bp nin təhsilə töhfəsi davamlıdır
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
bp Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni laboratoriya açıb. Bu layihə şirkətin ölkədə təhsilin inkişafına, eləcə də tədqiqat və innovasiya potensialının artırılmasına daha bir önəmli töhfəsidir.
Strateji əhəmiyyətli bina və qurğuların monitorinqi və müşahidəsi laboratoriyası AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-
Tədqiqat Mərkəzinin nəzdində yaradılıb. Laboratoriya Azərbaycanda bina və qurğuların fasiləsiz seysmik monitorinqi üçün nəzərdə tutulmuş ilk obyekt olaraq ölkədə konstruksiyaların monitorinqi, zəlzələ mühəndisliyi və tikililərin təhlükəsizliyi sahələrində potensialın gücləndirilməsinə töhfə verəcək.
Qabaqcıl monitorinq sistemləri, xüsusi proqram təminatı və müasir mühəndislik avadanlıqları ilə təchiz edilmiş bu laboratoriya strateji əhəmiyyətli binaların və qurğuların real vaxt rejimində fasiləsiz monitorinqini həyata keçirməyə imkan verir. Bu isə mütəxəssislərə konstruksiyaların davranış göstəricilərinin qiymətləndirilməsinə, mümkün problemlərin erkən mərhələdə aşkarlanmasına və vaxtında qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır.
Laboratoriya qurğuların səyyar seysmik monitorinqi sistemi ilə də təchiz olunub ki, bu da müxtəlif bina və qurğuların dağıdıcı olmayan sınaq üsulları ilə birbaşa yerində qiymətləndirilməsinə imkan verir. Monitorinq funksiyaları ilə yanaşı, laboratoriya tədris, təlim və elmi tədqiqatların aparılması üçün də bir platforma rolunu oynayacaq. Bu, akademik biliklərin mühəndislikdə praktiki tətbiqi ilə əlaqələndirilməsinə, eyni zamanda, bu sahədə yüksək bacarıqlı yerli mütəxəssislərin hazırlanmasına töhfə verəcək.
Laboratoriyanın açılış mərasimində çıxış edən bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Təhlükəsiz və davamlı infrastruktur şəhərsalmada dayanıqlılığın təmin olunmasında və icmaların qorunmasında mühüm rol oynayır. Laboratoriyanın yaradılmasını dəstəkləməkdə məqsədimiz Azərbaycanda tikililərin monitorinqi, seysmik təhlükəsizlik üzrə tədqiqatlar və bu sahədə mühəndislik potensialının gücləndirilməsinə kömək etməkdir. Ümid edirik ki, bu laboratoriya elmi tədqiqatların inkişafına, tikililərin təhlükəsizliyi sahəsində təcrübələrin təkmilləşdirilməsinə və ölkənin tikinti sektorunun dəyişən tələblərinə cavab verə biləcək yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək verəcək”.
Qeyd edək ki, bp-nin laboratoriyanın yaradılmasına töhfəsi 400 min manat (235,300 ABŞ dolları) təşkil edib. Bu məbləğə laboratoriyanın fəaliyyəti üçün zəruri olan xüsusi proqram təminatının, monitorinq sistemlərinin və texniki avadanlıqların təmin edilməsi daxildir.
XQ
Baxış sayı:114
Bu xəbər 06 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















