarını görməkdən çox məmnun olduqlarını vurğulayıb: “Layihə Azərbaycanın istedadlı gənclərinə dəstək olmaqla ölkənin parlaq gələcəyinin formalaşmasına töhfə verir. Dünyanın ən nüfuzlu universitetlərinə qəbul olan tələbələrin sayının artması onların istedadını və əzmkarlığını, eləcə də təhsilə sərmayə qoymağın vacibliyini bir daha təsdiqləyir. Biz milli kadrların inkişafını dəstəkləmək və Azərbaycanın dayanıqlı, firavan gələcəyinə töhfə vermək öhdəliyimizə sadiqik”.

Qeyd olunub ki, ümumi dəyəri 150 000 AZN (88235 ABŞ dolları) olan üçüncü mərhələnin müddəti 11 ay (2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədər) idi.

Layihə yerli təşkilat olan “ROOF Academic Training” tərəfindən həyata keçirilib.

Gənc istedadların nailiyyətlərini qeyd etmək münasibətilə layihə iştirakçılarına sertifikatlar verilib və onlar gələcək planları ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə, həmçinin diqqətə çatdirilib ki, bp şirkəti Azərbaycanda 33 ildir neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

Azərbaycanda bp şirkətində təxminən 2395 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri