Icma.az
close
up
RU
BP istedadlı gənclərimizi xaricdə təhsilə qovuşdurur

BP istedadlı gənclərimizi xaricdə təhsilə qovuşdurur

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

BP şirkəti Azərbaycanda yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihəsinin üçüncü mərhələsinin uğurla başa çatdırıb. Bu təhsil layihəsi şirkətin dünya səviyyəli yerli mütəxəssislər yetişdirməklə ölkənin dayanıqlı gələcəyinə töhfə vermək öhdəliyinin bir hissəsidir.

Əvvəlki mərhələlərin uğuruna əsaslanaraq layihənin üçüncü mərhələsində 30 istedadlı azərbaycanlı gəncə dəstək verilib və onların hamısı Avropanın, Asiyanın və ABŞ-ın nüfuzlu beynəlxalq universitetlərinə qəbul olublar. İştirakçılardan 10-u bakalavr proqramlarına, 20-si isə magistr pilləsi üzrə müraciət edib.

Layihə iştirakçıları Bilkent Universiteti, London İmperial Kolleci, Kembric Universiteti, London Universitet Kolleci, Sinqapur Milli Universiteti, Kolumbiya Universiteti, Kaliforniya Universiteti, Berkli, Cons Hopkins Universiteti, Mançester Universiteti, Bolonya Universiteti, Honq Konq Universiteti və Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu kimi dünyanın ən yüksək reytinqli universitetlərinə və digər nüfuzlu ali təhsil müəssisələrinə qəbul olublar. Bu nəticələr iştirakçıların yüksək akademik potensialını və layihə çərçivəsində göstərilən dəstəyin effektivliyini əks etdirir.

Layihə iştirakçıları aztəminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində onlara SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlıq təlimləri, eləcə də beynəlxalq tələbələrə tam təqaüd təklif edən universitetlərə müraciət etmək üçün təlimatlandırma daxil olmaqla hərtərəfli dəstək göstərilib. Nəticədə, 30 tələbədən 24-ü artıq müxtəlif mənbələrdən təqaüd qazanıb, qalan 6 nəfərin təqaüd müraciətləri isə hazırda nəzərdən keçirilir.

Gənc istedadların nailiyyətlərini qeyd etmək münasibətilə keçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilib və onlar öz gələcək planları ilə bağlı fikirlərini bölüşüblər. Mərasimdə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu təşəbbüsün davamlı uğurlarını görməkdən çox məmnunuq. Layihə Azərbaycanın istedadlı gənclərinə dəstək olmaqla ölkənin parlaq gələcəyinin formalaşmasına töhfə verir. Dünyanın ən nüfuzlu universitetlərinə qəbul olan tələbələrin sayının artması onların istedadını və əzmkarlığını, eləcə də təhsilə sərmayə qoymağın vacibliyini bir daha təsdiqləyir. Biz milli kadrların inkişafını dəstəkləmək və Azərbaycanın dayanıqlı, firavan gələcəyinə töhfə vermək öhdəliyimizə sadiqik.”

Xatırladaq ki, ümumi dəyəri 150 min manat (88 min 235 ABŞ dolları) olan üçüncü mərhələ 11 ay (2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədər) davam edib. Layihə yerli təşkilat olan “ROOF Academic Training” tərəfindən həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Avqust 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri